Ox (II mövsüm)


II Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ ABŞ
Seriya sayı23
Ekranlaşdırma
Orijinal kanalThe CW
Orijinal efir9 oktyabr 2013 (2013-10-09) – 15 may 2013 (2013-05-15)
Mövsüm xronologiyası
← Əvvəlki
I mövsüm
Sonrakı →
III mövsüm
Ox teleserialının seriyaları

"Ox" teleserialının ikinci mövsümünün premyerası The CW telekanalında 10 oktyabr 2013-cü ildə baş tutmuşdur. 14 may 2014-cü ilə kimi davam edən ikinci mövsüm ərzində ümumilikdə 23 seriya təqdim edilmişdir. Teleserial Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, ədalətsizlik və cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarına əsaslanmışdır. İkinci mövsümdə serialın şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur.

İkinci mövsümdə beş il adada yaşadıqdan sonra doğma şəhəri Starlinq-sitiyə qayıdan keçmiş milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) şəhərdə cinayətkarlıq və ədalətsizliklə mübarizə aparır. Bu işdə ona Con Diql (Devid Ramsi) və Felisiti Smouk (Emili Bett Rikards) kömək edirlər. Mövsümdə Oliverin qarşılaşdığı əsas düşmən vaxtilə birgə adada olduqlar Sleyd Vilson (Manu Bennett) olur. Oliver Roy Harperi (Kolton Heyns) köməkçisi kimi qəbul edir və zabit Kventin Lenslə (Pol Blektron) birgə çalışmağa başlayır. Oliver mövsümdə başqa bir tərəfdar da qazanır, bu, əvvəl öldüyü güman edilən Sara Lensdir (Keyti Lotz). Fleşbeklərdə Oliverin Lian Yu adasında keçirdiyi dövrdən bəhs olunur, onun Doktor Entoni İvo (Dilan Nil) ilə qarşılaşması, Sleyd, Sara və Şado (Selina Jade) ilə birgə çalışması göstərilir.

İkinci mövsümdə gələcəkdə spin-off kimi inkişaf etdirilməsi nəzərdə tutulan Fleş personajları o cümlədən Barri Allen təqdim edilmişdir. İkinci mövsüm əsasən müsbət rəylər almış, hər həftə orta hesabla 3.28 milyon izləyici toplaya bilmişdir. İkinci mövsüm on beş nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmişdir. 16 sentyabr 2014-cü ildə ikinci mövsüm DVD formatda satışa çıxarılmışdır.

Məzmunu[redaktə | mənbəni redaktə et]

I mövsümün sonunda Malkolm Merlinin süni zəlzələ yaradan qurğunu işə salması ilə Starlinq-sitinin Qleyds rayonunun böyük bir hissəsi dağılır, çoxlu sayda insan o cümlədən Malkolmun oğlu və Oliver Kuinin uşaqlıq dostu Tommi Merlin vəfat edir. Oliverin anası Moyra Kuin ailəsi təhdid altında olduöuna görə Malkolma kömək etdiyini etiraf edir və həbs olunur. İkinci mövsümdə şəhəri və dostunu xilas edə bilmədiyinə görə mənəvi əziyyət çəkən Oliver yenidən beş il yaşadığı adaya qayıdır. Uzun müddət davam edən axtarışlardan sonra Felisiti və Con Diql onu tapmağa və şəhərə qaytarmağa müvəffəq olurlar. Moyranın həbsdə, Oliverin isə adada olduğu müddətdə İzabel Roşe ailə şirkəti olan "Queen Consolidated"ə nəzarəti ələ keçirir.

Adadan qayıtdıqdan sonra Oliver şəhərdə olmadığı müddətdə çoxlu sayda özünü ona oxşadan küçə qəhrəmanlarının peyda olmasınln şahidi olur. Şəhərdə ədalətsizliklə mübarizə aparanlardan biri isə qara geyimli sarışındır. Bir müddət sonra Oliver Sara Lensin adada ölmədiyini və şəhərə qayıtdığını, qara geyimli döyüşçü qızın isə məhz Sara olduğunu öyrənir. Məlum olur ki, Saranın xilas olmasında Ras al-Qulun rəhbərlik etdiyi Qatillər liqası böyük rol oynayıb. Liqanın döyüşçü kimi dərs verdiyi Sara, həm də Rasın qızı Nisə al-Qulla sevgili olub.

Bir müddət sonra Oliver adada öldürdüyünü düşündüyü Sleyd Vilsonun (Detstrouk) da Starlinq-sitiyə gəldiyini və Oliverdən qisas almağa hazırlaşdığını öyrənir. Sleyd Oliverin anası ilə yaxınlaşaraq, seçkiqabağı kompaniyada ona köməyini təklif edir. Oliver və Felisiti Sleydin külli miqdarda mirakuru (Yaponiyada təcrübələr nəticəsində yaradılmış, insanı qəzəbli və güclü super döyüşçüyə çevirən dərman) istehsalına hazırlaşdığını başa düşürlər. Sleyd mirakuru vasitəsiylə yenilməz əsgərlər ordusu yaratmaq, daha sonra isə Oliverin sevimli şəhərini tutaraq xarabalığa çevirməyi planlaşdırır. Sleydin mirakurunu təcrübədən keçirdiyi şəxslərdən biri də Roy Harper olur. Oliver Royu xilas edir və qəzəbini idarə etməyi öyrətməyə çalışır. Mirakurunun təsiri ilə törədilmiş qətllərin araşdırılması üçün Starlinq-sitiyə Sentral-sitidən gənc məhkəmə ekspertizaçısı Barri Allen gəlir. Barri, anasının da oxşar güclü naməlum şəxs tərəfindən qətlə yetirildiyini və buna görə də belə cinayətlərin araşdırılmasında maraqlı olduğunu deyir. Barri və Felisiti arasında romantik hisslər yaranır və bu, Oliverdə qısqanclıq hisslərinin baş qaldırmasına səbəb olur. Bir müddət sonra öz şəhərinə qayıdan Barrini şimşək vurur və o, komaya düşür.

Sleydin Teyaya əsl atasının Robert Kuin yox, Malkolm Merlin olduğunu deyir və bu, onun anası və qardaşına olan inamının itməsinə səbəb olur. Eyni zamanda, Sleyd Lorel Lensə Kapüşon altında gizlənən adamın Oliver Kuin olmasını da xəbər verir. Bundan sonra Oliver, Moyra və Teyanı qaçıran Sleyd uşaqlarının gözü qarşısında Moyranı öldürür. Sleydin ayaratdığı məğlubedilməz əsgərlər ordusu şəhəri dağıtmağa başlayır. Bu arada Oliver Sentral-sitidə S.T.A.R. Labs tərəfindən yaradılmış mirakuruya qarşı antidotu əldə edir. Onun özünə idarəni itirmiş insanlara yeridilməsində isə Saranın köməyinə gəlmiş Qatillər liqası döyüşçüləri də iştirak edirlər. Felisitinin iştirakı ilə Sleyd Vilson da zərərsizləşdirilir və Yuan Li adasındakı həbsxanaya salınır.

Rollarda[redaktə | mənbəni redaktə et]

Seriyalar[redaktə | mənbəni redaktə et]

Serialda
No.
Mövsümdə
No.
Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal
kodu
ABŞ izləyiciləri
(milyon)
241 Qəhrəmanlar şəhəri Con BerinqHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym
9 oktyabr 2013 (2013-10-09)2J74512.74[12]
Tomminin ölümündən sonra dostunu və şəhəri xilas edə bilmədiyinə görə özünü günahlandıran Oliver yenidən adaya qayıdır. Lakin, Diql və Felisiti onu taparaq evə qaytarırlar. Oliver doğma şəhərində vəziyyətin düşündüyündən də pis olduğunun şahidi olur: İzabel Roşen başsız qalan “Queen Consolidated”şirkətinin məcburi birləşdirilməsini həyata keçirməyə çalışır, Teya isə həbsxanada olan anası Moyranı ziyarət etmək istəmir, Roy Oxun yoxluğundan yaranan boşluğu doldurmağa çalışır, Lorel isə Qisasçını tutmaq üçün Dairə Prokurorunun ofisində işləyir. Oliver ilk öncə özünü Kapüşona oxşadanlara qarşı mübarizə aparmalı olur. Roy, qadınları kişilərin təcavüzündən qoruyan sarışın qızla qarşılaşır. Fleşbeklərdə Sleyd Vilson, Şado və Oliverin çıxılmaz vəziyyətə düşməsi göstərilir. 
252 Şəxsiyyət Nik CopusBen Sokolowvki & Bet Şvartz16 oktyabr 2013 (2013-10-16)2J74523.06[13]
Oliver öyrənir ki, Qleyds xəstəxanasına göndərilən dərmanlar mütəmmadi olaraq oğurlanır. Roy oğurların qarşısını almağa çalışsa da onun missiyası uğursuzlula nəticələnir, üstəlik özü də polis nəfəri Lens tərəfindən həbs olunur. Dərmanların yükləndiyi maşını izləyən Oliver Çinli ağ, onun yeni tərəfdaşı, Bürünc pələng adı ilə tanınan Ben Törner və digər dəstə üzvləri ilə qarşılaşmalı olur. Bu arada Lorel Oxu ələ keçirməyə çalışır, Teya isə Roy qarşısında şərt qoyur. 
263 Sındırılmış gəlincklər Qlen UinterMark Quqqenheym & Keto Şimizu23 oktyabr 2013 (2013-10-23)2J74532.89[14]
Lens öyrənir ki, yaraşıqlı qızları tutuaraq öldürən və onlardan oyuncaq düzəldən cinayətkar Barton Matis zəlzələ zamanı həbsxanadan qaçmağa müvəffəq olub və yenidən qızları öldürməklə məşğuldur. Felisiti özünü tələ kimi təqdim edir ki, Diql, Lens və Ox fürsətdən istifadə edərək cinayətkarı tuta bilsinlər. Lakin onların planı istədikləri kimi baş tutmur. Matis Lorel və onun atasını qaçıraraq qızı atasının gözləri önündə öldürməyi planlaşdırır. Teya və Oliver Dairə Prokuroru Adam Donnerin Moyra üçün ölüm hökmü çıxarılmasına çalışdığını öyrənir. Oliver Roydan Bülbülü tapmaqda ona kömək etməyi xahiş edir. 
274 Sərt sınaqlar İql İqilssonEndryu Kraysberq & Vendi Merikl30 oktyabr 2013 (2013-10-30)2J74542.37[15]
Mer ləqəbi ilə tanınan silah tacirinin dəstəsi şəhərdə narahatçılıqlar yaradır. Şəhər məsləhətçisi Sebastyan Blad kömək üçün Oliverə müraciət edir. Onlar birlikdə kompaniya təşkil edərək insanları pul qarşısında silahlarını təhvil verməyə çağırırlar. Tədbir yerinə gələn Mer və dəstəsi insanlara atəş açaraq Sini ağır yaralayır. Bu arada Oxun dəstəsi müəyyən edir ki, maskalı superqəhrəman qız Lenslər ailəsini müdafiə edir. Ox qəhrəmanın şəxsiyyətini müəyyənləşdirir və onun heç vaxt görməyə ümid etmədiyi adam olduğunu başa düşür. Ras al-Qulun rəhbərlik etdiyi Qatillər Liqası naməlum superqəhrəman üçün probblem yaradır. Fleşbeklərdə gəmi heyəti məzarlıq haqqında daha çox məlumat əldə etmək üçün Oliverə əziyyət verir. 
285 Qatillər Liqası Vendi StenzlerCeyk Koburn & Dryu Z. Qrinberq6 noyabr 2013 (2013-11-06)2J74552.80[16]
Qara bülbülün yaralarını sarıyan Oliver ondan bu zamana qədər harda olduğunu öyrənməyə çalışır. Kuinlərin malikanəsində onlara muzdlu qatil tərəfindən hücum edilməsindən sonra isə o, Qatillər Liqası ilə əlaqəli olduğunu etiraf etməli olur. Məhkəmədə Moyra çoxlu sayda insanın qətli və Qleyds rayonunun dağıdılmasında günahlandırılır. Dairə prokurorunnun köməkçisi isə onu çətin seçim qarşısında qoyur: Moyra ya günahını etiraf edərək ölüm cəzasından qaçaraq ömürlük həbsə razılaşmalı, ya da həyatı ilə risk edərək günahsızlığını sübut etməyə çalışmalıdır. 
296 Düşmənini yaxında saxla Qay BiBen Sokolovski & Bet Şvartz13 noyabr 2013 (2013-11-13)2J74563.09[17]
Amanda Uoller A.R.Q.U.S. dəstəsini göndərərk Diqlı qaçırır. Daha sonra ona məlumat verir ki, Dedşotun izi ilə Moskvaya yola düşən Layla yoxa çıxıb. Diql Oliver və Felisitiyə deyir ki, Laylanı xilas etmək üçün Moskvaya gedir. Oliver və Felisiti onu tək buraxmayacaqlarını bildirirlər. Eniş xəttində peyda olan İzabel isə iş səfərinə onsuz gedilməsinə yol verməyəcəyini deyir. Moyranın vəkili Cin Teyaya deyir ki, onun məşhur cinayətkar Royla görüşməsi anasının işinə ciddi əngəl yarada bilər. Diql Dedşotdan qardaşını öldürməyi sifariş edənin adını öyrənir. Fleşbeklərdə İvo Oliverə adada nə axtardığını danışır. 
307 Ştat Kuinə qarşı Betani TuniMark Quqqenheym & Dryu Z. Qrinberq20 noyabr 2013 (2013-11-20)2J74572.66[18]
Şəhərdə yayılan naməlum xəstəlik yüzlərlə insana, o cümlədən Diqla yoluxur. Oliver Diqlın qanında Vertiqo aşkarlayır və başa düşür ki, Qraf həbsdən qaçaraq yenidən narkotik yaymağa başlayıb. Moyranın şəhərə qarşı cinayətdə iştirak etməsinə görə məhkəmə prosesi başlayır. Dairə prokuroru Adam Donner Vertiqo simptomları ilə özünü pis hiss edir, ona görə işin aparılması Lorelə həvalə edilir. Oliver həm məhkəmə zamanı ailəsini dəstəkləməyə həm də Qrafı ələ keçirməyə çalışır. Felisinin Qraf tərəfindən qurulmuş tələyə düşməsi ilə hər şey dəyişir. 
318 Alim Maykl ŞultzHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Ceff Cons
4 dekabr 2013 (2013-12-04)2J74583.24[19]
“Queen Consolidated”də həyata keçirilmiş oğurluq işi Sentral-sitidən olan kriminalist Barri Alleni şəhərə gətirir. Doğma şəhərində də oxşar hadisə ilə üzləşdiyini deyən Barri köməyini təklif edir. Oliver başa düşür ki, Barri göründüyü qədər də sadə deyil, lakin onu şirkət və adada baş verənlərin bir-birinə çox oxşar olması yayındırır. Bu arada Felisitidə Barriyə qarşı simpatiya yaranır ki, bu da Barrinin gözündən qaçmır. Roy Teyanın onun kömək etmək istəyini müsbət qarşılaması və öz köməyini təklif etməsinə şübhələnir. 
329 Üç ruh Con BerinqHekayə: Qreq Berlanti & Endryu Kreysberq
Ssenari: Ben Sokolovski & Ceff Cons
11 dekabr 2013 (2013-12-11)2J74593.02[20]
Sayrus Qoldla döyüşdən sonra Oliver bədəninə çoxlu narkotik yeridilmiş halda tapılır. Onun həyatını xilas etmək üçün Felisiti çox təhlükəli bir qərar verir. Narkotiklərin təsiri altında Oliver hallüsinasiyalar görməyə başlayır və yenidən keçmişi ilə üzləşir. Bu arada Barri və Felisinin münasibətləri daha da yaxınlaşır. Ox Lennsdən Qoldu və kimlərlə münasibətdə olduğunu öyrənməyi xahiş edir. Lakin Lens izə düşən kimi döyüş baş verir və onun tərəfdaşı öldürülür. Blad, Royu ələ keçirərək ona əziyyət verir. 
3310 Partlayış radiusu Rob HardiCeyk Koburn & Keto Şimizu15 yanvar 2014 (2014-01-15)2J74602.52[21]
Starlinq-sitidə bombalar partlamağa başladıqda Oliver şəhəri yeni təhlükədən xilas etməyə çalışır. Felisiti bu cinayətin arxasında duran Şrapnel adlı Mark Şeffnerin gizləndiyi yeri öyrənir. Ox başa düşür ki, Şeffnerin növbəti hədəfi Sebastyan Bladın təşkil etdiyi “Həmrəylik gecəsidir”. O, Bladı gecəni təxirə salmaq üçün yola gətirməyə çalışsa da, buna nail ola bilmir. 
3411 Kor ərazi Qlen UinterVendi Merikl & Bet Şvartz22 yanvar 2014 (2014-01-22)2J74612.49[22]
Sebastyan Blad haqqında daha çox məlumat öyrənmək üçün Lorel Lens Oxu axtarır. O, şəhərin gələcək rəhbərindən şübhələnməyin nəqədər doğru olduğuna əmin olmasa da, riskə gedərək ona qarşı çıxamağa razılaşır. Lakin, qızı siyasi oyundan çıxarmaq üçün Bladın əlinə fürsət düşür. Fikirlərini bir yerdə toparlayan Roy sirrini Sinə açır. Fleşbekdə adada xanım Lensin daha bir sirrinin üstü açılır. 
3512 Yerin titrəməsi Qay BiMark Quqqenheym & Dry Z. Qrinberq29 yanvar 2014 (2014-01-29)2J74622.95[23]
Ben Törner həbsdən qaçır. Onun qaçması üçün şərait yaradan naməlum şəxs isə Malkolm Merlinin zəlzələ yaradan qurğusunun prototipini qaçırmağı sifariş edir. Ox Roya qəzəbini idarə etməyi öyrətməyə çalşır, lakin, Roy özünə nəzarəti itirir və Törner qurğunu qaçırmağa müvəffəq olur. Lorel öyrənir ki, vəkil lisenziyasını itirə bilər. Moyra Starlinq-siti meri postuna namizədliyinin irəli sürülməsinə razılaşır. Teya anası ilə danışaraq Uoletrlə barışmasını xahiş edir. 
3613 İblisin varisi Vendi StenzlerCeyk Koburn5 fevral 2014 (2014-02-05)2J74632.86[24]
Ras al-Qulun qızı Nisə Starlinq-sitiyə gələrək Sara ilə danışır və onu Nanda Parbata geri dönməyə razıl salmaq istəyir. Sara imtina edir, bundan sonra Nisə onun anasını qaçıraraq, Saranın getməyəcəyi təqdirdə öldürməklə hədələyir. Felisiti Teyanın əsl atasının Malkolm Merlin olmasını öyrənir və bu haqqda Oliverə danışır. Moyra seçkiqabağı kompaniyasına start verir. Sara Lorel və valideynləri ilə görüşür. Lorel özü və ailəsinin başına gələn pis hər şeyin günahkarının Sara olduğunu bildirərək onu evdən qovur. 
3714 Ölüm vaxtı Nik KopusVendi Merikl & Bet Şvartz26 fevral 2014 (2014-02-26)2J74642.45[25]
Şəhərdə saniyələrə hesablanmış qarət baş verir. Cinayti törədən isə Saatların kralı adlı cinayətkardır. Komandasının köməyi ilə Ox cinayətkarı zərərsizləşdirir. Lorel Sara ilə barışmağa və həyatını dəyişməyə qərar verir. Anası və Oliver arasında gərginlik yaşandığını görən Teya, onları barışdırmaq üçün Oliveri evə dəvət edir. Bu zaman Moyra evdə iş görüşməsi keçirir və ona yeni tərəfdaşı olan Sleyd Vilsonu təqdim edir. 
3815 Vədə Qlen UinterCeyk Koburn & Ben Sokolovski5 mart 2014 (2014-03-05)2J74652.21[26]
Sleyd Oliverin bütün ailə üzvləri ilə tanış olur. Felisitiyə zəng edən Oliver komandasına evində Sleydin olduğunu xəbər verir. Sara, Con və Roy onun evinə gəlirlər. Fleşbekdə gəminin Sleyd, Oliver və Sara tərəfindən ələ keçirilməsi göstərilir. 
3916 İntiharçılar dəstəsi Larri TenqKeto Şimizu & Brayan Q. Miller19 mart 2014 (2014-03-19)2J74662.42[27]
Sleydin gizləndiyi yerin tapılmasında kömək göstərmələri üçün Oliver Rus mafiyasına müraciət edir. Bu arada A.R.Q.U.S altı il əvvəl Con Diql tərəfindən həbs edilmiş şəxsin izinə düşür və onu tapmaqda kömək etmək üçün yenidən Cona müraciət edir. Əməliyyatı həyata keçirmək üçün Con keçmiş həyat yoldaşı, o cümlədən Dedşot, Şrapnel və Bürünc pələngdən təşkil edilmiş İntiharçılar dəstəsi ilə birgə fəaliyyət göstərməli olur. Bu arada, Oliver Saraya Sleydlə mübarizədə iştiraka icazə verir. 
4017 Yırtıcı quşlar Con BerinqMark Bemesderfer & A.C. Bredli26 mart 2014 (2014-03-26)2J74672.62[28]
Oxun köməkliyi ilə polis Frenk Bertinellini həbs edir. Oliver ehtimal edir ki, onun həbsi haqqında elan verilən kimi qızı Helena şəhərə qayıdacaq. Adam Lorelə işə qayıdarab Bertinellinin işi ilə məşğul olmağı təklif edir. Roy hələ də qəzəbini idarə edə bilmir, buna görə də Oliver ondan Teyadan mümkün qədər uzaq durmağı xahiş edir. Məhkəmə binasında Helana Frenki öldürməyə cəhd edir, lakin mühasirəyə düşür. Çıxılmaz hala düşən Helena məhkəmə binasında olan insanları əsir götürür. 
4118 Detstrouk Qay BiMar Quqqenheym & Dryu Z. Qrinberq2 aprel 2014 (2014-04-02)2J74682.32[29]
Oliver və anası arasındakı münasibətlər gərin olaraq qalsa da, Sebastyan Blada qarşı debatlarda o, anasını dəstəkləməyə davam edir. Sleyd Teyanı səri götürür və Oliver bacısını azad etmək üçün bütün imkanlarından istifadə etməyə çalışır. Daha sonra Teyanı azad edən Sleyd ona anası və Oliver tərəfindən gizlədilən sirrin üstünü açır. Bundan sonra Lorellə görüşən Sleyd ona Ox maskası altında gizlənənin Oliver Kuin olmasını deyir. 
4219 Kapüşon altındakı adam Cessi VarnHekayə: Qreq Berlanti & Ceff Cons
Ssenari: Endryu Kraysberq & Keto Şimizu
16 aprel 2014 (2014-04-16)2J74692.26[30]
Sleydin planına mane olmağa çalışan Oliver, Con, Sara və Felisiti onun nəzarəti altına keçmiş “Queen Consolidated” laboratoriyalarını partladırlar. Lorel Ox maskası altında gizlənənin kim olduğunu müəyyənləşdirməyə çalışır və Sleydin dediklərinə əmin olmaq üçün Oliveri izləyir. Oliverin qərargahına soxulan Sleyd Açarların kralı tərəfindən hazırlanmış və bütün qapıları aça bilən açarı götürür. Bu arada S.T.A.R. Labs müxtəlif təcrübələrdən qalmış çoxlu sayda texnikadan, o cümlədən Artur Laytın qanköçürmə qurğusundan azad olmağa qərar verir. Sleyd həmin qurğunu ələ keçirir. Teya atasının Merlin olmasından narahatlq keçirsə də, Oliver bu işdən Robert Kuinin xəbərdar olduğunu, buna baxmayaraq Teyanı öz qızı kimi sevdiyini öyrənir. 
4320 Qəzəbli Duq AarniokoskiVendi Merikl & Bet Şvartz23 aprel 2014 (2014-04-23)2J74702.19[31]
Roy özünə gəlir və qərargahı tərk edir, lakin indi, o özünü heç idarə edə bilmir. Oliver, Con, Sara və Felisiti onu axtarsalar da tapa bilmirlər. Bu zaman Roy Sinlə görüşür. Moyra müsahibə verir və bu zaman Teya müdaxilə edir ki, bu da kompaniyanın gələcəyi üçün təhlükə doğurur. Teyaya dəstək olmağın daha mühüm olmasına qərar verən Moyra seçkilərdə iştirakdan imtina edir və qərarı haqqında Sebastyanı məlumatlandırır. Royu xəbərlərdə görən və Sinlə danışıan Teya onu tapmağa qərar verir. Oliver, Moyra və Teyanı mətbuat konfransından evə aparan avtomobilə hücum edilir. Özünə gələn Oliver əsir alındıqların və adada olduğu kimi yenidən seçim qarşısında qaldığını görür. Lakin bu dəfə o, ya anasını, ya da bacısını seçməlidir. Moyra övladlarını qorumaq üçün özünü qurban verməyi qrarlaşdırır və Detstrouk Moyranı öldürür. 
4421 Şəhər qan içində Maykl ŞultzHolli Harold30 aprel 2014 (2014-04-30)2J74712.31[32]
Moyrann ölümündən sonra Starlinq-sitinin meri Sebastyan Blad olur. Oliver yoxa çıxır və hətta anasının dəfnində də iştirak etmir. Con və Felisiti onun axtarışına başlayırlar. İzabel Roşev Oliverin yenidən adaya qayıtdığını düşünür. Blad və Sleydin əlbir olmasından şübhələnən Lorel fikirlərini atasında deyir. Con və Felisiti Oliverin tapılmasında kömək almaq üşün A.R.Q.U.S.-a müraciət edirlər. İzabel Teyanın klubunu da əlindən alır və buna görə də Teya şəhərdən köçməyə qərar verir. Oliver Sleydə təslim olmağa qərar versə də, Co və Felisiti buna qarşı çıxırlar. Lorel Oliverlə danışaraq onun Ox olduğunu bildiyini deyir və Bladla bağlı şübhələrini bölüşür. Sleydin adamları Starlinq-sitini işğal etməyə başlayırlar. 
4522 Küçələr od içində Nik KopusCeyk Koburn & Ben Sokolovski7 may 2014 (2014-05-07)2J74722.33[33]
Sleydin ordusu şəhəri ələ keçirir. Oliver mirakurunun təsirlərini neytrallaşdırlan dərman əldə etsə də, işə A.R.Q.U.S qoşulur. Amanda Uoller ölkə miqyası təhlükənin qarşısını almaq üçün Starlinq-sitini Sleyd Vilson və ordusu, o cümlədən 576000 nəfər sakini ilə birlikdə yer üzündən silməyə qərar verir. Oliverə sübhə kimi vaxt verilir və nəticə olmadığı halda şəhərin dağıdılacağı bildirilir. Fleşbekdə Oliver və Anatoli Saranın qaçırıldığını müəyyənləşdirirlər və onu xilas etmək üçün Oliver yenidən gəmiyə qayıdır. 
4623 Ağılasığmaz John BehringHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym
14 may 2014 (2014-05-14)2J74732.37[34]
Şəhərə qayıdan Malkolm Merlin Teyanı Sleydin adamlarının əlindən xilas edir. S.T.A.R. Labs tərəfindən hazırlanmış dərman təsir edir və Oliver onu Sleydin bütün adamlarına qarşı tətbiq etməyə qərar verir. Nisə əl-Qul və Qatillər Liqasının döyüşçüləri bu işdə Oliverə kömək edirlər, əvəzində isə Sara onlarla qayıtmağa razılaşır. Sleydin döyüşçülərindən biri Loreli əsir götürür. Oliver Felisitinin təhlükəsizliyini təmin etmək üçün onu öz malikanələrinə aparır və sevgi etirafı edir. Roya Teya ilə görüşür, lakin, Teya başa düşür ki, Roy da onu aldadıb. Con və Layla A.R.Q.U.S.-un həbsxanasından Dedşot, Tork və Reyveni azad edərək Amanda Uoller hədələyir və şəhəri bombalamalı olan pilotsuz təyyarəni geri çağırmağı tələb edirlər. Bu arada antidotun köməkliyi ilə Oliverin dəstəsi Sleydin ordusunu zərərsizləşdirir. Sleyd Oliverin planlaşdırdığı kimi Felisitini əsir alır və Felisiti antidotu onun da bədəninə yeridir. Sleyd A.R.Q.U.S.-un kameralarından birində həbsə alınır. Teya atası ilə birlikdə Starlinq-sitidən getməyi qərarlaşdırır. Fleşbekdə Oliverin adadan qaçması göstərilir. 

İstehsal[redaktə | mənbəni redaktə et]

İnkişaf[redaktə | mənbəni redaktə et]

Ox serialının ikinci mövsümünün çəkiləcəyi The CW tərəfindən 11 fevral 2013-cü ildə elan edilmiş, mövsümün 2013–2014-cü efir mövsümündə yayımlanacağı bildirilmişdir.[35]

Səkkiz və doqquzuncu seriyalarda təqdim edilmiş Barri Allenin izləyicilər tərəfindən müsbət qəbul edilməsindən sonra, əvvəl mövsümün iyirminci seriyasının Fleş üçün bekdor-pilot olması ideyasından imtina edilən The CW personaj üçün normal pilot seriyası çəkilməsinə qərar verir. Bunun üçün seriyanın büdcəsi artırılır və personajın daha yaxşı işlənilməsi üçün yaradıcılara daha çox vaxt verilir.[36]

Aktyor seçimi[redaktə | mənbəni redaktə et]

İkinci mövsümdə Emili Bett Rikards, Kolton Heyns və Manu Bennet serialın əsas aktyor heyətində rol almışlar.[37] Pilot seriyasında Sara Lensi canlandırmış aktrisa Jaklin Makİnnes Vud bu rola qayıtmamış və Keyti Lotzla əvəz edilmişdir.[38]

Kostyum dizaynı[redaktə | mənbəni redaktə et]

Mövsümün ikinci yarısında Oliverin üsünü çəkən boya maskası personajın komikslərdə istifadə etdiyi maskaya oxşar domino maskası ilə əvəz edilir. Bu dəyişiklik ekranda da əks etdirilir və Kreysberq deyir: "O, sadəcə maska geyinmir. Əslində bu serialda böyük süjet dönümüdür. Personajın maska geyinməsi yalnız buna ehtiyac olduğuna görə baş vermir. Buna həqiqətən hadisələrin axını səbəb olur."[39] Əlavə olaraq Kreysberq bildirir ki, "Nəzəri olaraq Oliver özü inkişaf edir, o, viqilantdan qəhrəmana, Oxdan Yaşıl Oxa çevrilir. Bu isə onun kostyumunda da əks olunmalı idi. Oliver qəhrəmanlığı qəbul edir, bu isə kölgədən çıxmaq və simvola çevrilmək anlamına gəlir. Buna görə də o, kimliyini daha yaxşı gizlədəcək maskaya ehtiyac duyur."[39] O, əlavə edir ki, "Yeni maska Oxa onu tanımayan insanlarla daha orqanik işləməyə imkan verir və başını aşağı salmaqdan xilas edir."[39]

Kostyum dizayneri Maya Mani prodüserlərə əlliyə yaxın maska variantı təqdim etmişdi. Kraysberq deyir ki, "Mayanın dizayn etdiyi maskanın ən yaxşı xüsusiyyəti onun həqiqətən də çox sadə olması və sanki əvvəlcədən kostyumun bir hissəsi olmuş kimi görünməsidir…Biz maskanı alın Sivenə verən kimi, hətta o belə bunun doğru seçim olduğunu dedi."[39] "Üç ruh" adlı seriyada maska Oliverə Barri Allen tərəfindən hədiyyə edilir.[40]

Arrow - Original Television Soundtrack: Season 2
Növü film musiqisi
Yayımlanma tarixi 16 sentyabr 2014
Janr film musiqisi
Müddət 1:11:31
Leybl WaterTower Music
Bleyk Nili albomlarının xronologiyası
"Arrow - Original Television Soundtrack: Season 1"
(2013)
"Arrow - Original Television Soundtrack: Season 2"
(2014)
"Arrow - Original Television Soundtrack: Season 3"
(2015)

Musiqi[redaktə | mənbəni redaktə et]

16 sentyabr 2014-cü ildə WaterTower Music leyblı Ox serialının ikinci mövsümünün film musiqisi albomunu satışa çıxarmışdır. Alboma daxil olan bütün film musiqilərinin müəllifi Bleyk Nilidir.[41] Bəstəkar qeyd edir ki, "Mən hər mövsümdə xüsusi musiqi mövzularını təkmilləşdirməyə çalışıram. Yoxsa izləyicilərdə xroniki musiqi yorğunluğu baş verə bilər". Bəstəkar həm də qeyd edir ki, "Bu mövsümdə Sleyd Vilson və Detsroukla bağlı böyük və mühüm bir süjet tağı vardır. Onun özünün mövzusu var idi, buna görə də mən həmin mövzunu inkişaf etdirməyə qərar verdim. Həm də mövzuları birləşdirdim."[42]

Qəbulu[redaktə | mənbəni redaktə et]

Tənqidçilərin mövqeyi[redaktə | mənbəni redaktə et]

İkinci mövsüm əsasən müsbət rəylər almışdır.[43] "Entertainment Weekly"dən Ceff Censen ikinci mövsümün birinci yarısını B+ balı ilə qiymətləndirərək deyir ki, "Oxun intellekti televiziya büdcəsi sərhədlərini aşmayan imkanlar daxilində yaxşı nümayiş etdirilir. Yaşılışı – yetkin və ağıllıdır, hadisələr diqqətçəkəndir, Amell isə asanlıqla diqqəti özünə cəmləşdirə bilir."[44] "The A.V. Club"dan Kerri Raysler ikinci mövsümün birinci yarısını A- bal ilə qiymətləndirir. O, deyir ki, "Ox özünü cəlbedici televiziya şousu kimi təqdim etmişdir. Ən maraqlısı isə odur ki, Ox, istifadə etdiyi personajların komiks kökünə hörmətlə onları sabun-opera qaydaları əsasında şəbəkə şəklində birləşdirir."[45]

Reytinqlər[redaktə | mənbəni redaktə et]

İkinci mövsümdə 23 seriya boyunca hər seriya ortalama 3.28 milyon nəfər tərəfindən izlənilmişdir. Bu nəticə ilə serial teleseriallar arasında 128-ci yerdə qərarlaşmışdır.[46]

Başlıq Yayım tarixi Reytinq
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
Cəmi
(18–49)
1 "Qəhrəmanlar şəhəri" 9 oktyabr 2013 0.9/3 2.74[12] 0.5 1.4[47]
2 "Şəxsiyyət" 16 oktyabr 2013 1.1/3 3.06[13]
3 "Sındırılmış gəlinciklər" 23 oktyabr 2013 0.9/3 2.89[14] 0.5 1.4[48]
4 "Sərt sınaqlar" 30 oktyabr 2013 0.8/2 2.37[15] 0.5 1.3[49]
5 "Qatillər liqası" 6 noyabr 2013 1.0/3 2.80[16]
6 "Düşmənini yaxında saxla" 13 noyabr 2013 1.2/3 3.09[17]
7 "Ştat Kuinə qarşı" 20 noyabr 2013 1.0/3 2.66[18]
8 "Alim" 4 dekabr 2013 1.2/3 3.24[19]
9 "Üç ruh" 11 dekabr 2013 1.1/3 3.02[20]
10 "Partlayış radiusu" 15 yanvar 2014 0.9/3 2.52[21] 0.6 1.5[50]
11 " Kor ərazi" 22 yanvar 2014 0.9/2 2.49[22] 0.6 1.5[51]
12 "Yerin titrəməsi" 29 yanvar 2014 1.1/3 2.95[23] 0.5 1.6
13 "İblisin varisi" 5 fevral 2014 1.0/3 2.86[24] 0.5 1.5[52]
14 "Ölüm vaxtı" 26 fevral 2014 0.9/3 2.45[25]
15 "Vədə" 5 mart 2014 0.7/2 2.21[26] 0.5 1.2[53]
16 "İntiharçılar dəstəsi" 19 mart 2014 0.8/3 2.42[27] 0.5 1.3[54]
17 "Yırtıcı quşlar" 26 mart 2014 0.9/3 2.62[28]
18 "Detstrouk" 2 aprel 2014 0.8/3 2.32[29] 0.5 1.3[55]
19 "Kapüşon altındakı adam" 16 aprel 2014 0.7/2 2.26[30] 0.4 1.1[56]
20 "Qəzəbli" 23 aprel 2014 0.7/2 2.19[31] 0.5 1.2[57]
21 "Şəhər qan içində" 30 aprel 2014 0.8/3 2.31[32]
22 "Keçələr od içində" 7 may 2014 0.8/2 2.33[33]
23 "Ağılagəlməz" 14 may 2014 0.9/3 2.37[34]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

İl Mükafat Kateqoriya Nominant Nəticə
2014 IGN Awards[58] Ən yaxşı televiziya qəhrəmanı Stiven Amell/Ox II yer
Xalqın seçimi mükafatı[59] Sevilən elmi-fantastika/fentezi televiziya aktyoru Stiven Amell Namizəd
Peyk mükafatı[60] Ən yaxşı teleserial Ox Namizəd
Saturn mükafatı[61] Ən yaxşı gənclər üçün çəkilmiş teleserial Ox Namizəd
Leo mükafatı[62] Proqram Qreq Berlanti, Cozef P. Finn, Mark Quqqenheym, Endryu Kreysberq, Vendi Merikl[63] Namizəd
Operator işi Qordon Verhul ("Qurban") Namizəd
Qrim Danielle Fouler ("Düşmənini yaxınında saxla") Namizəd
Tryuk kordinasiyası J. J. Makaro ("Alim") Namizəd
Əsas rol aktyoru — kişi Stiven Amell ("Sərt sınaqlar") Namizəd
Əsas rol aktyoru — qadın Emili Bett Rikards ("Üç ruh") Namizəd
Constellation Awards[64] Elmi-fantastika serialında Ən yaxşı baş rol ifaçısı Stiven Amell ("Odissey") Namizəd
2013-cü ilin Ən yaxşı selmi-fantastika teleserialı Ox Namizəd
Yeniyetmə Seçimi Mükafatı[65] Seçim televiziya şousu: elmi-fantastika Ox Namizəd
Seçim Ən yaxşı yeni aktrisa[66] Emili Bett Rikards Namizəd
Gənc Hollivud mükafatı[67] Super Superqəhrəman Stiven Amell Namizəd

Ev üçün buraxılış[redaktə | mənbəni redaktə et]

"Arrow: Season 2" 5 diskli DVD dəsti və 9 diskli Blu-ray/DVD qarışıq dəsti şəklində 16 sentyabr 2014-cü ildə ABŞ-da, 15 sentyabr 2014-cü ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır. DVD/Blu-ray qutu dəstinə pərdə arxası səhnələr, ixtisar edilmiş səhnələr, gülməli dubllar və Paley Festdən süjet əlavə edilmişdir.[68]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Həmçinin "Ştat Kuinə qarşı" seriyasında qonaq ulduz kimi qeyd edilib.
  2. 1 2 Həmçnin "Düşmənini yaxınında saxla" seriyasında titrlərdə göstərilməmiş rol canlandırıb.
  3. Həmçinin yeddinci seriyanın qonaq ulduzu olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Davis, Lauren. "Summer Glau is ready for boardroom battle in latest Arrow images". io9. September 22, 2013. October 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  2. Lang, Derrick. "Bronze Tiger, Brother Blood coming to 'Arrow'". Yahoo TV. July 20, 2013. October 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  3. Jeffery, Morgan. "'Arrow': Teryl Rothery to play The Atom's love interest in season two". Digital Spy. August 13, 2013. March 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  4. Mitovich, Matt. "Exclusive: Arrow Targets Orphan Black Star". TV Line. August 2, 2013. October 5, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  5. Ausiello, Michael. "Arrow Scoop: Breakout Killing Co-Star Commits to 'Sin'-ful Season 2 Arc". tvline. August 15, 2013. October 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  6. Fitzpatrick, Kevin. "'Arrow' Season 2 Exclusive: 'Percy Jackson' Star Dylan Neal Joins as DC's Dr. Anthony Ivo!". ScreenCrush. September 26, 2013. August 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  7. Phegley, Kiel. "EXCLUSIVE: "ARROW" CASTS JIMMY JEAN-LOUIS AS AMAZO-LINKED "CAPTAIN"". Comic Book Resources. October 3, 2013. October 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  8. Gelman, Vlada. "Arrow Exclusive: X-Files Vet Nicholas Lea to Send [Spoiler] on a Surprising Journey". TVLine. November 15, 2013. November 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  9. Burlingame, Russ. "Tonight's Arrow to Feature Kate Spencer". comicbook.com. November 20, 2013. March 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2018.
  10. Ching, Albert. "EXCLUSIVE: AMANDA WALLER UNLEASHES THE SUICIDE SQUAD ON "ARROW"". Comic Book Resources. February 21, 2014. March 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  11. West, Brian. "WPR Previews the Upcoming Suicide Squad Episode of Arrow". WatchPlayRead. March 4, 2014. March 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  12. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: Survivor, Back in the Game, Modern Family and The Tomorrow People Adjusted Up; Nashville Adjusted Down". TV by the Numbers. October 10, 2013. October 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  13. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Modern Family, Law & Order: SVU, Survivor, Toy Story of TERROR! & Back in the Game Adjusted Up; Nashville & Ironside Adjusted Down". TV by the Numbers. October 17, 2013. October 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  14. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: Survivor, The Middle, Modern Family & The Tomorrow People Adjusted Up; Super Fun Night Adjusted Down + Final World Series Numbers". TV by the Numbers. October 24, 2013. July 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  15. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Arrow & The Middle Adjusted Up; Super Fun Night & CSI Adjusted Down & Final World Series Numbers". TV by the Numbers. October 31, 2013. November 2, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  16. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: CSI Adjusted Up; Criminal Minds Adjusted Down + No Adjustment for The CMA Awards". TV by the Numbers. November 7, 2013. November 8, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  17. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Revolution, Arrow, The Middle & Survivor Adjusted Up; Super Fun Night Adjusted Down". TV by the Numbers. November 14, 2013. November 15, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  18. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: The X Factor, Modern Family, Arrow, Survivor & The Middle Adjusted Up; Super Fun Night Adjusted Down". TV by the Numbers. November 21, 2013. November 23, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  19. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: Arrow & Modern Family Adjusted Up; The Tomorrow People & Super Fun Night Adjusted Down". TV by the Numbers. December 5, 2013. February 20, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  20. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: The Middle Adjusted Up". TV by the Numbers. December 12, 2013. February 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  21. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: American Idol Adjusted Up; Law and Order: SVU, The Tomorrow People & Super Fun Night Adjusted Down". TV by the Numbers. January 16, 2014. March 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  22. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Arrow & The Middle Adjusted Up; Modern Family Adjusted Down". TV by the Numbers. January 23, 2014. April 13, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  23. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: Arrow, Law and Order: SVU & The Tomorrow People Adjusted Up". TV by the Numbers. January 30, 2014. February 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  24. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Super Fun Night Adjusted Down". TV by the Numbers. February 6, 2014. March 5, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  25. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: American Idol & Nashville Adjusted Up; Survivor, The Middle, Mixology, Suburgatory & Criminal Minds Adjusted Down". TV by the Numbers. February 27, 2014. March 2, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  26. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Modern Family, Mixology & Nashville Adjusted Up". TV by the Numbers. March 6, 2014. March 7, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  27. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Survivor Adjusted Up; No Adjustment for The 100". TV by the Numbers. March 20, 2014. March 21, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  28. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: American Idol, Modern Family & Suburgatory Adjusted Up; Mixology Adjusted Down". TV by the Numbers. March 27, 2014. June 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  29. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Survivor, The Middle, Suburgatory, Modern Family & Criminal Minds Adjusted Up; CSI Adjusted Down". TV by the Numbers. April 3, 2014. April 7, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  30. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Survivor Adjusted Up; The 100 Adjusted Down". TV by the Numbers. April 17, 2014. April 18, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  31. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: Survivor, The Middle, Suburgatory & Modern Family Adjusted Up". TV by the Numbers. April 24, 2014. June 27, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  32. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Survivor, American Idol & Suburgatory Adjusted Up; Revolution & CSI Adjusted Down". TV by the Numbers. May 1, 2014. July 4, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  33. 1 2 Kondolojy, Amanda. "Wednesday Final Ratings: The Middle, Arrow, American Idol, Modern Family, Law & Order: SVU & Suburgatory Adjusted Up". TV by the Numbers. May 8, 2014. June 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  34. 1 2 Bibel, Sara. "Wednesday Final Ratings: Revolution, Arrow, Survivor, Suburgatory, Modern Family & Law & Order: SVU Adjusted Up; Chicago P.D. Adjusted Down". TV by the Numbers. May 15, 2014. July 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  35. Villarreal, Yvonne. "CW's 'Arrow,' 'Vampire Diaries,' 'Supernatural' get early renewal". Los Angeles Times. February 11, 2013. March 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  36. Andreeva, Nellie. "CW's 'The Flash' To Do Stand-Alone Pilot Instead Of 'Arrow' Backdoor Pilot Episode". November 18, 2013. November 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  37. Asiello, Michael. "Arrow Promotes Colton Haynes to Series Regular". TV Line. March 13, 2013. March 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  38. Yeoman, Kevin. "'Arrow': Black Canary Revealed – What Did You Think?". 2014. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  39. 1 2 3 4 Gonzalez, Sandra. "'Arrow' gives Oliver Queen's alter-ego a mask -- EXCLUSIVE PHOTOS". Entertainment Weekly. November 19, 2013. November 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  40. John Behring (director), Andrew Kreisberg & Geoff Johns (writers). Three Ghosts // Arrow. 2 sezon. December 11, 2013. 42 minutes in. The CW.
  41. "Arrow: Season 2 (Original Television Soundtrack)". WaterTower Music. 2016-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2018.
  42. FREDERICK, BRITTANY S. "'Arrow': Blake Neely Tells Us How He Makes Everything Sound Super". StarPulse. JANUARY 21, 2015. December 20, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2018.
  43. "Arrow: Season 2 (2013-2014)". Rotten Tomatoes. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  44. Jensen, Jeff. "Arrow TV Review". Entertainment Weekly. December 16, 2013. January 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  45. Raisler, Carrie. "Arrow became great by emphasizing characters above all else". The A.V. Club. December 10, 2013. December 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  46. "Full 2013-2014 TV Season Series Rankings". Deadline.com. May 22, 2014. May 25, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  47. Kondolojy, Amanda. "Updated Live+7 DVR Ratings: 'The Big Bang Theory' Tops Adults 18-49 Ratings Increase, 'Elementary' Earns Biggest Percentage Gain,'The Blacklist' Grows Most in Total Viewers in Week 3". TV by the Numbers. October 28, 2013. October 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  48. Bibel, Sara. "Live+7 DVR Ratings: 'Big Bang Theory' Tops Adults 18-49 Ratings Increase, 'Beauty and the Beast' Earns Biggest Percentage Gain, 'The Blacklist' Tops Viewer Increases in Week 5". TV by the Numbers. November 11, 2013. November 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  49. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'The Blacklist' & 'Grey's Anatomy' Top Adults 18-49 Ratings Increase, 'Beauty and the Beast', 'Parenthood' & 'Nashville' Lead Percentage Gains, 'The Blacklist' Tops Viewer Increases in Week 6". TV by the Numbers. November 18, 2013. November 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  50. Bibel, Sara. "Live+7 DVR Ratings: 'Modern Family' Has Biggest 18-49 Ratings Gain, 'Beauty & the Beast' Tops Percentage Gains & 'The Blacklist' Leads in Total Viewer Increase in Week 17". TV by the Numbers. February 3, 2014. September 16, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr.
  51. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'Modern Family' Has Biggest 18-49 Ratings Gain, 'The Blacklist' Tops Percentage & Total Viewer Increase in Week 18". TV by the Numbers. February 10, 2014. September 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  52. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain & Total Viewer Increase + 'Nashville' Tops Percentage Gain in Week 20". TV by the Numbers. February 24, 2014. March 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr.
  53. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain, 'The Following' Tops Percentage Gain & 'The Blacklist' Adds Most Total Viewers in Week 24". TV by the Numbers. March 24, 2014. March 24, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  54. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'Grey's Anatomy' & 'The Blacklist' Have Biggest 18-49 Ratings Gains, 'Raising Hope' & 'Hart of Dixie' Top Percentage Gains in Week 26". TV by the Numbers. April 7, 2014. August 16, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  55. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain, 'Hart of Dixie' Tops Percentage Gains & 'The Blacklist' Gains Most Viewers in Week 28". TV by the Numbers. April 21, 2014. April 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  56. Kondolojy, Amanda. "Live+7 DVR Ratings: 'Grey's Anatomy' Has Biggest 18-49 Ratings Gain, 'Person of Interest' Tops Viewership Gain, 'The Following', 'The Vampire Diaries' & 'Reign' Top Percentage Gains in Week 30". TV by the Numbers. May 5, 2014. May 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  57. Bibel, Sara. "Live+7 DVR Ratings: 'Big Bang Theory' & 'The Blacklist' Have Biggest 18-49 Ratings Gain, 'The Blacklist' Tops Viewership Gain, 'Hart of Dixie' Top Percentage Gainer in Week 31". TV by the Numbers. May 12, 2014. May 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2018.
  58. "Oliver Queen - Arrow - Best of 2014: Television". IGN. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  59. "The 40th People's Choice Awards". 2013-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  60. "2014 Winners". 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  61. "The 40th Saturn Award Nominations". Variety. 2014-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  62. "2014 Winners". Leo Awards. 2014-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  63. "2014 Nominations". Leo Awards. 2014-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  64. "Nominations". Constellation Awards. 2012-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  65. "FIRST WAVE OF 'TEEN CHOICE 2014' NOMINEES ANNOUNCED". Teen Choice Awards. June 18, 2014. July 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  66. "Second Wave of Nominations for 'Teen Choice 2014' Announced". TVbythenumbers. July 18, 2014. September 28, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  67. "YHA Nominees list". Young Hollywood Awards. June 28, 2014. July 2, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  68. "Arrow – Warner Shot Over an Announcement for 'The Complete 2nd Season' Blu-ray Disc and DVD versions will leap into stores this September". TVShowsOnDVD.com. iyun 13, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 10, 2018.