Qəhvəyi dağ-meşə torpaqları

Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır[1].

Yayıldığı ərazilər[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır.

İqlimi[redaktə | mənbəni redaktə et]

İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür.

Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.

Yarımtipləri[redaktə | mənbəni redaktə et]

Qəhvəyi dağ-meşə torpaqları fiziki-kimyəvi xüsusiyyətlərinə görə aşağıdakı yarımtiplərə bölünür:

  1. yuyulmuş qəhvəyi dağ meşə
  2. tipik qəhvəyi dağ meşə
  3. karbonatlı qəhvəyi dağ meşə
  4. bozqırlaşmış qəhvəyi dağ meşə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Quliyev İ. Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014.