Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 99 min ha
Yaradılma tarixi 26 sentyabr 2018
Yerləşməsi
38°57′36″ şm. e. 48°55′20″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşməsi Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati əraziləri
Qızılağac Milli Parkı xəritədə
Qızılağac Milli Parkı
Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı — Azərbaycanda yerləşən Milli Park.

Tarixi[redaktə | mənbəni redaktə et]

26 sentyabr 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır[1].

Ərazisi[redaktə | mənbəni redaktə et]

Milli Parkın sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir[2].

Haqqında[redaktə | mənbəni redaktə et]

Bitkilər[redaktə | mənbəni redaktə et]

Şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır.

Heyvanlar[redaktə | mənbəni redaktə et]

Su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s. "Qırmızı kitaba"

Təbii, tarixi, mədəni yerlər[redaktə | mənbəni redaktə et]

  • "Şeyx Zahid" türbəsi
  • Tarix-diyarşünaslıq muzeyi
  • Xalq sənətkarlığı şəhərciyi
  • "Xəlifə" türbəsi
  • "Dairəvi qala” (“Zindan”) memarlıq abidəsi
  • Mirəhməd Xanın evi
  • Lənkəran Mayakı[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine. president.az, 26.09.2018  (az.)
  2. "Azərbaycanda yeni Milli Park yaradıldı". Oxu.az (az.). 26 sentyabr 2018. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2018.
  3. "3". https://nationalparks.az/parklar/qizilagac-milli-parki (.az). 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2022.