Rəşid Məcidov

Rəşid Məcidov
Rəşid Əsəd oğlu Məcidov
Rəşid Məcidov.png
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Hərbi fəaliyyəti
Rütbə RAF A F5Col since 2010par.svg Polkovnik
Döyüşlər Böyük Vətən müharibəsi
Təltifləri "Qırmızı Ulduz" ordeni "Qırmızı Bayraq" ordeni "Qırmızı Bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Rəşid Əsəd oğlu Məcidov (d. 22 iyun, 1908, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — ö. 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1908-ci ildə Bakı şəhərində anadan olub.[3] Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi.[3] Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi.[3] 1933-cü ilin noyabrından - Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub.[3] Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib.[3] Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub.[3] Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi.[3] Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.[3] 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Berlinin Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.[3]

Müharibədən sonra Gürcüstan SSR-də Vazianidə artilleriya alayı heyətinin başçısı təyin olunub.[3] O, daha sonra Azərbaycan Milli Diviziyasının siyasi şöbəsinin rəhbəri idi.[3] Bakının Oktyabr rayon komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati qurumları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[3] Azərbaycan SSR Ali Sovetinin III çağırışında deputat seçilib.[3]

Leykemiyadan əziyyət çəkən Rəşid Məcidov, 1970-ci ildə vəfat etmişdir.[4] 1970-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib.[5]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Məcidov Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[4] 3 oğlu var. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib. Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah idi.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bokov, F.A. "Весна Победы". 9 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2017.
  2. Этот день мы приближали, как могли ... Часть 1. Minsk. 2016. səh. 330. (#accessdate_missing_url)
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "1945 год. Как азербайджанцы брали Берлин". news.day.az. news.day.az. İstifadə tarixi: 19 may 2018.
  4. 1 2 АБАСКУЛИЕВА, Элеонора. "Отечества достойный сын" (PDF). www.azerizv.az. www.azerizv.az. 30 mart 2008. 19 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  5. "FƏXRI XİYABANDA DƏFN EDİLƏNLƏR". 6 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]