Portal:Qədim Roma

redaktə  

Roma Antiqua

Qədim Roma portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

"Roma İmperiyası" — (lat. Imperium Romanum) - e.ə. 27 - e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət. Bu tarixi mərhələ qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr - Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.31) və Roma Senatının onu şərəfli Avqust adı ilə təltif etməsi (16 yanvar e.ə.27) artıq Roma Respublikasının avtokratik imperiyaya keçidi ilə əlamətdardır. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə - 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. Məqaləni oxu...


redaktə  

Seçilən şəkil

Kolizeyin gecə görüntüsü


redaktə  

Bilirsinizmi


redaktə  

Abidələr

"Panteon" — (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) – "Bütün tanrıların məbədi". Panteon b.e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir. Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir.Məqaləni oxu...


redaktə  

Mədəniyyət

"Termlər" — (yunanca) — "Termos" sözündən olub, isti deməkdir. Romada imperatorun əmri ilə tikilən, isti və soyuq hovuzları olan hamamlar. Termlərin qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada keçirirdilər.Məqaləni oxu...



redaktə  

Şəxsiyyətlər

"Adrian" — Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76, İtalika (İspaniya), Sevilya - 10 iyul 138, Neapol, Bayi) — eramızın 117-138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru. Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Yuli Sezarı oğulluğa götürmüşdü Məqaləni oxu...


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


Qədim Roma Vikixəbərdə  Qədim Roma Vikisitatda  Qədim Roma Vikikitabda  Qədim Roma Vikimənbədə  Qədim Roma Vikilüğətdə  Qədim Roma Vikiversitetdə  Qədim Roma Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar