Qarğabazar türbəsi

Qarğabazar türbəsi
Ölkə  Azərbaycan
Şəhər Füzuli
Yerləşir Qarğabazar
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Hissəsitürbə
İstinad nöm.4213
ƏhəmiyyətiYerli əhəmiyyətli

Qarğabazar türbəsiFüzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır.

Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[1]

Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.[2]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qarğabazar türbəsi təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, Qarğabazar türbəsinin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır. Belə ki, kompleks ərazisinə daxil olan bütün tikililər (məscid, minarə və sair) kərpicdən inşa edilsə də, Şeyx Babı türbəsi daşdan tikilmişdir.[3]

Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Bu cür böyük giriş XVI-XIX əsrdə nəinki abidənin yerləşdiyi Qarabağ və Arazboyu ərazi, o cümlədən, ümumilikdə Şimali Azərbaycan ərazisi üçün xarakterik deyildir.[3] ŞirvanArran memarları XIX əsrə kimi türbə inşası zamanı əvvəlki ustadların kompozisiya yanaşmalarını saxlamış, türbələr üçün kiçik giriş qapısı inşa etməklə ümumilikdə tikiliyə monumental xarakter verə bilmişlər.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  2. "Füzuli rayonunun Qarğabazar kəndi". Azərtac. 2022-10-10. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  3. 1 2 3 Саламзаде, 1964. səh. 63

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]