Pi Günü

Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır.

Pi Günü tortu
Pi Günü tortu

Pi ədədi[redaktə | mənbəni redaktə et]

Pi ədədinin ən çox istifadə olunan qiyməti 3,14-dür. Əsil qiyməti isə 3,141592653589793238462643383... kimi davam etməkdədir. Çevrənin uzunluğu və dairənin sahəsi başda olmaqla riyaziyyatfizikada böyük bir yerə malikdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib.

12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. The infinite appeal of pi
  2. Any way you slice it, pi's transcendental
  3. National Pi Day? Congress makes it offical