Rəşid Faxralı

Rəşid Faxralı
Rəşid Məmməd oğlu Hüseynov
Doğum adı Rəşid Hüseynov
Doğum tarixi (70 yaş)
Doğum yeri Faxralı, Bolnisi, Gürcüstan SSR
Fəaliyyəti jurnalist

Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı)şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub.

25 kitabın, 4 sənədli filmin müəllifidir.

"Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır.

Kitablari[redaktə | mənbəni redaktə et]

  • Gözümdə hönkürür bir dəli sevda.
  • Zaman, biz və kişiliyimiz.
  • Qürbət ağrısı.
  • Könlüm cənnət qapısıdır.
  • Ömrün üfüqləri.
  • Tonqal yerində çiçək.
  • Ziyarətin hikməti.
  • Müharibə nə vaxt qurtaracaq.
  • Diqqət, diqqət.
  • Örmeşendən Berlinədək.
  • Oğuz eli Faxralı.
  • Goranboy əməliyyatı.
  • Seçilmiş əsərləri (3 cilddə)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

[1] [ölü keçid] [2] Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine