Pavel Adamoviç

Wikipedia open wikipedia design.

Pavel Adamoviç
pol. Paweł Adamowicz
Pawel Adamowicz - Prezydent Gdanska.jpg
Doğum tarixi 2 noyabr 1965(1965-11-02)
Doğum yeri Qdansk, Polşa Xalq Respublikası
Vəfat tarixi 14 yanvar 2019(2019-01-14)[1][2] (53 yaşında)
Vəfat yeri Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Pomoraniya voyevodluğu[d], Polşa[3]
Vəfat səbəbi bıçaqlama[d][4][5][6]
Həyat yoldaşı Maqdalena Adamoviç[d][7]
Vətəndaşlıq Flag of Poland.svg Polşa
Peşəsi siyasətçi
Təhsili Qdansk Universitetinin Hüquq və Administrasiya Fakültəsi[d]
İmza
adamowicz.pl
Commons-logo.svg Pavel Adamoviç Vikianbarda

Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, pol. Paweł Bogdan Adamowicz; 2 noyabr 1965(1965-11-02), Qdansk, Polşa Xalq Respublikası14 yanvar 2019(2019-01-14)[1][2], Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Pomoraniya voyevodluğu[d], Polşa[3]) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur.

Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir.[8] O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populistsağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi.[9]

13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır. O, 14 yanvar 2019-cu il tarixində sui-qəsd cəhdində aldığı zədələrə görə 53 yaşında vəfat etmişdir.

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek