Rövşən Hüseynov (boksçu)

Wikipedia open wikipedia design.

Boxing pictogram.svg Rövşən Hüseynov Boxing pictogram.svg
Şəxsi məlumatları
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 17 dekabr 1975(1975-12-17)
Doğum yeri Yeğeqnadzor, Ermənistan SSR, SSRİ
Boyu 167 sm.

Rövşən Hüseynov (d. 17 dekabr, 1975, Yeğeqnadzor, Ermənistan SSR, SSRİ) — Azərbaycan boksçusu və boks referisi.[1][2]

Həyatı[redaktə | əsas redaktə]

Rövşən Hüseynov Məmməd oğlu 1975-ci il 17 dekabr tarixində Ermənistanın Yeğeqnadzor şəhərində anadan olub. Bakıya köçdükdən sonra "Dinamo" İdman Cəmiyyətində respublikanın məşqçi Rauf Cabbarovun rəhbərliyi altında öz idman ustalığını təkmilləşdirib.[3] Dəfələrlə ümumittifaq və beynəlxalq yarışların, SSRİ birinciliklərinin qalibi olub. Gənclər və kişilər arasında Avropa çempionu, Dünya Kubokunun sahibi olmuş və milli komandamızın tərkibində bir sıra beynəlxalq yarışlarda uğurla çıxış edərək, Azərbaycanın boks məktəbinin nüfuzunu artırmışdır. İdmanda xidmətlərinə görə, “Əməkdar İdman Ustası” adına və "Tərəqqi" medalına layiq görülüb. Afina XXVIII Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Hüseynov boksda ölkəmizin ilk Avropa çempionudur. O, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilmiş qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həm də dünya kubokunun qalibi olub.

Rövşən Hüseynov 3 qat SSRİ çempionu SSRİ idman ustası Azərbaycan Respublikasının "Əməkdar İdman Ustası",Dünya Kubokunun Sahibi və 2 qat Avropa Çempionu Beynəlxalq dərəcəli hakim və beynəlxalq dərəcəli idman ustasıdır.[1]

Qalereya[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek