Pirhəsənli

Pirhəsənli
40°34′48″ şm. e. 48°21′52″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağsu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 207 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Pirhəsənli xəritədə
Pirhəsənli
Pirhəsənli

PirhəsənliAzərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.

Ağsu rayonunun böyük kəndlərindən olan Pirhəsənli kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına, sonralar isə Şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur. Həmin dövrdə 58 ailə yaşayan Pirhəsənli kəndi dini ocaqların mərkəzidir.

Pirhəsənli oykonimi pir, həsən və -li hissəciklərindən ibarətdir. "Pir" dini rütbə kimi Pirhəsənli dini ocaqları, pirləri ilə bağlıdır. Göründüyü kimi oykonim antroponimdən yaranmışdır. Kəndin keçmiş tam adı Pirhəsənli Kəngərli və ya Pirhəsənli kən-gərlisi olmuşdur. Oykonim Quba xanı Fətəli xanın 1782-ci ildə bir hissəsini Qarabağdan şirvana köçürdüyü kəngərli tayfasının adı ilə əlaqədardır.[1]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Pirhəsənli kənd məscidi dini icması fəaliyyət göstərir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az  (az.)