İordan çayının qərb sahili

İordan çayının qərb sahili
16-03-31-israelische Siedlungen bei Za'atara-WMA 1178.jpg

32°00′ şm. e. 35°24′ ş. u.


Ölkə
İnzibati mərkəz Ramallah
İcra başçısı Mahmud Abbas
Tarixi və coğrafiyası
Yaradılıb 1949
Sahəsi
  • 5.860 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İordan çayının Qərb sahili və ya Cisiordaniya (ərəb. الضفة الغربية; ivr. הַגָּדָה הַמַּעֲרָבִית‎) — Hal-hazırda İsrailin nəzarətində olan inzibati ərazi. Fələstin muxtariyyatının qərb hissəsi. Bir çox hallarda İsrail tərəfində işğal olunduğu bildirilsədə Yəhudi dövlətinin irəli sürdüyü arqumentlər məsələnin tarixini araşdırmağı məcbur edir.

Ərazi 1948-ci ildən 1967-ci ilə qədər İordaniya tərəfindən işğal altında saxlanılmışdır. 1967-ci ildə baş vermiş 6 günlük müharibə isə regionun həyatında əsaslı dəyişikliyə səbəb oldu. 6 günlük müharibədən sonra ərazi Judeya və Samariya bölgələri ilə birlikdə İsrailin nəzarətinə keçdi. Əksər hallarda İsrail işğalçı adlandırılsada, bu torpaqlarda tarixən Yəhudilərin yaşadığı da danılmaz faktdır. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövləti üçün seçdikləri Şərqi Yerusəlim qəbul edilir. Bölgənin ərazisi təxminən 5,655 km², əhalisi isə 2,862,485 nəfər təşkil edir.

İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhzulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.

  1. 1 2 3 4 archINFORM (alm.). 1994.