Qasım Qasımzadə (dövlət xadimi)

Qasım Qasımzadə
1918 – 27 aprel 1920
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
22 sentyabr 1918 – 27 aprel 1920
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
1914 – 1914(5)
De-fakto sədrİsa bəy Aşurbəyov
ƏvvəlkiMəhəmməd Əmin Rəsulzadə
SonrakıƏlimərdan bəy Topçubaşov
31 mart 1911 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 1959(1959-10-20)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq doktoru[d]

Qasım Qasımzadə, Qasım Qasımov və ya Ağa Qasım Qasımzadə (1889, Xələnc, Quba qəzası20 oktyabr 1959, Tehran) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qasım Qasımzadə 1889-cu ildə Quba qəzasının Xələnc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində anadan olmuşdur. Atası Hacı Mahmud Qasım oğlu Bakının 2-ci gildiya taciri olub.

Qasım Qasımzadə 1899-cu ilin sentyabr ayından 8 iyun 1906-cı il tarixinədək Bakı real məktəbində təhsil almışdır. 15 sentyabr 1906-cı il tarixindən 9 iyun 1907-ci il tarixinədək həmin məktəbdə əlavə sinifdə də təhsil almışdır. 2 iyun 1907-ci ildə əlavə olaraq 8-ci sinif həcmində latın dilindən də imtahan verərək tam orta təhsilini başa vurmuşdur. 6 iyul 1907-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmaq üçün universitet rektoruna ərizə yazmış və universitetə qəbul edilmişdir. 1911-ci ildə ali təhsilini bitirdikdən sonra Bakıya qayıdan Qasım Qasımzadə burada vəkillik fəaliyyəti göstərməyə başlamışdır.

Aprel işğalından sonra Qasım Qasımzadə professor Zidelin təqdimatı və Pəhləvi hökumətinin dəvəti ilə ailəsiylə birgə İrana gəlmiş və burada Tehran Universitetinin Hüquq fakültəsində professor olaraq çalışmağa başlamışdır. O, ailəsi ilə birgə daha sonra isə Fransaya qaçmışdır. Fransada olarkən hüquq təhsilini Sorbonna Universitetində davam etdirmiş, 18 iyun 1926-cı ildə o, "Rusiya və boğazlar. Diplomatiya tarixi və insan hüquqları üzrə araşdırma" mövzusunda doktorluq işi müdafiə etmiş və hüquq elmləri doktoru akademik adını almışdır.

Ölümü[redaktə | mənbəni redaktə et]

"Ettilaat" qəzetinin nəşrlərində yazılanlara əsasən Qasım Qasımzadə 20 oktyabr 1959-cu il tarixində vəfat etmişdir. Qasım Qasımzadənin cənazəsi 29 oktyabr səhər saatlarında Sepahsalar məscidindən götürülmüşdür. Saat 9-dan etibarən İran senatorlarından bir çoxu, İran hökumət üzvlərindən bir neçəsi, İran Məclisi üzvlərindən bir qrup, həmçinin Tehran Universitetinin Hüquq fakültəsi tələbələri, müxtəlif xalq təbəqələrinə mənsub şəxslər Sepahsalar məscidi qarşısında toplanmışdılar. Məscidin həyətindəki cənazə çələnglərə bürünmüşdü. Saat 9:45-də cənazə çiyinlərə qaldırıldı. Qasım Qasımzadənin ailəsi cənazənin arxasından yürüyürdü. Vəkillər, senatorlar, millət vəkilləri, professorlar və ali məktəb tələbələri cənazəni müşayiət edirdilər. Cənazə mərhumun yaxınları, dostları və məsləkdaşları tərəfindən bir məsafəyə qədər müşayiət edilmiş, sonra xüsusi maşın vasitəsilə Həzrəti Əbdüləzimə göndərilmişdir.

Qasım Qasımzadənin cənazə namazı Ayətullah Koni tərəfindən böyük bir izdihamın iştirakı ilə qılınmış, sonra nəşi Əlican bağçasındakı məzarına qoyulmuşdur. Bütün bu mərasimdə İran ədliyyə naziri Hidayəti şəxsən iştirak etmişdir.

Ertəsi gün Qasım Qasımzadəni anmaq üzərə Sepahsalar məscidində Senat Məclisi tərəfindən vida mərasimi təşkil edilmişdir. Həmçinin senatın xüsusi bir iclasında Qasım Qasımzadə haqqında Senat sədri çıxış etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanda[redaktə | mənbəni redaktə et]

Qasım Qasımzadə 31 mart 1911 tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilərdə iştirak edərək Dumanının qlasnısı (üzvü) seçilmişdir.

Qasım Qasımzadə 1914-cü ildə Nicat Cəmiyyətinin sədri seçilmişdir.

Fevral inqilabından sonra Bakı Şəhər Duması ləğv edilmişdir. 1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti İctimai Özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi. Şəhər dumasına tərkibini, öz mülahizəsinə görə, artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi.

Dumanın 19 sentyabrda şəhər başçısı Pyotr İlyuşkin sədrliyi ilə iclası keçirilmiş iclasda keçmiş deputatlar haqqında məlumat toplamaq üçün xüsusi komissiya yarandı. Sentyabrın 21-də keçirilən iclasa bu komissiyanın sədri Qasım Qasımzadə 1917-ci ildə seçilən 105 Duma üzvdən 34-nün (10-u azərbaycanlı, 24-ü qeyri-millətlər) şəhərdə olduğunun məlumatını verdi. Komissiya Dumanın tərkibini yeni deputatlar hesabına bərpa etmək üçün 46 nəfərin (33-ü azərbaycanlı, 13-ü qeyri-millət) namizədliyi açıq səs vermə yolu ilə qəbul edilmişdir.

Şəhər Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən deputatların xeyli hissəsi olmadığından (anarxiya zamanı qaçıb dağılışmışdılar), hökumətin icazəsi ilə Dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı Şəhər Dumasının tərkibi tamamlanmışdı.[1] Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi.[2] Qasım Qasımzadə Bakı Şəhər İctimai Özünüidarəsinin sədri seçilmişdir.

Fransada[redaktə | mənbəni redaktə et]

Qasım Qasımzadə Fransada yaşadığı müddətdə burada qurulan Fransadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü, Fransadakı Azərbaycanlılar Cəmiyyəti Bürosunun sədri və Azərbaycan Neft Sahibkarları Cəmiyyətinin üzvü olmuşdur.

İranda[redaktə | mənbəni redaktə et]

Qasım Qasımzadə İran Xarici İşlər Nazirliyinin hüquq müşaviri ünvanını almışdır. Bu ünvanla Qasım Qasımzadə İkinci Dünya müharibəsindən sonra İran heyəti üzvü olaraq Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncaqlarında iştirak etmişdir. Qasım Qasımzadəyə İran Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər şöbəsi müdirliyi təklif edilmiş, lakin o, dostlarının (Əbdülvahab Yurdsevər daxil) təkidinə rəğmən bu təklifi qəbul etməmişdir.

Rza şah Pəhləvi dövründə Qasım Qasımzadə şəxsən şahın istəyi ilə İran ordusu rəhbərliyi millətlərarası vəziyyətə dair konfranslar vermişdir.

İran Senatının senatoru olmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Rusiya və boğazlar." — 1926

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Arxivlənmiş surət". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]