Rüstəm Hüseynov

Rüstəm Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1910(1910-05-05)
Doğum yeri
Vəfat tarixi 5 may 1998(1998-05-05) (88 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti alim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseynov Rüstəm Kərim oğlu — "Azərbaycan məktəbi" jurnalının baş redaktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseynov Rüstəm Kərim oğlu 5 may 1910-cu ildə anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, uşaq evində böyümüşdür. 1925–1926-cı illərdə Baki Darülmüəllimində təhsil almışdır. Hüseyn Cavid müəllimi olmuşdur. R.K.Hüseynov 1926-cı ildə ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlamışdı. 1931–1936-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəblərdə riyaziyyat müəllimi işləmişdir.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1937-ci ildə Maarif Komisarlığında ibtidai məktəb idarəsinin rəis müavini vəzifəsində irəli çəkilmiş, bir qədər sonra isə pedaqoji məktəblər şöbəsinin müdiri təyin olunmuşdur. 1940-cı ildə o artıq Azərbaycan Müəllimlərin Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışırdı. 1946-cı ildə ordu sıralarından tərxis edildikdən sonra "Azərbaycan Müəllimi" qəzetinin redaktoru kimi fəaliyyətə başladı. 1951-ci ildə "Azərbaycan məktəbi (jurnal)" jurnalının baş redaktoru təyin olundu və 1963-cü ilə kimi, 12 ildən çox bir müddətdə respublikanın yeganə pedaqoji jurnalına uğurla rəhbərlik etdi. 1963-cü ildə artıq pedaqoji mətbuatın görkəmli nümayindələrindən biri kimi ad-san qazanmış Rüstəm Hüseynov "Maarif" nəşriyyatına direktor təyin olunmuşdur. Ali məktəblər üçün bir çox orijinal dərsliklər, o cümlədən "Pedaqogika" və "Psixologiya" dərslikləri, psixologiya və pedaqogika üzrə sanballı monoqrafiyalar nəşr olunması Rüstəm müəllimin rəhbərlik etdiyi vaxtında olmuşdur. 1966–1977-ci illərdə Rüstəm müəllimin yaxın dostu olan xalq şairi Rəsul Rzanın təkidli xahişi ilə o Azərbaycan Ensiklopediyasının baş redaktorunun müavini vəzifəsində çalışmışdır. Rüstəm müəllim respublikada pedaqoji elmlər namizədi alimlik dərəcəsi almış ilk jurnalistlərdən biri idi. 1981-ci ildə "Tofiq Fikrət" monoqrafiyasını yazmışdır.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Rüstəm Hüseynovun doğulduğu gündə, may ayının 5-i 1998-ci ildə 88 yaşında vəfat edir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Təhsil nazirliyinin saytında "Azərbaycan məktəbi" jurnalı haqqında "Azərbaycan məktəbi" jurnalının rəsmi saytı Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine