Pyotr Kurışko

Pyotr Kurışko
rus. Петр Васильевич Курышко
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ostradovka kəndi, Don vilayəti Rusiya İmperiyası
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qızıl Ordu
Xidmət illəri 1918-1921
Döyüşlər Gəncə üsyanı

Pyotr Kurışko (1894, Rusiya imperiyası1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsindəGəncə üsyanının yatırılmasında iştirak edib.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır. 1920-ci ilin yay və payız aylarında daşnak əksinqilabçılarına qarşı döyüşən Zəngəzur dəstəsinə rəhbərlik edib.

1920-ci ilin noyabrın axırında Ermənistanın şimal bölgələrində bolşeviklər üsyan qaldırırlar. Onlara dəstək üçün tərkibində 18-ci süvari diviziyanın da olduğu XI Qızıl Ordu bölgəyə gedir. Pyotr Kurışko burada 20-ci atıcı diviziyanın komandiri Mixail Velikanovun müavini təyin olunur. 1921-ci ildə Gürcüstanın bolşeviklər tərəfindən işğalında iştirak edir. Gürcüstanın Dedoplistskaro bölgəsində ürəyindən aldığı güllə yarası ilə dünyasını dəyişib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Valentina Xorunjaya. "Герой гражданской войны Петр Васильевич Курышко" (rus. ). otradovka.ru. 20 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.