Payızgülü

Payızgülü
Chrysanthemum sp.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Payızgülü və ya xrizantema (lat. Chrysanthemum) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Sinonim[redaktə | mənbəni redaktə et]

Növləri[redaktə | mənbəni redaktə et]

Məlumat[redaktə | mənbəni redaktə et]

Növün adı yunancadan "qızıl gül" kimi tərcümə olunur. Bu onunla izah olunur ki, taclı payızgülünün çiçəkləri sarı rəngdədir. Çoxillik payızgülülərdən gülçülükdə ən çox istifadə olunanı Koreya payızgülüsüdür. Bu, hündürlüyü 100 sm-ə qədər olub, sentyabrın əvvəllərindən soyuqlar düşənə qədər çiçəkləyən çoxillik bitkidir. Növün hamaşçiçəkləri sadə, çoxləçəkli və müxtəlif rəngli olur. Toxumları aprelin əvvəlində şitilliyə əkilir. Böyüyən şitilləri mayın ortalarında daimi yerə əkirlər. Payızgülünün bəzi növlərinin toxumlarını payızda torpağa əkməklə də çoxaldırlar. Yazda cücərtiləri seyrəltmək lazımdır. Yaşıllaşdırmada geniş istifadə olunan sortlar aşağıdakılardır. Apollo (qonur-qırmızı, sadə), Sitrus (sarı, az ləçəkli), Xerbstsauber (qırmızı, az ləçəkli), İzabellaroza (sarımtıl-çəhrayı, sadə). Çoxillik payızgülləri əsasən hər hissədə 3–4 zoğun olması şərtilə qələmlərlə ya da, kolun bölünməsi ilə çoxaldırlar. Qurumuş və bərkimiş hissələri kəsmək lazımdır. Əgər qışda zoğları şaxtaya davam gətirməzsə, yazda bitki kök sisteminin tumurcuqlarından yenidən bərpa olunacaqdır. Bu məqsədlə qış mövsümündə bitkinin zoğlarını torpaqdan 15 sm hündürlükdə kəsib, budaq və yarpaqlarla örtürlər. Payızgülülər uzun müddət çiçəkləyən bitkilərə aiddir. Üzərində çoxlu gülləri olarkən qar altında qalsa, belə məhv olmur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. səh. 379. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 2. səh. 887.
  3. USDA, ARS, National Genetic Resources Program. Germplasm Resources Information Network — (GRIN) [Base de Datos en Línea]. National Germplasm Resources Laboratory, Beltsville, Maryland. URL: "Copia archivada". 10 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2013. (03 noyabr 2013)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]