Paprəvənd məscidi

Paprəvənd məscidi
Ölkə  Azərbaycan
Şəhər Ağdam,Papravənd
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi XVII
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
Şahbulaq məscidi (Azərbaycan)
Şahbulaq məscidi

Paprəvənd məscidiAzərbaycanın Ağdam rayonunun Paprəvənd kəndində yerləşən tarixi-memarlıq abidəsi.

Memarlıq quruluşu[redaktə | mənbəni redaktə et]

Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş məscid üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.

Bütün tərəflərdən divar qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm gümbəz tamamlayır. Ümumi ölçüləri 9,2m x 12,54m. Olan Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Təəssüf ki, məscid dövrümüzə qədər yarı uçuq vəziyyətdə gəlib çatmışdır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qarabağ Azadlıq Təşkilatı "QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH" 8-ci elmi-əməli konfransının. MATERİALLARI. (Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur). Bakı — 2009