Portal:Ədəbiyyat

redaktəƏdəbiyyat portalı
Liji2 no bg.png

Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Qısaca desək ədəbiyyat bədii və ya intellektual dəyəri olduğu hesab olunan sənət forması və ya hər hansı sənət forması kimi istinad edilən yazı işidir. Ədəbiyyat şifahi və yazılı olmaqla iki yolla yaranıb və inkişaf edir. Ədəbiyyat ifadə formasına, növünə və ya tarixinə görə müxtəlif janrlara bölünür.


redaktəCscr-featured.png Seçilmiş məqalə
Khamseh Nizami 001.jpg
Sirlər xəzinəsi (fars. مخزن‌الاسرار Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanistdemokratik istiqamət vermişdir.

Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur.


redaktəSeçilmiş şəxs
Nizaminin portreti Qəzənfər Xalıqov.jpg

Nizami Gəncəvi (fars. نظامی گنجوی, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təxm. 1141, Gəncə, Eldənizlər dövləti (hazırkı Azərbaycan Respublikasının ərazisi) – təxm. 1209, Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır.

Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, TürkiyəÖzbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin RumiSədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir.

redaktəKateqoriyalar
Altkateqoriyaları görmək üçün ► işarəsinə vurun
redaktəSeçilən sitat
" Cəsədə 3 arşın yer, insana isə bütün Yer kürəsi lazımdır.
"
redaktəSeçilmiş şəkil
redaktəBilirsinizmi
  • Con Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi;
  • Volter eyni zamanda bir neçə əsər yazırdı. O iş stoluna oturaraq əhval-ruhiyyədən asılı olaraq əlyazmanı götürür və onun üstündə işləməyə davam edirdi;
  • Məşhur "Ovod" romanın yaradıcısı Etel Lilian Voyniç bəstəkar idi və hətta öz musiqi əsərlərini ədəbiyyat əsərlərindən daha əhəmiyyətli hesab edirdi;
  • Şerlok Holmsun prototipi London xəfiyyəsi Filipp Biq idi. 1885-dən 1910-cu ilə qədər Londonda bütün böyük cinayətlərin açılışı onun işi idi;
  • Yeni əsər üzərində işləməyə başlayaraq Onore de Balzak, bir-iki ay otağında bağlanırdı və pəncərə qapaqlarını kip bağlayırdı ki, onlar vasitəsilə işıq daxil olmasın. O şam işığında, xələtə geyinmiş və hər gün 18 saat yazırdı;
  • Dünyanın ən uzun əlifbası 74 hərflik Kamboca əlifbasıdır;
  • Birləşmiş Millətlər Təşkilatında cəmi 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rusispan dilləri;
  • Ən qədim əlifba finikiyalılara aiddir.


redaktəYeni məqalələr
redaktəVikiLayihələr
Ədəbiyyat Vikixəbərdə     Ədəbiyyat Vikisitatda     Ədəbiyyat Vikikitabda     Ədəbiyyat Vikimənbədə     Ədəbiyyat Vikilüğətdə     Ədəbiyyat Vikiversitetdə     Ədəbiyyat Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg