Qrenada

Qrenada
gerbi
Gerbi
Paytaxtı
və ən böyük şəhəri
Sent-Corces - 40 min nəfər (2009-cu il)
Rəsmi dilləriingiliscə
İdarəetmə forması
• Qeneral-Qubernator
Sesil La Qreneyd [V.2013 ~ ]
• Baş Nazir
Kit Mitçell [II.2013~ ]
Yaranması7 fevral 1974
Tarixi 
• Yaranması
1974
Ərazisi
• Ümumi
344 (207 yer)
Əhalisi
• 2015 təxmini
106 min (195-ci yer)
• 2011 siyahıya alma
103 328
• Sıxlıq
308/km2 (797.7/kv. mil)
ÜDM (AQP)2012 təxmini
• Ümumi
1 467 million (198)
• Adam başına
13 900 (96)
ValyutasıŞərqi Karib dollar
Saat qurşağıUTC -4
Telefon kodu+1473
İnternet domeni.gd

Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, QrenadaQrenadin adasının cənub hissəsini əhatə edir.

Tarix[redaktə | mənbəni redaktə et]

1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı.

Siyasət[redaktə | mənbəni redaktə et]

Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ilABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.[1]

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi.

Əhali[redaktə | mənbəni redaktə et]

Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Treaty Establishing the Regional Security System (1996)". United States Department of State. İstifadə tarixi: 9 may 2018.