Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısı

Qurban Qurbanov millidə keçirdiyi 68 oyunda 14 qol vurub.

Qurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir.[1]

Qurbanov Azərbaycan milli futbol komandasının ən məhsuldar oyunçusudur. Keçmiş hücumçu 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisində 68 oyunda[Qeyd 1] 14 qol[Qeyd 2] vurub.[2][3][4][5][6][7] Qurbanov artıq 14 ildir futbolçu karyerasını bitirsə də, hələ də millisinin ən məhsuldar oyunçusu olaraq qalmaqdadır.

Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib.[8] O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib.[8][9] Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.[2][3]

Vurduğu qollar[redaktə | mənbəni redaktə et]

Xarici video
Qurban Qurbanovun milli komandada vurduğu qolların bir qismi.

Qurbanovun milli komandada ilk qolu 1993-cü ilə təsadüf edir. İyunun 8-də İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə Azərbaycan 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan yığma komandası ilə qarşılaşırdı.[8][10] Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir.[8] Qarşılaşma 3:3 hesabı ilə başa çatır.[8] Bu oyun Qurbanov üçün millidə qol hesabını açması və dubl etməsi ilə əlamətdar olur.

Qurbanov millidə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.[8][11]

Həmin ilin mayında isə Qurbanov millidə 4-cü qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir. Matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.[8][12]

Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır. O, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.[8][13]

Avro-2000-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən oyunda da Qurbanov fərqlənir. O, 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur.[8][14]

Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.[8][15]

Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də Qurbanov üçün əlamətdardır. O, səfərdəki matçda olduğu kimi, "Tofiq Bəhramov"da da rəqib qapısına yol tapmağı bacarır. 4:0 hesablı qələbədə ilk qolu Qurbanov vurur.[8][16]

Artıq millinin əsas qol silahına çevrilən Qurbanov Avro-2004-ün seçmə mərhələsində də komandasına öz töhfəsini verir. O, 2003-cü ilin 12 fevralında səfərdə Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur. Yığması 0:2 hesabı ilə geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən xilas edərək millisinə bir xal qazandırır.[17] Qurbanov bu rəqiblə Bakıda keçirilən oyunda da toru silkələməyi bacarır.[8][18]

Qurbanov 2004-cü ildə Moldova, ÖzbəkistanLatviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.[8][19][20][21]

Qolların siyahısı[redaktə | mənbəni redaktə et]

Azərbaycanın qolları ilk sırada göstərilmişdir.

# Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst
1 08.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan Qazaxıstan (21 yaşlılar) 1–0 3–3 1993 EKO Kuboku [10]
2 08.06.1993 Azadi stadionu, Tehran, İran Qazaxıstan Qazaxıstan (21 yaşlılar) 2–1 3–3 1993 EKO Kuboku [10]
3 27.02.1996 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Farer adaları Farer adaları 3–0 3–0 Yoldaşlıq oyunu [11]
4 27.05.1996 Şəhər stadionu, Molodeçno, Belarus Belarus Belarus 1–1 2–2 Yoldaşlıq oyunu [12]
5 22.03.1997 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Türkmənistan Türkmənistan 3–0 3–0 Yoldaşlıq oyunu [13]
6 14.10.1998 Reynpark stadionu, Vaduts, Lixtenşteyn Lixtenşteyn Lixtenşteyn 1-2 1–2 Avro 2000-in seçmə mərhələ oyunu [14]
7 06.03.1999 Antonis Papadopulos stadionu, Larnaka, Kipr Estoniya Estoniya 1–0 2–2 Yoldaşlıq oyunu [15]
8 05.06.1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Lixtenşteyn Lixtenşteyn 1–0 4–0 Avro 2000-in seçmə mərhələ oyunu [16]
9 12.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro Serbiya və Monteneqro 1-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu [17]
10 12.02.2003 Pod Qoritsom stadionu, Podqoritsa, Serbiya və Monteneqro Serbiya və Monteneqro Serbiya və Monteneqro 2-2 2–2 Avro 2004-ün seçmə mərhələ oyunu [17]
11 11.06.2003 Şəfa stadionu, Bakı, Azərbaycan Serbiya və Monteneqro Serbiya və Monteneqro 1–1 2–1 Avro 2004-ün seçmə mərhələ oyunu [18]
12 31.03.2004 Respublika stadionu, Kişinyov, Moldova Moldova Moldova 1-1 2–1 Yoldaşlıq oyunu [19]
13 28.05.2004 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Özbəkistan Özbəkistan 1–0 3–1 Yoldaşlıq oyunu [20]
14 06.06.2004 Skonto stadionu, Riqa, Latviya Latviya Latviya 2-1 2–2 Yoldaşlıq oyunu [21]

Statistika[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Qurbanovun milli komandanın heyətində keçirdiyi 68 oyundan 2-si FİFA tərəfindən tanınmayıb: Azərbaycan 3:3 Qazaxıstan (21 yaşlılar)Azərbaycan 2:0 Kipr (21 yaşlılar).[2]
  2. Qurbanovun milli komandanın heyətində vurduğu 14 qoldan 2-si FİFA tərəfindən tanınmayıb: Azərbaycan 3:3 Qazaxıstan (21 yaşlılar) (dubl edib).[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanın "Qarabağ" futbol klubu "Neftçi"nin keçmiş baş məşqçisi ilə müqavilə bağlayıb". Trend.az. 14 Noyabr 2017 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "Gurban Gurbanov - Goals in International Matches". Rsssf.com. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
  3. 1 2 "Football PLAYER: Qurban Qurbanov". Eu-football.info. 20 Noyabr 2017 tarixində arxivləşdirilib.
  4. "QURBAN QURBANOV AZƏRBAYCAN MİLLİSİNİN BAŞ MƏŞQÇİSİ TƏYİN OLUNUB". CBC.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  5. "Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub". Apa.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  6. "Qurban Qurbanov 43 yaşında". Sportal.az. 2017-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  7. "ATV kanalının Qurban Qurbanov haqqında süjeti. 2005-ci il 25 sentyabr. Həftəsonu proqramı". Sportpress.az. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Bombardirin millimizə qayıdışı". Qol.az. 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  9. "Football MATCH: 17.09.1992 Georgia v Azerbaijan". Eu-football.info. 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  10. 1 2 3 "Football MATCH: 08.06.1993 Kazakhstan* v Azerbaijan". Eu-football.info. 14 Noyabr 2017 tarixində arxivləşdirilib.
  11. 1 2 "Football MATCH: 27.02.1996 Azerbaijan v Faroe Islands". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  12. 1 2 "Football MATCH: 27.05.1996 Belarus v Azerbaijan". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  13. 1 2 "Football MATCH: 22.03.1997 Azerbaijan v Turkmenistan". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  14. 1 2 "Football MATCH: 14.10.1998 Liechtenstein v Azerbaijan". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  15. 1 2 "Football MATCH: 06.03.1999 Azerbaijan v Estonia". Eu-football.info. 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
  16. 1 2 "Football MATCH: 05.06.1999 Azerbaijan v Liechtenstein". Eu-football.info. 16 Noyabr 2017 tarixində arxivləşdirilib.
  17. 1 2 3 "Gurbanov earns surprise point". UEFA.com. 2017-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  18. 1 2 "Ismaylov the toast of Azerbaijan". UEFA.com. 17 Noyabr 2017 tarixində arxivləşdirilib.
  19. 1 2 "Football MATCH: 31.03.2004 Moldova v Azerbaijan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.
  20. 1 2 "Football MATCH: 28.05.2004 Azerbaijan v Uzbekistan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.
  21. 1 2 "Football MATCH: 06.06.2004 Latvia v Azerbaijan". Eu-football.info. 18 Noyabr 2017 tarixində arxivləşdirilib.