Osman Əhmədoğlu

Wikipedia open wikipedia design.

Osman Əhmədoğlu
Doğum tarixi 1948
Doğum yeri
Vəfat tarixi 18 mart 2020(2020-03-18)
Təhsili
Fəaliyyəti şair

Osman Əhmədoğlu (digər adları: "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman"; 1948, Keşəli, Marneuli18 mart 2020(2020-03-18)) — Gürcüstanın şair-publisisti, ictimai xadimi, Gürcüstan Aşıqlar Birliyinin sədri.[1]

Həyatı[redaktə | əsas redaktə]

Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib.

Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1968-1973). 10 il doğma Keşəli kənd orta məktəbində müəllim işləmiş, Borçalı rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Gürcüstan Aşıqlar Birliyinin sədridir.

18 mart 2020-ci ildə vəfat etmişdir.[2]

Yaradıcılığı[redaktə | əsas redaktə]

Bədii yaradıcılığa erkən başlamışdır. İlk şeri məktəbli ikən rayon qəzetində çıxmışdır. "Gürcüstan", "Azərbaycan gəncləri", "Şərq qapısı" və s. qəzetlərdə, "Çeşmə", "Dan ulduzu" almanaxlarında, "Azərbaycan" jurnalında şerləri və publisist yazıları dərc olunmuşdur. Onun şer, poema və məqalələri dövri mətbuatda "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman" imzalan ilə verilmişdi. Son illər "Osman Əhmədoğlu" imzası ilə çıxış etmişdir. "Borçalıda yanan ocaq" adlı ilk şerlər kitabı 1989-cu ildə "Yazıçı" nəşriyyatında çıxmışdır.

Kitabları[redaktə | əsas redaktə]

  • “Borçalıda ocaq yanır” (şeirlər), Bakı, “Yazıçı” nəşriyyatı, 1989

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

  • Oriflame Üyelik
  • Destek