Otar Çerkeziya

Otar Çerkeziya
gürc. ოთარ ჩერქეზია
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1933(1933-09-26)
Doğum yeri
Vəfat tarixi oktyabr 2004 (71 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf" ordeni

Otar Yevtixiyeviç Çerkeziya (gürc. ოთარ ჩერქეზია; 26 sentyabr 1933, Çuqureti rayonu[d]oktyabr 2004, Moskva) — sovet və gürcü siyasətçisi, 1986—1989-cu illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

1955-ci ildə Sov. İKP üzvü oldu, 1956-cı ildə Gürcüstan Politexnik İnstitutunu bitirdi. 1956-cı ildə Gürcüstan SSR komsomol MK şöbələrinin birinin rəhbəri oldu, 1961-ci ildə isə Gürcüstan SSR Komsomol MK birinci katibi təyin olundu. 1967-ci ildə Gürcüstan Kommunist partiyasının rayon komitəsinin birinci katibi, 1970-ci ildə isə Gürcüstan Kommunist partiyasının MK-nın şöbə müdiri təyin edildi. 1973-cü ildə Gürcüstan SSR Nazirlər soveti sədrinin müavini, sonra isə birinci müavini vəzifəsinə keçdi.

1986-ci il aprelin 11-dən 1989-cu il martın 29-dək Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

SSRİ Ali Sovetinin 11 çağırış deputatı.

1989-cu ilin noyabr ayından SSRİ Ali Soveti Katibliyinin şöbə müdiri idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]