Portal:Tibb

redaktə "Medicus curat, natura sanat - Təbiət sağaldır, həkim kömək edir".
redaktə Seçilən məqaləÜrək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
redaktə Seçilən şəkil
redaktə Dərman bitkiləriPrunus dulcis (lat. Prunus dulcis) – gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir. Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər. Yalandır!
redaktə DərmanlarKarbostezin xiral amid tip yerli keyləşdirici preparat. Ləng təsir göstərən və uyun müddət təsirə malik olan yerli keyləşdirici. Təsir müddəti 12 saata qədər davam edə bilir. Bupivakain adətən spinal və peridural anesteziyalarda geniş istifadə edilir. Onun uzunmüddətli təsirə malik olduğu üçün bir saatdan artıq davam edən cərrahi əməliyyatlar üçün aparılan regional anesteziyalarda daha məqsədə uyğun sayılır. Onun toksikliyi yüksək olduğu üçün təsadüfi vena daxili inyeksiyası, dozası artıq olduqda toxumadan intensiv qana rezorpsiyası baş verərsə kəskin ürək ritminin pozğunluğuna – bradikariyaya və urək durmasına səbəb ola bilir. Bupivakain ya karbostezinin hiperbar (ağır), hipobar (yüngül) və izobar (normal) məhlul formasında tibbdə xüsusən də anesteziologiyada tətbiq edilir.
redaktə Bilirsinizmi
redaktə Tibbin şöbələri
redaktə Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlar
redaktə Hippokrat andı
redaktə Təqvim
redaktə Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
redaktə Kateqoriyalar
redaktə Əlaqəli portallar
|
This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.