Qəpik

QəpikRusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur.

XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.[1]

Orta əsrlərdə Bizansda, Çində və Yaponiyada dəmir puldan da istifadə olunurdu. Hazırda dəmirdən (daha doğrusu, poladdan) Boliviya, Braziliya, Hollandiya, Hindistan, İtaliya, Rusiya, Ukrayna və digər ğlkələrin qəpikləri kəsilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Uşaqlar üçün ensiklopediya. Kimya. Bakı, 2008. səh.282