Osman Həbibullayev

Osman Həbibullayev
Doğum tarixi 28 sentyabr 1913(1913-09-28)
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1970(1970-09-09) (56 yaşında)
Elm sahəsi arxeologiya
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
İş yerləri
Təhsili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Osman Həbibulla oğlu Həbibullayev (28 sentyabr 1913, Bağçasaray, Tavriya quberniyası[d]9 sentyabr 1970) — Azərbaycan arxeoloqu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində doğulmuşdu. Atası kənddə müəllimlik etmiş, ailəsini dolandırmışdı. Osman körpə ikən valideynlərini itirmiş və uşaq evinə verilmişdi. O, ibtidai təhsilini uşaq evində almışdı. Burada da mütaliəni sevmiş, ömrünün axırınadək kitabları özünə ən yaxın sirdaş bilmişdi. Bağçasarayın əfsanələrlə dolu sirli aləminə də onu ilk dəfə aparan kitablar olmuşdu. Boş vaxtlarında o, həmişə Bağçasarayın qədim xarabalıqlarına tələsmiş, burada dalğın-dalğın gəzərək həyatın keşməkeşli, enişli-yoxuşlu yolunu düşünmüşdü. O, bu xarabalıqlarda böyük Puşkinin bədii təxəyyülündən doğan zəhmli Gireyxanın məhəbbət alovu içərisində çəkdiyi iztirablarının, gözəl Zaremanın qısqanclıq əzablarının, məsum Mariyanın vətən həsrətinin fikrən şahidi olmuşdu.

Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, o, Simferopolda yaşayan, uzaq qohumlarının yanına getmiş və orada orta məktəbi qurtarmışdı. Orta təhsilli Osman atasının nəcib işini davam etdirməyə səy göstərərək bir müddət uzaq kəndlərdən birində müəllim işləmişdi. Lakin təhsilinin natamam olması tezliklə onu bu sevimli işdən məhrum etmiş və fəhləliyə gətirib çıxarmışdı. Az vaxt içərisində o, müxtəlif peşələrə yiyələnərək, çilingər, maşınçı və s. işlərdə çalışmışdı. Belə iş taleyin onu Naxçıvana gətirib çıxaracağına kimi davam etmişdi. Müharibə ərəfəsində Osman Həbibullayev Naxçıvana gələrək öz həyatını həmişəlik onunla bağlamışdı. Naxçıvan öz füsunkar dağları, gözəl təbiəti və zəngin abidələrilə ilk gündən onu özünə heyran etmişdi. Naxçıvanda o, əvvəlcə vilayət partiya komitəsində texniki katib vəzifəsində işləmiş, sonra isə komitənin kitabxanasına rəhbərlik etmişdi. Eyni vaxtda o, müəllimlər kursunda təhsilini də davam etdirmişdi. Müəllimlər kursunu qurtardıqdan sonra dağ kəndi Basqala müəllim təgyin edilmiş, yenidən sevimli işinə qayıtmışdı. Lakin Basqal kəndində o, uzun müddət müəllimlik edə bilməmişdi. Tezliklə müharibə onu da sevimli işindən ayırmışdı. Osman müəllim cəbhəyə yola düşmüşdü. Onun cəbhədə keçdiyi yol da qəribə olmuşdu. Bir müddət o, Şimali Qafqazda vuruşmuş, az vaxtdan sonra isə cəbhə yolları onu doğma Krım torpağına gətirib çıxar-mışdı. O, ata-anasının yurdu olan bu torpağın faşistlərdən azad edilməsində iştirak etmişdi. Cəbhədə üç dəfə yaralanmış, axırıncı ən ağır yaranı yenə də öz uşaqlıq yurdunda almışdı. Ömrünün ən gözəl çağında o, əlil olmuş cəbhədən tərxis edilmişdi. Müharibədən qayıtdıqdan sonra Osman Həbibullayev Azərbaycan Dövlət Univer-sitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş və onu müvəffəqiyyətlə başa çatdırmışdı. Hələ universitetdə oxuyarkən Osman Həbibullayev Azərbaycan SSR Elmlər Akademiyasının Tarix institutuna işə qəbul olunmuşdu. Burada o, apxeologiya şöbəsinə daxil olaraq həyatını həmişəlik Azərbaycanın qədim maddi mədəniyyət abidələrini, zəngin keçmişini öyrənməyə həsr etmək qərarına gəlmişdi. Bununla onun əmək fəaliyyəti yeni yola istiqamət almışdı.

Arxeologiya şöbəsində o, əvvəlcə kiçik laborant vəzifəsində işləmiş və bu elmin bütün incəliklərinə yiyələnmişdi. Yalnız bundan sonra ona elmi işçi vəzifəsi tapşırılmış və çöl tədqiqatı işlərində iştirak etmək hüququ verilmişdi. Az vaxt içərisində o, Qo-bustan, Mingəçevir, Örənqala arxeoloji ekspedisiyalarında fəal iştirak mışdır Nəinki Azərbaycanda, hətta bütün Qafqazda uzaq mis dövrünə aid yaşayış yerinin qalıqları ilk dəfə Osman Həbibullayev tərəfindən Kültəpədə aşkar edilmişdi. Elə buna görə də Qafqazda mis dövrünün ilk tədqiqi bilavasitə Azərbaycan arxeologu Osman Həbibullaevin adı ilə bağlıdır. Yeddi min yaşı olan bu yaşayış yerindən o, ən qədim əkinçi babalarımıza məxsus yüzlərcə əmək alətləri, gildən düzəldilmiş qablar, ən qədim mis əşyalar, silah və bəzək nümunələri tapmışdı. Onun burada açdığı tikintilər də çox böyük maraq doğurmuşdu. Çiy kərpiclərdən və möhrədən dairəvi şəkildə inşa edilmiş tikintilər Azərbaycan ərazisində üzə çıxarılan ən qədim yaşayış evləri olmuşdu. Osman Həbibullayev Kultəpə abidəsində 21 metr qalınlığında mədəni təbəqə müəyyənləşdirmiş, mis-tunc dövrünə aid bu təbəqənin dərin laylarından küllü miqdarda qədim maddi mədəniyyət nümunələri əldə etmişdi.

Osman Həbibullayev Kultəpə abidəsində 21 metr qalınlığında mədəni təbəqə müəyyənləşdirmiş, mis-tunc dövrünə aid bu təbəqənin dərin laylarından küllü miqdarda qədim maddi mədəniyyət nümunələri əldə etmişdi.

Əhəmiyyətlidir ki, Osman Həbibullayevin Kültəpədə aşkar etdiyi qiymətli tapıntıların ikinci hissəsi Cənubi Qafqaz arxeologiyasında mühüm yer tutan «Kür-Araz (ilk tunc dövrü) mədəniyyətinə» aid olmuşdu. Abidədə təkcə bu mədəniyyətə məxsus 9 metr qalınlığında mədəni təbəqə qazılmış və həmin təbəqədən eramızdan əvvəl IV minilliyin II yarısı, IV-III minilliklərə aid çoxlu məişət-təsərrüfat tikintiləri, əkinçilik və maldarlıqla bağlı əmək alətləri, gil qablar, kiçik ölçülü heykəllər, tunc əşyalar və sairə üzə çıxarılmışdı. Kültəpədən tuncun istehsalı ilə bağlı çoxlu əmək alətlərinin tapılması böyük elmi əhəmiyyət kəsb etmiş, Azərbaycan ərazisində hələ 5 min il əvvəl yerli zəmin əsasında metallurgiyanın və metal işləmə sənətinin yarandığını göstərmişdi.

Kültəpə tədqiqatları əsasında Osman Həbibullayev onlarca elmi əsərlər yazmış və bu əsərlərdə Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq məsələlərini işıqlandırmışdı. Bu əsərlər islər ölkəmizdə, istərsə də xaricdə tədqiqatçıların böyük diqqətinə səbəb olmuşdu. Osman Həbibullayev öz namizədlik dissertasiyasını da Kültəpə abidəsinə həsr etmiş və 1959-cu ildə müvəffəqiyyətlə müdafiə etmişdi. Həmin dissertasiyada Azərbaycan ərazisində yaşamış qədim qəbilə və tayfaların iqtisadi və ictimai həyatı, mədəni nailiyyətləri, qədim şərq ilə iqtisadi-mədəni əlaqələri böyük elmi əsaslarla öyrənilmişdi.

Osman Həbibullayevin Naxçıvan ərazisindəki tədqiqatları təkcə Kültəpə abidəsi və onun qazıntıları ilə məhdudlaşmamışdı. Bu qazıntılarla yanaşı o, Muxtar respublikanın ərazisində daim kəşfiyyat axtarışları aparmış və belə işlə onlarca qiymətli tarixi abidə üzə çıxarmışdı. 1969-cu ildə Osman Həbibullayev tərəfindən Qızıl-vəngdə tunc dövrünə aid böyük bir yaşayış yerinin qalıqları zahirə çıxarılmışdı. Eyni vaxtda o, Naxçıvan ərazisində yeni bir abidənin, II Kültəpənin tədqiqinə başlamışdı. Bütün bunlar ona «Naxçıvan MSSR ərazisində eneolit və tunc dövrləri» adlı ümimiləşdirilmiş yeni bir əsəri başlamağa imkan vermişdi. Bu əsərdə o, uzun illərdən bəri topladığı zəngin maddi mədəniyyət nümunələri əsasında Azərbaycan torpağının ayrılmaz hissəsi olan Naxçıvanın qədim mədəni-tarixi inkişafını əks etdirməyi nəzərdə tutmuşdu. Yeddi böyük fəsildən ibarət olan bu əsərini o, ölümündən azca qabaq müvəffəqiyyətlə başa çatdırmışdı. Təəssüf ki, ona bu əsərin çap nəşrini görmək müyəssər olmamışdı. Əsər yalnız 1982-ci ildə, istedadlı alimin ölümündən çox sonra işıq üzü gördü.

Osman Həbibullayev 1970-ci ilin sentyabr ayının 9-da, 57 il qabaq dünyaya göz açdığı həmin ayda vəfat etmişdi.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Раскопки холма Кюль-тапа // Краткие сообщения ИИМК. — 1953. — Вып. 51. — С. 36—45.
  • К изучению холма Кюльтепе // Труды Института истории и философии АН Азерб. ССР. — 1956. — Т. IX. — С. 5-25.
  • Первые итоги раскопок Кюльтепе (Нахичеванск. АССР) // Труды Музея истории Азербайджана. — Б., 1957. — Т. II.
  • Археологические раскопки холма Кюльтепе. (Поселение конца неолита — начала железа). Автореф. канд. дисс. (АГУ им. С. М. Кирова). — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1959. — 17 с.
  • Археологические раскопки в Кюльтепе. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1959. — 128 с. (азерб.)
  • Раскопки холма Кюльтепе близ Нахичевани в 1955 г. // Материалы и исследования по археологии СССР. — 1959. — № 67.
  • Поселение Кюль-Тепе // МИА. — 1959. — № 67.
  • Энеолитическая культура Азербайджана (по материалам Кюльтепе) // МАД. — 1961. — № 2.
  • Материалы Шахтахтинского погребения // Известия АН Азерб ССР. — 1961. — № 5. — С. 27-37.
  • Некоторые итоги изучения холма Кюль-Тепе в Азербайджане // Советская археология. — 1963. — № 3. — С. 157-168.
  • Погребальные памятники из поселения Кюль-Тепе в Азербайджане // *Археологические исследования в Азербайджане. — Б., 1965. — С. 24—44.
  • К вопросу о древней металлургии Азербайджана (по материалам поселения Кюльтепе) // МИА СССР. — 1965. — № 125.
  • Остатки жилищ во втором слое поселения Кюль-тепе около Нахичевана // МИА. — 1965. — № 125.
  • Памятники эпохи бронзы Нахичеванской АССР // МВСПИАЭИ. — 1969. (совместно с В. Алиевым)
  • Новые археологические находки из Нахичевани // Доклады АН АзССР. — 1969. — № 8. (совместно с В. Алиевым) (азерб.)
  • Об энеолитической расписной керамике Азербайджана // Материальная культура Азербайджана. — Б., 1976. — Т. VIII. — С. 5—14. (совместно с В. Алиевым) (азерб.)
  • Энеолит и бронза на территории Нахичеванской АССР. — Б.: Элм, 1982.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]