Advertising Enquiries

Osetin-inquş münaqişəsi

Wikipedia open wikipedia design.


Osetin-inquş hərbi münaqişəsi
Location of Prigorodny District (North Ossetia-Alania).svg
Şimali Osetiyanın xəritəsində Priqorodnı rayonu. Onların arasında Vladiqafqaz şəhər dairəsi
Tarix 31 oktyabr - 4 noyabr 1992-ci il
Yeri Şimali Osetiyanın Priqorodnı rayonunun şərq hissəsi, Rusiya
Səbəbi Hər iki tərəf bir-birini təcavüzdə günahlandırır
Nəticəsi Silahlı qarşıdurmalar federal qoşunların bölgəyə yeridilməsi ilə dayandırılır. Siyasi qarşıdurma davam edir. İnquş əhalisinin əksəriyyətinin Şimali Osetiyadan qovulması[1]
Ərazi dəyişikliyi Əvvəlki sərhədlərin dəyişdirilməməsi
Münaqişə tərəfləri

Flag of North Ossetia.svg Şimali Osetiya
Flag of South Ossetia.svg Cənubi Osetiya könüllüləri[2]
Терское казачье войско (шеврон).png Terek kazakları[2]

Priqorodnı rayonunun inquş əhalisi
Flag of Ingushetia.svg İnquşetiya respublikası könüllüləri

Flag of Russia.svg Rusiya Federasiyası
* Rusiya Federasiyası Müdafiyə Nazirliyi
* Rusiya Federasiyası Daxili İşlər Nazirliyi
* Rusiya Federasiyası Daxili Qoşunları
* Milis
* OMON (Rusiya)

Komandan(lar)

Flag of North Ossetia.svg A.X.Qalazov
Flag of North Ossetia.svg B.X.Dzuçev
Flag of South Ossetia.svg O.D.Teziyev

Flag of Ingushetia.svg B.M.Seynaroyev
B.B.Boqatıryov

Tərəflərin qüvvəsi

məlum deyil

məlum deyil

İtkilər

105 osetin[1]

407 inquş (rəsmi məlumat)[1]

17-27 Rusiya hərbçisi (rəsmi məlumat)[3]
Ümumi itkilər
600 ölü, 900 nəfərdən çox yaralı[1]

Osetin-inquş münaqişəsi31 oktyabr4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetininquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma.

Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.

1956-cı ildə inquşların öz doğma evlərinə dönməsi ilə vəziyyət yenidən gərginləşmişdir. Hər iki xalq arasında bu illər ərzində bir neçə dəfə qarşıdurma yaşanmasına baxmayaraq, 1992-ci ilin payızına qədər geniş silahlı münaqişə baş verməmişdir. Rusiya hərbi hissələrinin bölgəyə yeridilməsindən sonra tərəflər arasında qanlı qarşıdurma dayandırılmışdır.

Helsinki İnsan Hüquqları Təşkilatının rəyinə görə osetinlər tərəfindən 1992-ci ilin oktyabr və noyabr aylarında bölgədə etnik təmizlənmə siyasəti aparılmışdır. Komitə bu etnik təmizlənmədə 600-dən çox mülki şəxsin öldürüldüyünü və Priqorodnı rayonunda yaşayan 60.000-ə yaxın inquşun sürgün edildiyini açıqlamışdır. Human Rights Watch, Osetiya milisi və respublika mühafizəçilərinin bölgədəki inguş əhalisinə qarşı vəhşiliklərindən çox sayda video və foto materiallar toplamışdır.

Ümumi məlumat[redaktə | əsas redaktə]

Əvvəlki illərdə baş vermiş etnik proseslər[redaktə | əsas redaktə]

Vladiqafqazda Terekin sol sahilində yerləşən "Muxtarov məscidi"
Vladiqafqazda osetin kilsəsi.

Müasir Şimali Osetiyaİnquşetiyanın düzənliklərində və dağətəyi ərazilərindəki inquş və osetiya yaşayış məntəqələri XVII əsrin sonlarından bəri məlumdur.[4] Tarixi və etnoqrafik materiallar göstərir ki, osetinlərinquşlar indiki Priqorodnı rayonuVladiqafqaz şəhər dairəsi daxilində qarışıq yaşayıblar. 1770-ci illərin məlumatına görə ən şərqi Osetiya yaşayış məskənləri Terekin sol sahilində Dəryal keçidində yerləşən Lars, Çmi və Balta idi.[5] Hal-hazırda onlar Priqorodnı rayonunun şərq hissəsinin sərhədlərində yerləşən Vladiqafqaz şəhər dairəsinə daxildir.

Vaynax (inquş) etnik elementinin qərb sərhədlərinə gəldikdə isə, bu zonada vaynaxların şərqə hərəkəti ilə əlaqədar əhəmiyyətli dəyişikliklər baş vermişdir. XVI–XVIII əsrin rus mənbələrindən aydın olur ki, o dövrdə vaynax əhalisi Terekin sol sahilində Lars bölgəsində yaşamış, sonra isə burada onları osetinlər əvəz etmişdilər.[5] XIX əsrin əvvəllərində buraya gələn alman şərqşünası və səyahı Yulius Klaprotun sözlərinə görə, "Slonate osetinləri Lars, Çmi, Baltaş kəndlərində yaşadıqlarına və torpaqdan istifadə etdiklərinə görə inquşlara hələ qədimdən vergi ödəyirdilər".[5] Osetin mənbələri də vaynaxların bir zamanlar müasir yaşayış yerlərindən qərbdə yaşadıqlarını təsdiq edirlər. Belə ki, sovet sənətşünası L.P.Semenov tərəfindən Koban dərəsində 1927-ci ildə yazılmış əfsanələrdə inquşların Kurtatinsk və Darqavs dərələrində yaşadığı deyilir, lakin kabardalılar və osetinlərin təzyiqi ilə onların Terekin sağ sahilinə, əvvəl Saniban dərəsinə, daha sonra isə Çmi bölgəsinə köç etdiyi deyilirdi.[5] Son iki dərə Priqorodnı rayonunun qərb hissəsində yerləşir.

İnquşetiyanın dağlıq hissəsinə, ya da Osetiyanın dağlıq hissəsinə söykənən düzən ərazilərdə müxtəlif dövrlərdə tədricən qərbə doğru çəkilən kabardalılar yaşayırdılar. Onların yerinə bu ərazilərə inquşlar və osetinlər köçməyə başladılar. XVII əsrdə düzən ərazidə əsası qoyulan ilk inquş kəndi Onquşt (indiki Tarskoye kəndi) olmuşdu. İnquş xalqı adını da bu kənddən götürmüşdür.[6] 1750-1760-cı illərdə Kambileevka və Sunja çaylarının düzən əraziyə çıxışında Şolxi, Axki-Yurt inguş kəndləri salındı.[7] 1770-ci ildə indiki Priqorodnı rayonu (şərq hissəsi) ərazisində Kambileevski kəndi quruldu (inquş Гӏалгӏай юрт, hərfi mənada "İnquşların kəndi", "İnquş məskəni" deməkdir).[8] 1770-1780-ci illərə qədər atıq inquş gözətçi məntəqələri müasir Nazranın yaxınlığında idi.[7] XVIII əsrin sonlarında inquşlar Terekin sol sahilinə, Osetiya dağlarına bitişik düzənliklərə basqınlar edirdilər. İnquş ideoloqları belə hücumlardan birinə 1784-cü ildə indiki Alagir yaxınlığındakı ərazilərə yürüşünə çox vacib əhəmiyyət verərək sübut etməyə çalışırlar ki, XVIII əsrin sonlarında inquş torpaqları Vladiqafqaz qalasına, "ta Alagir divarlarına qədər" uzanırdı.[7]

1944-cü ilə qədər[redaktə | əsas redaktə]

Rusiyanın Qafqaza gəlməsi ilə, inguşların yaşadığı bir sıra ərazilər Terek kazaklarına verildi. Əvvəllər inquşlara məxsus olan torpaqlarda düzən və dağlıq İnquşetiyanı ayıran kazak kəndlərinin yerləşdiyi düz xətt üzrə bir zolaq yaradıldı. İnquşlar bu vəziyyətlə barışmadılar. Kazaklarla qarşıdurma çar hökumətinin kazakları dəstəkləməsinə rəğmən davamlı olaraq davam edirdi. 1917-ci il Oktyabr Sosialist İnqilabı başlayanda Terek kazakları və inquşlar müasir Priqorodnı rayonunun ərazisində, həm də sərhəd ərazilərinin bir hissəsində birlikdə yaşayırdılar. Vətəndaş müharibəsi dövründə osetinlilər Terek kazaklarına mənsub olanlardan əlavə, əsasən neytral mövqe tutdular, kazaklar ağların, inquşlar isə qırmızıların tərəfini tuturdular. Sovet hakimiyyətinin inquşlar tərəfindən dəstəklənməsi qırmızıların kazakların yaşadıqları torpaqları yenidən onlara qaytarmaq barədə verdiyi vədlərdən qaynaqlanırdı.

Vətəndaş müharibəsi başa çatdıqdan sonra inquşlar Sovet hökumətindən bu vədi yerinə yetirməyi tələb etdilər. Dağlı Muxtar Sovet Sosialist Respublikasının yaranması ilə əlaqədar inquşlar kazakların məskunlaşdığı ərazilərin xeyli hissəsini geri qaytardılar[9], Terek kazakları köçürüldülər. 1924-cü ilə qədər Şimali Osetiya və İnquşetiya ərazisi Dağlı ASSR-nin tərkibində idi.

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1924-cü il tarixli qərarı ilə Dağlı ASSR ləğv edildi və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinə, eləcə də Sunjenski rayonuna bölündü. Vladiqafqaz şəhəri birbaşa RSFSR Mərkəzi İcra Komitəsinin tabeçiliyində, hər iki bölgənin inzibati mərkəzi olan müstəqil bir idarəetmə mərkəzinə çevrildi.[10] İnquş Muxtar Vilayətinin idarəetmə orqanları şəhərin sağ sahilində, Şimali Osetiya Muxtar Vilayətininki isə sol sahildə yerləşirdi. Hər iki muxtariyyət Şimali Qafqaz bölgəsində inzibati vahidlərə çevrildi.

Hər ki bölgə arasında elə o dövrdə ərazi iddiaları baş qaldırdı. Bunlardan ən başlıcası Kurp meşələri ilə bağlı sərhəd mübahisəsi idi. Həmçinin Redantan rayonunun cənubunda yerləşən bağlar ərazisindəki torpaq sahələri və Kantışevo ilə Dolakovo kəndləri mübahisələrə səbəb olurdu. 1925-ci il fevralın 16-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Balta rayonunun İnquşetiya Muxtar Vilayətinin inzibati ərazisinə daxil edilməklə, buradakı dağlıq aşırımla İnquşetiya və Şimali Osetiya Muxtar Vilayətləri arasında sərhədin çəkilməsi ilə əlaqədar 1925-ci il 12 yanvar tarixli qərarına dəyişiklik etdi. Çmi və Lars rayonları Terek çayı sərhəd olmaqla Şimali Osetiyanın tərkibində qaldı".[11] Bundan əlavə, Batakoe-Kau və Psedax arasındakı ərazinin bir hissəsi İnquşetiyaya verildi.[7] Daha sonra, həmin il 5 iyun tarixində Şimali Qafqaz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyəti, Kurp meşələrinin delimitasiyası ilə bağlı inzibati komissiyanın qərarını təsdiqlədi, hər iki muxtariyyətin rəhbərliyini onun qorumasına cavabdeh təyin etdi.[11].

30-cu illərin əvvəllərində A.Tsutsiyevin sözləri ilə “osetin-inguş münasibətlərinin bütün dinamikasına və Rusiya-Sovet sistemində hər iki xalqın vəziyyətinə böyük təsir göstərən iki hadisə baş verdi".[7] 1928-ci il oktyabrın 13-də A.A.Andreyevin məruzəsinə əsasən Partiyanın Şimali Qafqaz Regional Komitəsinin bürosu Vladiqafqazın Şimali Osetiya Muxtar Vilayətinə verilməsi haqqında qərar qəbul etdi. Bu qərar İnquş Muxtar Vilayətinin Partiya Komitəsinin katibi İ.B.Zyazikov və İcraiyyə Komitəsinin sədri A.İ.Qorçxanov tərəfindən etirazla qarşılandı. İ.B.Zyazikov qeyd edirdi ki:

" Vladiqafqaz şəhərinin iki milli bölgədən birinə - İnquş və ya Osetiyaya verilməsi məsələsinin vaxtında qaldırılması ilə razılaşaraq regional komitənin Vladiqafqazın Şimali Osetiya Vilayətinə verilməsi qərarına qəti etiraz edirik... Şəhər İnquşetiya Muxtar Vilayətinin iqtisadi və mədəni mərkəzi olaraq qalır.[11] "

Regional komitənin qərarı barədə şayiələr sürətlə bütün bölgəyə yayıldı, bu əhali arasında qarışıq reaksiyaya səbəb oldu. Qərar İnquşetiyada böyük narazılıq yaratdı və osetinlərlə inquşlar arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxardı. İnquş ziyalılarının bir hissəsi vilayət rəhbərliyini "şəhər uğrunda mübarizədə biganəlikdə və cinayətkar hərəkətsizlikdə" günahlandırdı. İnquş Muxtar Vilayətinin icraiyyə komitəsinin bürosu Vladikavkazın Şimali Osetiyaya verilməsi ilə bağlı partiyanın Şimali Qafqaz regional komitəsinin qərarından Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin bürosuna şikayət vermək qərarına gəldi. Oktyabrın 18-də partiya təşkilatlarında partiya konfransları və toplantıları keçirildi. İnquş partiya təşkilatının Vladiqafqaz şəhər fəalları, həmçinin Priqorodnı rayonunun və İnquş vilayətinin digər ərazilərinin kommunistləri və kənd fəalları etiraz etdilər. İnquşetiya partiya təşkilatlarının əksəriyyətinin partiyanın Şimali Qafqaz Regional Komitəsinin qərarını qəbul etməməsi səbəbindən, Partiyanın Regional Komitəsinin Bürosu oktyabrın 20-də xüsusi qətnamə qəbul etdi. Qətnaməyə əsasən o, yaranmış mövcud ictimai-siyasi vəziyyətə görə özünü məsuliyyətdən azad edərək, onu tamamilə İnquşetiya Partiya Komitəsinin üzərinə qoyur. İnquşetiya Partiya Komitəsinin fəal işi sayəsində dekabrın 13-də Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin bürosu Vladiqafqazın Şimali Osetiya Muxtar Vilayətinə verilməsini nəzərdən keçirərək, onu gündəlikdən çıxarmaq qərarına gəldi. Bu arada, Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi bölgə partiyası və bölgə icrayə komitəsinə Çeçen və İnquş Vilayətlərinin birləşməsi məsələsini həll etməyi tapşırdı. Sonuncu qərar yeri gəlmişkən, milli elitanın milli dövlətçiliyin inkişaf yolundakı müxtəlif görüşləri ilə bağlı idi: bəziləri Şimali Qafqazda Dağlı Federasiyanın yaradılmasını və RSFSR-ə daxil olmasının tərəfdarı idi; ikincilər, İnquş Vilayət icra komitəsinin sədri İnaluk Malsaqov Çeçenistan və İnquşetiyanın birləşməsini müdafiə edir; Zyazikovun başçılığı ilə üçüncü tərəf isə İnquş Muxtar Vilayətini qorumaq mövqeyindən çıxış edirdi.[12]

1930-cu illərin əvvəllərində Stalinin şəxsiyyətinə pərəstişi və ölkədə inzibati-idarəetmə sisteminin formalaşmasının güclənməsi fonunda Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi və Şimali Qafqaz Bölgə Partiyası Vladiqafqazın Şimali Osetiyaya verilməsi məsələsini yenidən qaldırdı. 1933-cü ildə RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Vladiqafqazı şəhərinin adını dəyişərək Orjonikidze adı ilə Şimali Osetiyaya verdi.[4] Şəhərin Şimali Osetiyanın tərkibinə daxil edilməsi ilə yenidən Çeçen və İnquş Muxtar Vilayətlərinin birləşməsi məsələsi ortaya çıxdı. 1934-cü il yanvarın 15-də Çeçen və İnquş Muxtar Vilayətləri Çeçen-İnquş Muxtar Vilayətinə birləşdirildi, 1937-ci ildə isə o, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına (ÇİASSR) çevrildi.

Çeçen-İnquş Respublikasının bölüşdürülməsi[redaktə | əsas redaktə]

Qroznı vilayətinin xəritəsi
Qazaxıstanda sürgündə ölən qızlarının yasını tutan inquş ailə

1944-cü il fevralın 23-də çeçen və inguşların Mərkəzi Asiyaya deportasiyası başladı. Həmən ilin martın 7-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikası ləğv edildi. Ləğv edilmiş muxtariyyət ərazisinin bir hissəsində Qroznı vilayəti təşkil edildi, qalan torpaqlar isə qonşu Gürcüstan SSR, DağıstanŞimali Osetiya MSSR arasında bölüşdürüldü.[13][14] Nəticədə, Gürcüstan SSR-nin sahəsi 69.300-dən 76.400-ə, Şimali Osetiyanın ərazisi 6.200-dən 9.200-ə və Dağıstanın ərazisi isə 35.000-dən 38200 kvadrat kilometrə qədər genişləndi.[15]

Prigorodnı rayonunun şimal və mərkəzi hissələri, həmçinin Açaluk, Nazran və Psedax rayonları, Sunjen rayonunun qərb hissəsi və Malqobek Şimali Osetiyanın tərkibinə daxil edildi.[16] Priqorodnı rayonunun Cerax-Meçxal şurası Gürcüstan SSR-ə çatdı.[17] SSRİ Xalq Daxili İşlər Komissarlığının "Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi və ərazisinin inzibati quruluşu haqqında" №145/B saylı sənədə SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın imzaladığı xüsusi qeyd daxildir: "Daha əvvəl Kabarda-Balkar Muxtar Sovet Sosialist Respublikasının tərkibinə iki rayonun — Psedax və Malqobekin daxil edilməsi nəzərdə tutulurdu. Lakin Kabarda-Balkaranın kolxoz təsərrüfatlarının Şimali Osetiya ilə müqayisədə iki dəfə çox əkin sahələri ilə təmin olunduğunu nəzərə alaraq, Psedax rayonunun Şimali Osetiyaya verilməsi məqsədəuyğun hesab edildi…"[18] Bundan əlavə deportasiyadan əvvəl inquşların da yaşadığı Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının Kurp rayonunun bir hissəsi də Şimali Osetiya verildi.[19] Həmin il Şimali Osetiya rayon komitəsinin 8 may tarixli qərarına əsasən, Şimali Osetiyanın tərkibinə daxil edilmiş ərazilərdə çeçen və inguş toponimləri dəyişdirildi. Psedax rayonu Alan rayonu adlandırıldı. İnquşlar üçün böyük tarixi əhəmiyyətə malik olan öz adlarını aldıqları və 1770-ci ildə Rusiyaya sədaqət andı imzaladıqları Anquşt kəndi isə Tar adlandırıldı.[20] Şimali Osetiyanın tərkibinə keçmiş ərazilərə 55 min nəfər yerləşdirildi. O, cümlədən Cənubi Osetiya Muxtar Vilayətinin yüksək dağlıq yaşayış məntəqələrindən 26 min və Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından 15 min osetin köçürüldü. Gürcüstana verilmiş ərazilər isə məskunlaşdırılmamış olaraq da qaldı.[21]

Doğma yerlərə qayıdış[redaktə | əsas redaktə]

16 iyul 1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti çeçen, inquş və qaraçaylıların xüsusi yaşayış məntəqələrində onların hərəkətlərini məhdudlaşdıran hüquqi status ləğv etdi.[22] 1957-ci ilin yanvarında Sovet Nazirlər Şurası repressiya olunmuş millətlərə Sovet İttifaqında sərbəst səyahət etməyə icazə verən bir qərar qəbul etdi.[23] Beləliklə, vaynaxların gördüyü pis günlər,[24] 13 illik sürgün həyatı yavaş-yavaş sona çatırdı.[25] Onlardan bəziləri 1954-cü ildə yavaş-yavaş Qafqaza qayıtmağa başladılar, Lakin hakimiyyət tərəfindən geri göndərildilər. Təkcə 1956-cı ildə 25.000-30.000 çeçen və inquş vətənlərinə qayıtdı, bəziləri hətta qohumlarının cəsədlərini daşıyırdı. Sovet hökuməti onlara Özbəkistan daxilində muxtariyyət verməyə və ya onları Qafqazın digər bölgələrində məskunlaşdırmağa çalışsa da, geri dönənlər doğma torpaqlarına qayıtmaq əzmi qırılmadı.[26]

1957-ci ildə 50.000-dən çox ailə qayıtdı.[27] 1959-cu ilə qədər çeçenlər və inquşlar artıq Çeçen-İnquş MSSR-nin 41%-ni təşkil edirdi.[26] Həmin il çeçenlərin 58,2%-i və inquşların 45,3%-i doğma torpaqlarına qayıtdı.[28] 1970-ci ilə qədər sürgündə olan çeçenlərin 83%-i, inquşların 72,1%-i vətənlərinə qayıtdı. Bununla birlikdə, bu bölgü 1989-cu ilə uyğun olaraq 76,8% və 69,0%-ə qədər düşdü.[29] Müqayisə üçün, 1926-cı ildə bütün çeçenlərin 91,9% və bütün inquşların isə 91,9%-i öz adlarına olan respublikalarında cəmləşmişdi.[30] Ancaq bəzi çeçenlər Qırğızıstanda qaldılar: bəziləri sərt uzun səfərdən qorxur, bəziləri səyahət üçün pul tapmırdı.[31] 2010-cu ildə Qazaxıstanda hələ də 100.000 çeçen yaşayırdı.[25]

Çeçen-İnquş MSSR (1958-1991)

Vətənlərinə qayıdan vaynaxlar öz təsərrüfat və fermalarını dağıdılmış halda tapdılar. Bəzi dağlıq bölgələr geri dönənlər üçün hələ də qadağan olunduğuna görə onlar məcburi şəkildə düzənlik ərazilərdə məskunlaşmalı oldular.[27] Ən pisi də, öz evlərində digər etnik qrupların nümayəndələrinin yaşadığını gördülər və bu digər etniklərə (osetinlər, ruslar, laklaravarlar) düşmənçiliklə baxdılar. Bəzi lak, dargin və avarlar yenidən gəldikləri Dağıstana köçürülməli idilər.[27] Priqorodnı rayonunda osetinlər və inquşlar arasında qarşıdurmalar yaşandı.[32] Şimali Qafqaza qayıdan çox sayda vaynax yerli sakinləri təəccüblə qarşıladı: Sovet hökuməti 1957-ci ilin yayında geri dönənlərin axınını müvəqqəti dayandırmaq qərarına gəldi. Çeçen və inquşların böyük bir hissəsi geri dönə bilmək üçün yaşadığı yerlərdəki evləri, mülklərini satdı, işlərini tərk etdi.[33] Çeçenlər və ruslar arasında yeni bir etnik münaqişə də alovlanmaqda idi. Torpaq mülkiyyəti və iş rəqabəti ilə bağlı məsələlərdən hiddətlənən ruslar 1958-ci 23 avqustunda üsyan etdilər.[27] 1958-ci il iğtişaşının ilk qığılcımı rus dənizçi və inquş gənc arasında rus dənizçinin ağır yaralanması ilə qurtaran qız üzərində davayla atılmışdı. Sonrakı 4 gündə dəvam edən iğtişaşlarda vaynaxların mülkləri talan edildi, üsyançılar hökumət binalarını ələ keçirdilər. Sovet hakimiyyəti iğtişaşçıları dağıtmadan əvvəl[34] iğtişaşçılar çeçenlərin və inquşların kütləvi istintaqınıvə tərksilah edilməsini, Qroznı vilayətinin bərpasını, ya da titulu olmayan muxtariyyətin yaradılmasını, "Rus gücünün" yaradılmasını və çeçenlərin və inquşların yenidən deportasiyasını tələb etdilər.[35] 27 avqustda iğtişaş dağıdılaraq "şovinist" elan edilsə də, sonradan sovet hökuməti rus əhalisini məmnun etmək üçün xüsusi səy göstərdi; rusların üstünlük mövqeyini qorumaq məqsədi ilə çeçenlərə qarşı kütləvi ayrıseçkilik siyasəti güddü.[36]

Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası ilə bağlı sual yarananda, Şimali Qafqaz respublikalarının bəzi partiya rəhbərləri buna etiraz edirdilər. Belə ki, Şimali Osetiya Sov.İKP komitəsinin katibi V.M.Aqkatsev Şimali Osetiya MSSR-nə verilmiş Çeçen-İnquşetiya ərazilərinin geri qaytarılmasına qarşı çıxırdı. O, bu mövqeyini ərazilərin əsasən osetin əhalisi tərəfindən məskunlaşması ilə əsaslandırırdı. Eyni zamanda o, Çeçenlərin və İnquşların köçürülməsi üçün əvvəllər Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində olmayan Qroznı vilayətinin bir hissəsini verilməsinin lazım olduğuna inanırdı.[21]

1958-ci il yanvarın 9-da Çeçen-İnquş MSSR birbaşa Moskvadan gələn bir fərmanla rəsmi şəkildə bərpa edildi. Lakin 1936-ci il sərhədləri bərpa edilmişdi: Psedax(Xurikau kəndi istisna olmaqla) və Priqorodnı rayonları Şimali Osetiyanın tərkibinə qatıldı, Gürcüstan SSR İnquşetiyanın ümumi itirilmiş ərazinin 1/6 hissəsini təşkil edən Dəryal dərəsinə yiyələndi,[32] əvəzində İtum-Kali rayonu və Priqorodnı rayonunun bir hissəsi Çeçen-İnquş MSSR-nin sərhədlərinə daxil oldu.[37] Bu, 419.000 geri dönən vaynaxın oraya köçən ruslar üzərindəki demoqrafik təsirini azaltmaq üçün edildi. Bununla bərabər Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Mozdok bölgəsini Osetiyanın qalan hissəsi ilə birləşdirən keçmiş Psedax bölgəsinin Çeçen-İnquşetiya ərazisindən 5-7 kilometrlik bir zolaq buraxıldı. Həmçinin Darial dərəsinin sağ sahili ilə Gürcüstanla sərhəddən Armxi çayına qədər bir zolaq saxlanıldı.[7] Keçmiş Açaluk və Nazran rayonlarının əraziləri də Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.[7] Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına Qroznı vilayətinin üç rayonu da daxil edildi. Bunlar hazırda Çeçen Respublikasına aid olan və 1944-cü ilə qədər Stavropol diyarının tərkibinə daxil Naurski, Karqalinsk və Şelkovski rayonları idi.[38] 90-cı illərin əvvəllərində osetin tərəfi bu rayonların Priqorodnı rayonunun əvəzində Çeçen-İnquş MSSR-na verildiyini iddia edirdilər. Lakin bu ərazilərin Çeçen MSSR-ə verilməsi Priqorodnı rayonu üçün "kompensasiya" sayıla bilməz.[39]

1989-cu ilə qədər 750.000 çeçen artıq Çeçen-İnquş MSSR-nin əksəriyyətini (55%), 300.000 rus 22%-ni və 163.700 inquşi isə 12% əhalisini təşkil etdi. Çeçenlər 1970-ci illərə qədər nəzarəti ələ almağa başladılar. Nəticədə isə, çeçen-inquş bölgələrindəki potensial üsyanların qarşısını almaq üçün aparılan bu çox etnikli assimlyasiya cəhdi vaynaxların doğum səviyyəsinin çox yüksək olması səbəbindən uğursuz oldu.[36]

1961-ci ildən bir yerli hesabatda 524.000 vaynaxdan 432.000-i Çeçen-İnquş MSSR-ə, 28.000-i Dağıstana və 8.000-i Şimali Osetiyaya köçdüyü ifadə edildi.[40] Bununla belə, 1960-cı illərdə də etnik toqquşmalar davam etdi: təkcə 1965-ci ildə 16 belə qarşıdurma qeydə alındı, nəticədə 185 nəfər xəsarət aldı və 19 nəfər öldü.[35]

İnquşların Priqorodnı rayonunu qaytarmaq cəhdləri[redaktə | əsas redaktə]

"Torpaqları geri qaytarmaq" və "tarixi ədalətin bərpası" ideyaları deportasiyadan qayıtdıqdan dərhal sonra inquşlar arasında aktual olaraq qalırdı. Belə ki, 1957-ci ilin yanvarında inquş nümayəndə heyəti (37 nəfər) Prigorodnı rayonunun Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına verilməsi tələbi ilə Moskvaya yola düşmüşdü. Nümayəndə heyyəti yanvarın 31-də RSFSR Sov.İKP MK-nın partiya orqanlarında qəbul edildi. Bu görüşdə inquş nümayəndələri inquş xalqının Prigorodnı rayonunun ərazisinə "tarixi hüquqları"nı və onların "Osetin hakimiyyəti altında" yaşamaq istəməməsini əsaslandırdılar.[41]

1963-cü ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası rəhbərliyi, inquş əhalisi olan bəzi kəndləri, qəsəbələri və Terekin sol sahilindəki əraziləri rayonun tərkibindən çıxararaq onun sərhədlərini qismən dəyişdirdi. Hazırda bu ərazilər Vladiqafqazın qərb hissəsinin çox hissəsini təşkil edir (keçmiş Orjonikidze rayonu. 1972-ci ilin dekabrında inquş milli hərəkatının bir qrup fəalı Sov.İKP MK-ya "İnquş xalqının taleyi haqqında" məktub göndərərək orada Priqorodnı bölgəsinin geri qaytarılması və inquş muxtariyyətinin bərpası məsələsini qaldırdı.[42].

Lakin Priqorodnı rayonunun geri qaytarılması tələbləri ilk dəfə 16-19 yanvar 1973-cü ildə, Qroznıda inquş ziyalılarının açıq çıxışları zamanı səsləndi.[43][44] İ.M.Bazorkinin qeyd etdiyi kimi, 1973-cü il hadisələrindən sonra Prigorodnı rayonundakı inquşların vəziyyəti nisbətən yaxşılaşdı. Məktəblərdə inquş dilinin tədrisi başlandı, rayona inquşca ədəbiyyat gətirildi, radioteleviziyada inquş dilində verilişlər verilməyə başladı. İlk dəfə olaraq Orjonikidze şəhər icra komitəsinin və Priqorodnı rayonunun İcraiyyə Komitəsinə inquş deputatlar seçildi.[20]

1980-ci illər[redaktə | əsas redaktə]

Çermen kəndində məscid

1980-ci illərin əvvəllərində bölgədəki etnosiyasi vəziyyət kəskin şəkildə dəyişdi. Priqorodnı rayonunun bir sıra kəndlərinin osetin əhalisi arasında narahatlıq baş qaldırdı. Narazılıqlar əsasən Oktyabrskoe, Kambilevskoe və Çermen kəndlərində idi. İzdihamlı iclaslarda inquşların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından məcburi çıxarılması tələbləri eşidilirdi. İquşların ünvanına təhdid yağdıran vərəqələr paylanırdı.[41] Hadisələrin kulminasiya nöqtəsi 1981-ci il 24-26 oktyabrda oldu. Belə ki, bu tarixlərdə Orjonikidzedə osetin taksi sürücüsünün inquş tərəfindən öldürülməsi ilə nəticələnən iğtişaşlar baş qaldırdı. Şəhərdə keçirilən cənazə törəni tez bir zamanda respublika rəhbərliyinə qarşı bir mitinqə çevrildi. Asayişi bərpa etmək üçün paytaxta ordu birləşmələri yeridildi. Şəhərin mərkəzi küçələrində etirazçılarla hərbi qüvvələr arasında qarşıdurmalar başladı. Nümayişçilərin ən radikal hissəsi nümayişkəranə şəkildə həbsxanaya hücum etdi və sonra inquş bölgəsinə girməyə çalışdı. Ancaq onlar qoşunlar tərəfindən dayandırıldı.[45] 800-dən çox insan saxlanıldı, onlardan 40 nəfəri müxtəlif müddətə həbs cəzaları aldı. 14 yanvar 1982-ci il yanvarın 14-də Sov.İKP Mərkəzi Komitəsi "İşçilərin ideoloji, siyasi və beynəlxalq tərbiyəsi ilə əlaqədar Sov.İKP Şimali Osetiya Vilayət Komitəsinin işindəki əsas çatışmazlıqlar haqqında" qərar qəbul etdi. Şimali Osetiya Vilayət partiya komitəsinin birinci katibi B.E.Kabaloyev vəzifəsindən azad edildi. Nazirlər Şurası vətəndaşların Priqorodnı rayonunda qeydiyyata düşməsinə müvəqqəti olaraq məhdudlaşdırma tətbiq etdi, lakin inquşlar bu addımı inquş etnik qrupunun nümayəndələrinin hüquqlarına qarşı ayrıseçkilik kimi qiymətləndirdi.[46]

1982-ci ildə SSRİ Nazirlər Soveti "Şimali Osetiya MSSR-nin Priqorodnı rayonunda vətəndaşların qeydiyyata alınmasının məhdudlaşdırılması haqqında" № 183 saylı qərar qəbul etdi. Bu qərar faktiki olaraq yalnız inquşlara tətbiq edilirdi.[43]

Osetin-inquş münasibətlərindəki gərginlik 1980-ci illər boyu davam etdi. 1987-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin 14 yanvar 1982-ci il tarixli qətnaməsinin yerinə yetirilməsini yoxlamaq üçün Şimali Osetiya və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikalarına gedən MK-nın Komissiyası 1984-1986-cı illərdə bölgədə 100-dən çox "millətçi təzahürlərin" qeydə alındığını müəyyən etdi. Komissiya həmçinin "inquş və osetinlər arasındakı düşmən münasibətləri əsasında" qətl və döyülmə hallarının olduğunu müəyyənləşdirdi.[47] Sov.İKP MK-nın komissiyasına görə, yerli Osetiya hakimiyyəti "əsasən inquşqumıqların yaşadığı yaşayış məntəqələrinə diqqətsiz yanaşmışdir. Bu kəndlərdə mədəniyyət müəssisələrinin, xalq təhsili və xidmətlərinin maddi bazası az inkişaf etdirilmişdir".[45].

1989-cu ildə inquş muxtariyyətinin bərpası və Priqorodnı rayonunun onun tabeliyinə verilməsi uğurunda mübaruzə aparan "Niisko" ictimai hərəkatı yaradıldı. Elə həmin il keçirilən inquş xalqının ikinci qurultayında inquşların ərazi bərpasını tələb edən bir qətnamə qəbul edildi: "Sov.İKP MK-dan, SSRİ Ali Sovetindən, SSRİ Xalq Deputatlarının II Qurultayından, paytaxtı Orjonikidze şəhərinin sağ sahili olmaqla əsl tarixi sərhədlərində olan muxtariyyətlərin bərpası problemini həll etmələrini xahiş etmək".[48] Elə həmin il noyabrın 14-də SSRİ Xalq Deputatlarının II Qurultayı SSRİ Ali Sovetinin “Məcburi köçürülməyə məruz qalan xalqlara qarşı bütün hərəkətlərin qanunsuz və cinayətkar kimi tanınması və onların hüquqlarının təmin edilməsi haqqında” deklaratsiya qəbul etdi.[49].

1990-cı illər[redaktə | əsas redaktə]

Aleksandr Rutskoy 1992-ci ildə.

1990-cı il martın 5-də "Pravda" qəzetində müxbirlər A.Qraçev və V.Xalinin "Kunaklar hər zaman yola gələcəklər, çünki düşmənçilik oğul doğurmur, onları məhv edir" sərlövhəli məqaləsi çap edildi. Adı çəkilən məqalə 6-10 mart tarixlərində Nazranda inquş xalqının II qurultayının təşkilat komitəsinin təşkil etdiyi kütləvi mitinqini keçirməyə təhrik etdi.[50] Məqalədə Osetiyada hakim olan — inquşların Priqorodnı rayonu ərazisində cəmi 22 il (1922-ci ildən 1944-cü ilədək)yaşadığı tezisi əsas götürülmüşdür. Tezisə görə 1918-1922-ci illərdə onların Priqorodnı rayonuna sahib olmaları iddiasının heç bir tarixi əsası yoxdur. Bu sahiblənmə faktı yalnız Serqo Orjonikidzenin başçılıq etdiyi bolşeviklərin özbaşınalığı nəticəsində olmuşdur.[7] Mitinqdə "Dikisti" (Vətən), "Niysixo" (Ədalət) cəmiyyətlərinin, "İntibah" dərnəyinin, habelə rəsmi qurumların Ağsaqqallar Şurasının nümayəndələri və din xadimlərindən ibarət “İnquş xalqının hərəkatı” Milli Komitəsi yaradıldı. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Priqorodnı rayonundanÇeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının NazranMalqobek rayonlarından İnquş muxtariyyətinin yaradılması tələbləri səslənməyə başladı.[50].

İnquş xalqının müraciətlərinə cavab olaraq, 26 mart 1990-cı ildə SSRİ Ali Sovetinin Millətlər Şurasıın tərkibində yaradılan komissiya 1944-cü ilə qədər onların olan torpaqların — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ərazilərin, o cümlədən Priqorodnı rayonunun geri qaytarılması tələbində inquşların haqlı olduğu qənaətinə gəldi.[49] Mayın 23-də RSFSR Xalq Deputatlarının I Qurultayında Bembulat Bogatıryov çıxışında İnquş muxtariyyətinin bərpası mövzusunu bir daha qaldırdı. Bundan əlavə, o, çıxışında Orjonikidze şəhərinin əsasının "3500 il əvvəl inquşlar tərəfindən qurulduğunu" bildirdi. Öz növbəsində, osetinlər mayın 24-də Orjonikidzedə inquş iddialarına qarşı 100 minlik etiraz mitinqi təşkil etdilər. Bu etirazlar sentyabrın 14-də Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Ali Şurasının Fövqəladə Sessiyasında təkrarlandı. Bu sessiyada inquşlara Böyük Vətən Müharibəsi illərində quldurluq etmələrini,inquş dəstələrinin Vermaxt ilə əməkdaşlıq qurmalarını və Qırmızı Ordu əsgərlərinə qarşı qəddarlıq törətmələrini xatırlatdılar. Həmçinin osetinlər Xaybaxdakı faciəni "Sovet ordusuna qarşı böhtan" olduğu deyə bildirdilər.[20]

1991-ci il aprelin 19-da Priqorodnı rayonunun kəndlərindən birində inquş əhali ilə Şimali Osetiya polisi arasında toqquşma baş verdi, nəticədə bir nəfər ölmüş və daha bir neçə nəfər xəsarət almışdı.[51] Ertəsi gün Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Priqorodnı rayonunda və Vladiqafqazda 1992-ci ilin payızına qədər Rusiya Ali Soveti tərəfindən müntəzəm olaraq uzadılmış fövqəladə vəziyyət rejimi tətbiq etdi.[52] Bir neçə gün sonra aprelin 26-da RSFSR Ali Soveti "Represiyaya uğrayan xalqların reabilitasiyası haqqında" qanun qəbul etdi.[53] Qanun digər məsələlərlə yanaşı, inquşların ərazi bərpasını da nəzərdə tuturdu.

1991-ci il oktyabrın 6-sı və 7-də Qroznıda RSFSR-in vitse-prezidenti Aleksandr Rutskoyun da iştirak etdiyi inquş xalqının Üçüncü Qurultayı keçirildi. Qurultaydakı çıxışında o, Priqorodnı rayonunun problemi ilə məşğul olacağını və bunu inquşların xeyrinə həll edəcəyi vədini verdi.[54] Eyni zamanda, Priqorodnı rayonunda vəziyyət gərgin olaraq qalmaqda davam edirdi. Noyabrın 12-də Elxot kəndi ərazisində inquşlar Şimali Osetiya Daxili İşlər Nazirliyinin iki polis işçisini öldürdü. Bu polislərin cənazə mərasimi əslində anti-inquş mitinqinə çevrildi. Bir həftədən xeyli sonra noyabrın 21-i tarixində Tarskoye kəndində daha iki Osetiya polisinin əməkdaşı öldürüldü. Bu cinayətdə iştirak etmək şübhəsi ilə yerli inquşlar həbs edildi. Həbs qərarı yerli Tarskoye inquşlarının kütləvi qəzəbinə səbəb oldu.[7] Noyabrın 30-da üç inquş rayonunun sakinləri referendumda iştirak etdilər. Referendumda "Siz RSFSR daxilində qanunsuz olaraq ələ keçirilmiş tarixi inquş torpaqlarının geri qaytarılması şərti ilə paytaxtı Vladiqafqaz olmaqla İnquşetiya respublikasının yaradılmasına razısınızmı?" sualı qoyulmuşdu. Nəticələrə görə referendum iştirakçılarının 92,5%-i qoyulmuş suala müsbət cavab verdi.[48] 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası mövcudluğunu dayandırdı — Çeçenistan müstəqillik elan etdi və İnquşetiya Rusiya Federasiyasının tərkibində qalmaq arzusunu bildirdi.

1992-ci il 4 iyun tarixində "Rusiya Federasiyası daxilində İnquş respublikasının yaradılması haqqında" 2927-1 saylı Qanun qəbul edildi.[55].

Silahlı münaqişə[redaktə | əsas redaktə]

Qarşıdurmaya aparan hadisələr[redaktə | əsas redaktə]

Mübahisəli ərazilərin xəritəsi

1992-ci ilin oktyabrında Priqorodnı rayonunun ərazisində inquş əsilli vətəndaşların bir sıra qətlləri baş verdi. Oktyabrın 20-də Oktyabrskoe kəndində osetin zirehli maşını 13 yaşlı inquş qızı Mədinə Qodoborşevanı əzdi.[20][7][56] Eyni vaxtda, Rusiya Dövlət Komissiyası İnquşetiya Xalq Şurasının (İXŞ) rəhbərləri ilə danışıqlardan sonra 23 fevral 1944-cü il tarixinə qədər olan Şimali Osetiya və İnquşetiya arasındakı sərhədi bərpa etmək qərarına gəldi. Yəni Priqorodnı rayonu İnquşetiyanın bir hissəsi olmalı idi. Ancaq osetin tərəfi bu qərara qarşı qəti etirazını bildirdi.[20] İki gün sonra Priqorodnı rayonunda daha bir qanlı hadisə baş verdi: Osetiya yol polisi əməkdaşları inquş İ.M.Xayeviyevi və U.İ.Puqiyevi güllələdilər.[20] Hadisə yerinə Cənub qəsəbəsinə gələn Şimali Osetiya Daxili İşlər Nazirliyinin növbətçi qrupu maneə ilə üzləşir. İki Osetiya polisi və dörd yerli inquşun ölümünə səbəb olan polis və inquş əhali arasında atışma baş verir.[7] Yerli inquşlar cənub istiqamətində nəqliyyatın hərəkətini maneə törədir; yaşayış yerlərinin bəzi yerlərində (Kurtat, Daçnoe, Kartsa kəndlərində)inquşlar piketlər keçirirdilər.[7][56]

Oktyabrın 24-də İnquşetiyanın paytaxtı Nazran şəhərində İnquşetiyanın üç rayon şurasının və Şimali Osetiyanın Priqorodnı rayon deputatlar qrupunun birgə iclası "İnquş xalqının iradəsini ifadə edən və Şimali Osetiyada yaşayan qohumlarını qorumaq üçün" Rusiya qanunlarına zidd bir qərar qəbul etdi:

" könüllüləri özünümüdafiə dəstələrində birləşdirmək və inquşların yaşadığı Şimali Osetiyanın Priqorodnı rayonunun bütün yaşayış məntəqələrində növbətçi-patrul xidməti təşkil etmək. Könüllü dəstələr Stalin rejimi tərəfindən verilmiş bütün torpaqlar İnquş respublikasının rəsmi tabeliyinə verilənə qədər növbə çəkməlidirlər.[57] "

Bu qərar könüllü birliklərə rəhbərliyi İnquşetiyanın üç rayonunun daxili işlər idarələrinə həvalə etdi. Həmçinin təhlükəsizliyi təmin etmək üçün Priqorodnı rayonunda yaşayan könüllülərə və inquşlara "şəxsi odlu silah və digər silahlardan istifadə …" icazəsi verilirdi. Buna cavab olaraq Şimali Osetiya SSR Ali Soveti, inquş dəstələrinin tərksilah edilməsi və bütün yaşayış məntəqələrinin blokadadan azad edilməsi tələbi irəli sürdü. Əks təqdirdə respublika qvardiyasından və könüllü bölmələrdən istifadə edərək hərbi əməliyyat keçirməklə hədələdi.

26 oktyabr 1992-ci il tarixində xeyli müzakirələrdən sonra Rusiya Ali Şurasının Rəyasət Heyəti Osetiya və İnquş nümayəndələrinin iştirakı ilə mübahisəli inquş-osetin məsələlərinin həlli layihəsinin hazırlanmasını təklif etdi. Ertəsi gün yerli vaxtla saat 12-də 150-yə yaxın silahlı inquş Şimali Osetiyanın Kartsa kəndində daxili qoşunların postunu blokadaya alaraq, Rusiya Daxili Qoşunlarının hissələrinin respublikadan çıxarılmasını tələb etdi.[58] Elə həmin gün Şimali Osetiyanın Ali Soveti inquşlara oktyabrın 29-dək Vladiqafqaza aparan bir neçə yoldan blokadanın qaldırılmasını tələb edərək ultimatum verdi. Əks halda parlament respublikada fövqəladə vəziyyət rejimi tətbiq etmək xəbardarlığı etdi.[59] 1992-ci il oktyabrın 27-də Şimali Osetiyanın Ali Soveti könüllü birləşmələrinin yaradılmasına icazə verdi.[56] Qafqaz Xalqları Konfederasiyasının millətlərarası razılıq komitəsinin sədri Hacı-Murat İbrahimbəylinin sözlərinə görə, inquşların Priqorodnı rayonunu geri qaytarılması üçün tələbləri ədalətli idi. Lakin inquş liderləri "bu tələbləri açıq formada, kobud şəkildə ifadə edir, fəlakətə səbəb olan aylarla davam edən mitinqlərdə fintəyə təhrik şəraiti yaradır və Priqorodnı rayonu ərazisində silahlı dəstələrin dayaq məntəqələrinin yaradılması təşəbbüslərində" günahkar bilinirlər.[49]

Hərbi əməliyyatlar[redaktə | əsas redaktə]

131-ci Maykop briqadasının emblemi

1992-ci il oktyabrın 30-da günorta saatlarında Daçnoye kəndində inquş Yandiev qətlə yetirildi.[56] Həmin günün axşamı Kambileyevka və Oktyabrskoe (Priqorodnı rayonu) kəndlərindəki inquş məhəllələri ağır pulemyotlardan atəşə tutuldu.[60] 30-31 oktyabr tarixlərində Daçnoye, Oktyabrskoe, Kambileyevska, Kurtat kəndlərində osetin və inquş silahlı dəstələri arasında qarşıdurmalar baş verdi. Oktyabrın 31-də səhər saat 6.30-da İnquşetiyadan Priqorodnı rayonunun ərazisinə girən silahlı dəstələr Çermen kəndi yaxınlığında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının mövqelərini əhatəyə alaraq əsgər və zabitləri tərksilah etdilər. Sonra onlar yol polisi və kənd polis şöbəsinə hücuma keçdilər.[52] Bundan bir neçə gün sonra Şimali Osetiya SSR-nin Priqorodnı rayonunda, Vladiqafqaz şəhərində və qonşu kəndlərdə, bir tərəfdə osetin (Cənubi Osetiya da daxil olmaqla) könüllülərinin[61], digər tərəfdə inquş könüllülərinin (o cümlədən İnquşetiyadan gələnlər), sonra isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bölmələrinin iştirakı ilə silahlı toqquşmalar baş verdi. Silahlı toqquşmalar girov götürmə, qətllər, təcavüz, talan və evlərin dağıdılması ilə müşayiət olunurdu.[62]

Noyabrın 1-də Rusiya Prezidenti Boris Yeltsin münaqişə bölgəsinə o cümlədən, ilk döyüş təcrübəsini qazanan 131-ci Maykop briqadası daxil olmaqla hərbi hissələri yeritdi. Elə həmin gün Boqatryov tərəfindən inquş əhalisinin xilası üçün fövqəladə komitə təşkil edildi. Məhz onun fəaliyyəti sayəsində müharibə bölgəsindən vaxtında təxliyə olunan çox sayda inquşun həyatını xilas etmək mümkün oldu.[20] Hər iki respublikada müvəqqəti icra orqanı quruldu. Noyabrın 2-də Rusiya Prezidenti "Şimali Osetiya SSR və İnquş Respublikası ərazisində fövqəladə vəziyyət rejimi haqqında" fərman verdi.[63].

Hər iki tərəf 1992-ci ildəki silahlı qarşıdurmanı fərqli şəkildə şərh edir. Şimali Osetiya SSR Ali Sovetinin 1992-ci ilin noyabr ayındakı XVIII sessiyasının və 1993-cü ilin mayında osetin xalqının II Qurultayının materiallarında silahlı qarşıdurma "əvvəlcədən hazırlanmış, diqqətlə planlaşdırılan, texniki cəhətdən təchiz edilmiş, Şimali Osetiya inquş əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmiş inquş dəstələrinin suveren Şimali Osetiya SSR-ə qarşı xain təcavüzü" şəklində təqdim edilmişdir."[57] Tarix elmləri doktoru R. Bzarov "Şimali Osetiya tarixinə dair hekayələr" kitabında yazır:

" 31 oktyabr 1992-ci il tarixində inquş dəstələri Şimali Osetiya ərazisinə soxuldular. İnquşlar Priqorodnı rayonunun bir hissəsini ələ keçirmək üçün müharibəyə başladılar. Priqorodnı rayonunda və Vladiqafqazın kənarında döyüşlər beş gün davam etdi. Minlərlə könüllü Osetiyanı müdafiə etmək üçün ayağa qalxdı. Müxtəlif millətlərdən olan insanlar evlərini, ümumi vətənlərini qorumaq üçün meydana çıxdılar. Döyüşlərdə təcrübə qazanmış Cənubi Osetiya bölmələri aşırımı adlayaraq köməyə gəldilər. Düşmən məğlub oldu və öz ərazisinə geri çəkildi. Osetiya xalqı bütün dünyaya birliyini və vətənlərini müdafiə etməyə hazır olduqlarını sübut etdi. Vətən müharibəsi zamanı Şimal və Cənub bir daha göstərdi ki, sülhə gedən ən qısa yolun əsas məqsədi Osetiyanın birləşməsidir.[60] "

1993-cü ilin fevral ayında keçirilən inquş xalqının fövqəladə qurultayının materiallarında və İnquşetiya Respublikası Milli Məclisinin qərarında, 1992-ci ilin payız hadisələri "İnquş əhalisinin Şimali Osetiya ərazisindən zorla deportasiyası, Priqorodnı rayonunun və Vladiqafqaz şəhərindən inquşların etnik təmizlənməsi" kimi qiymətləndirilmişdi.[57]

Nəticələri[redaktə | əsas redaktə]

Nazranda Xatirə memorialı

Rusiya prokurorluğunun bildirdiyinə görə, hərbi əməliyyatlar zamanı münaqişə nəticəsində 608 nəfər (490 inquş və 118 osetin) həlak olmuşdur. Ölənlər arasında 41 qadın (33 inquş, 5 osetin), 15 yaşına qədər uşaqlar — on iki nəfər (hamısı inquş olmaqla, 60 yaşdan yuxarı insanlar — 49 nəfər (42 İnquş, 7 osetin) təşkil etmişdir.[64] 939 nəfər yaralanmış (457 inquş və 379 osetin), daha 261 nəfər itkin düşmüşdü (208 inquş və 37 osetin.[57][65] İnquşların kompakt şəkildə yaşadığı Priqorodnı rayonunun 15 kəndindən 13-ü təmamilə dağıdıldı.[66] İnquş xalqının mədəni və tarixi dəyərlərinin 90%-i itirildi.[20] Rusiya Millətlər Nazirliyinin məlumatına görə, münaqişə zonasında maddi ziyan təxminən 20 milyon dollar təşkil edib.[67] Politoloq S.M.Markedonov hesab edir ki, ümumi maddi ziyan 12 milyard rubl həcmində qiymətləndirilməlidi(1992-ci ilin qiymətləri əsasında.[48]

Münaqişə nəticəsində VladiqafqazPriqorodnı rayonunun inquş əhalisi (Karts, Maiski və Ezmi sakinlərinin bir hissəsi istisna olmaqla) demək olar ki, tamamilə Şimali Osetiyadan İnquşetiyaya qaçdılar.[68] Şimali Osetiyanı ziyarət edən "Kommersant" qəzetinin xüsusi müxbirləri gördükləri barədə yazırdılar:

" "Ayrılığın" nəticəsi, bütün 30.000-lik inquş əhalisinin qovulduğu, tamamilə yox olmuş və tükənmiş Priqorodnı rayonu idi. İnquşetiyadakı dağ yollarında Alkun qəsəbəsinin yaxınlığında Şimali Osetiyadan gələn noyabrın 2-dən bəri dayanmayan inquş qaçqınlarının axınını gördük. İnsanlar gecə-gündüz sulu qar və yağış yağmasına baxmayaraq gəlirdilər. Çoxları soyunmuş vəziyyətdə idi, yalnız kiçik uşaqlar yorğana bürülmüşdü. İnquşlar bu yolu “ölüm yolu” adlandırdılar, onsuz da onlarla qadın və uşaq dərəyə düşərək və ya donaraq ölmüşdü. Dağlarda doğuş və uşaqsalma halları da var idi. Qaçqınlara yardım yalnız sərhədin digər tərəfindəki inquş qəbilələri tərəfindən həvəslə həyata keçirilirdi.[69] "

İngilis dilli mənbələrdə 1994-cü ilin iyunun 30-na qədər münaqişə qurbanlarının ümumi sayı 644 nəfər göstərilir.[70]

1992-ci il noyabrın 4-də həlak olanlar
Osetinlər 151
İnquşlar 302
Digər millətlər 25
Şimali Osetiya Daxili İşlər Nazirliyi 9
Rusiya Müdafiə Nazirliyi 8
Rusiya Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar 3
1992-ci il noyabrın 5-dən dekabrın 31-nə dək həlak olanlar
Osetinlər 9
İnquşlar 3
Digər millətlər 2
Milliyəti məlum olmayanlar 12
Vahid İstintaq Qrupu, Daxili İşlər Nazirliyi 1
1993-cü ildə həlak olanlar
Osetinlər 40
İnquşlar 333
Digər millətlər 21
Milliyəti məlum olmayanlar 30
Şimali Osetiya Daxili İşlər Nazirliyi 9
İnquşetiya Daxili İşlər Nazirliyi 5
Rusiya Müdafiə Nazirliyi 3
Rusiya Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar 4
Vahid İstintaq Qrupu, Rusiya Daxili İşlər Nazirliyi 8
1994-cü ildə həlak olanlar (iyun ayının 30-na qədər)
Osetin 6
İnquş 3
Digər millətlər 7
Rusiya Müdafiə Nazirliyi 1
Rusiya Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar 2
Vahid İstintaq Qrupu, Rusiya Daxili İşlər Nazirliyi 4

Həlak olan inquşlar Nazrandakı qəbiristanlıqda dəfn edildilər. 2012-ci ildə burada "1992-ci ilin payız qurbanlarının xatirəsi"[71] adlı abidə açıldı.

İnquş əhalisinin sayı[redaktə | əsas redaktə]

Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin Statistika İdarəsinin məlumatına görə, 1 yanvar 1989-cu il tarixində Priqorodnı rayonundakı 16.529 nəfər də daxil olmaqla, Şimali Osetiyada 32.783 inquş millətinin nümayəndəsi yaşayırdı.[68] 1989-cu il siyahıyaalmada da Şimali Osetiyadakı inquşların sayı 32.783 nəfər qeyd edilmişdi.[72] SSRİ Ali Sovetinin Millətlər Şurasının 1990-cı il tarixli komissiyasının rəyinə əsasən Priqorodnı rayonunda təxminən 40 min nəfər qeydiyyata alınmış, onlardan da 17.5 min nəfəri inquş milliyəti nümayəndəsi idi.[52]

31 oktyabr 1992-ci il tarixinə (münaqişə ərəfəsində) inquş əhalisinin sayına gəldikdə, burada Şimali Osetiyanın dövlət strukturları fərqli məlumatlar verir. Şimali Osetiya Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin anda respublikada 37,5 min inquş yaşayırdı. Şimali Osetiya Dövlət Statistika Komitəsinin məlumatına görə isə həmin vaxtda respublikanın inquş əhalisinin sayı 34,7 min idi.[73] Daha kiçik rəqəm Şimali Osetiya MSSR-nın pasport xidməti tərəfindən verilir, onlara görə respublikada həmin anda 34.500 inquş qeydiyyata düşmüşdü.[68]

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, İnquşetiyadakı rəsmi qeydiyyata alınan 46 minə qədər məcburi inquş köçkün var. İnquşetiyanın ərazi miqrasiya xidməti 64 min köçkün olduğunu bildirir. İnquş tərəfi, münaqişə ərəfəsində qeydiyyata alınanlar və məcburi köçkünlər arasındakı uyğunsuzluğu, Priqorodnı rayonunda yaşayan bütün inquşların yaşayış icazəsi almamaları, yəni rəsmi qeydiyyata alınmamaları ilə izah edir.[51]

Münaqişədən sonrakı vəziyyət[redaktə | əsas redaktə]

Münaqişədən keçən müddət ərzində tərəflər dəfələrlə onun nəticələrini aradan qaldırmaq üçün sazişlər imzalayıblar. Bunlardan sonuncusu Murat Zyazikovun 2002-ci ildəİnquşetiya prezidenti seçilməsindən sonra imzalanıb. Ancaq imzalanan müqavilələr bütün problemləri aradan qaldırmadı. İnquşlar qaçqınların Priqorodnı rayonuna qaytarılmasını və "Represiyaya uğramış xalqların bəraəti haqqında" və "İnquş respublikasının yaranması haqqında" federal qanunların icrasını tələb edirlər. İnquş tərəfi Şimali Osetiyanın qaçqınların geri qayıtması prosesini gecikdirdiyinə əmindir. Şimali Osetiyada isə inquşların qaçqın sayını artırdığına nanır və Priqorodnı rayonunda iki xalqın nümayəndələrinin birlikdə yaşamaları üçün hələ də lazımi mənəvi və psixoloji mühitin olmadığını göstərir.

Qaçqınların bir qismini geri qaytarmaq mümkün oldu, lakin bəzi kəndlərdə osetinlər inquşların geri qaytarılmasına müqavimət göstərirlər. Vəziyyəti Gürcüstan və Cənubi Osetiya arasında davam edən münaqişə daha da çətinləşdirdi. Çünkü, nəticədə Şimali Osetiyanın özü də Cənubi Osetiyadan olan osetin qaçqınlarını qəbul etməyə məcbur oldu.

Münaqişənin həlli cəhdləri[redaktə | əsas redaktə]

Putinin prezidentliyi dövründə münaqişənin həlli[redaktə | əsas redaktə]

Murat Zyazikov — 2002-2008-ci illərdə İnquşetiyanın prezidenti.

2004-cü il oktyabrın 6-da Prezident Vladimir Putin "Şimali Osetiya-Alaniya Respublikasıİnquşetiya Respublikası arasında əlaqələrin inkişafı üçün dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzaladı. Fərmana görə Rusiya prezidentinin osetin-inquş münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsi və onun aparatı ləğv edildi. Qaçqın probleminin həlli vəzifəsi Rusiya Federasiyası Prezidentinin Cənub federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyuldu.

2005-ci ildə osetin-inquş münaqişəsinin həlli problemi xüsusi aktuallıq etməyə başladı. Yerli özünüidarəetmə haqqında qanuna uyğun olaraq, federasiya subyektləri 31 mart tarixinə qədər bələdiyyələrin strukturunun yaradılması işini tamamlamalı və bunu qanuni şəkildə təsdiqləməli idilər. İnquşetiya Rusiyada respublikanın inzibati sərhədlərinin müəyyən edilmədiyi yeganə bölgə oldu, çünki İnquşetiya Xalq Məclisi "İnquşetiya Respublikasının bələdiyyələri haqqında" qanunu müzakirə etməkdən imtina etdi. Deputatların fikrincə[74], İnquşetiya bələdiyyələrinin sərhədləri əvvəllər ələ keçirilən torpaqların bu xalqlara qaytarılmasını nəzərdə tutan Qanunvericiliyə əsasən əvvəllər daxil olmuş ərazilər nəzərə alınmaqla təyin olunmalı idi. Ancaq bu qanun Rusiya qanunlarına ziddir. Çünki, Federasiya subyektləri arasındakı sərhədlər yalnız qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. İnquşetiyanın Xalq Məclisi hesab edir ki, əvvəlcə "mübahisəli əraziləri" respublikaya qaytarmaq və yalnız bundan sonra bələdiyyələrin sərhədlərini müəyyənləşdirmək lazımdır.

2005-ci ilin mart ayında Dövlət Dumasının deputatları və İnquşetiyadan olan senatorlar[75] prezident Putinə, Şimali Osetiya və Çeçenistan ilə sərhədlərin müəyyənləşdirilməsinə kömək etmək üçün prezident Putinə müraciət etdilər. Bənzər bir müraciət[76] Rusiya Federasiyası Prezidentinin Cənub federal dairədəki o vaxtkı səlahiyyətli nümayəndəsi Dmitri Kozaka da edildi. Kozaka olunan müraciətdə "Priqorodnı rayonunun respublikaya qaytarılmasına" xüsusi diqqət yetirmək xaiş olunurdu. Aprel ayında, Dmitri Kozak[75] Şimali Osetiya və İnquşetiya prezidentləri Aleksandr Dzasoxov və Murat Zyazikovu onun rəhbərliyi altında və Federal Miqrasiya Xidmətinin, Ədliyyə və "Dövləttikinti"nin iştirakı ilə hazırlanan "1992-ci il oktyabrında olan osetin-inquş münaqişəsinin həlli istiqamətində prioritetli birgə tədbirlər" planını imzalamağa dəvət etdi. Sənəddə qaçqınların geri qaytarılması və onların köçürülməsi yerləri, bu prosesə cavabdeh olan orqanlar və Rusiya Konstitusiya Məhkəməsində respublikalar arasındakı ərazi mübahisələrinin həlli mexanizmi ətraflı şəkildə göstərilmişdir.

Aleksandr Dzasoxov — 1998-2005-ci illərdə Şimali Osetiyanın prezidenti.

Dzasoxov sənədin maliyyə bazası olmadığını və respublikada yeni bir gərginliyin yaranmasına səbəb ola biləcəyini iddia edərək[75] onu imzalamaqdan imtina etdi. Eyni zamanda, "Beslan faciəsi"ndən sonra inquş qaçqınlarının geri qaytarılması prosesinin aktivləşməsinin respublika sakinləri tərəfindən səhv başa düşülə biləcəyini də etiraf etdi. Çünki Beslandakı məktəbi ələ keçirən terrorçular qrupunda olan inquşların ailələrinin nümayəndələri terror qurbanlarının ailə üzvlərindən üzr istəməmişdi. Belə bir fikir var ki[77], bu sənədi imzalamaqdan imtina etməsi Aleksandr Dzasoxovun 2005-ci il mayın 31-də istefasına gətirib çıxardı. Öz növbəsində Priqorodnı rayonunun geri qaytarılmasını tələb edən inquş "Axki-Yurt"[78] ictimai hərəkatı tərəfindən İnquşetiyanın keçmiş prezidenti Murat Zyazikova təzyiqlər edilirdi.

Şimali Osetiyadan bu günə qədər kənarda qalan inquş qaçqınlarının sayı ilə bağlı ziddiyətli fikirlər mövcuddur. Onların maksimum sayı 20 min nəfər olaraq göstərilir.[79] 8 aprel 2005-ci ildə "Kommersant" qəzetinə verdiyi müsahibədə Aleksandr Dzasoxov[80] Federal Miqrasiya Xidmətinin o dövrdə 10.816 min nəfər qaçqın müraciətlərini qeydə aldığını demişdi. Eyni zamanda, onun sözlərinə görə, 2005-ci ilin əvvəlində Şimali Osetiyada yaşayan inquşların sayı, 1992-ci il qarşıdurması zamanı burada yaşayan inquşların ümumi sayından artıq olmuşdur.

2005-ci il avqustun 9-da Şimali Osetiya parlamenti Rusiya Federasiyasının Konstitusiya Məhkəməsində ərazi məsələlərinə dair "Repressiya olunan xalqların bəraəti haqqında" qanuna baxılması üçün müraciət etdi. Lakin bu tələb Konstitusiya Məhkəməsində baxılmaq üçün hələ də qəbul edilməmişdir.

2006 — 2007-ci illər[redaktə | əsas redaktə]

2006-cı il fevralın 8-də Rusiya Federasiyası Prezidentinin Cənubi Federal Dairəsində səlahiyyətli nümayəndəsi Dmitri Kozak ilə müşavirədə osetin-inquş münaqişəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı qəbul edildi. Ancaq məlum oldu ki, inquş məcburi köçkünlərinin geri qaytarılması planından yalnız osetin tərəfi razıdır. İnquşetiya Xalq Məclisi bu planı rədd etdi. Deputatların fikrincə[81], təklif olunan məskunlaşma inquşların konstitusiya hüquqlarını kobud şəkildə pozur. Çünki, inquşlar doğma evlərinə qayıtmaq əvəzinə, məcburi köçkünlərinə yeni torpaqlarda məskunlaşmaq təklif olunur. Üstəlik, bu köçürülmə prosesi illərlə sürə bilər. Bununla əlaqədar inquş parlamentinin deputatları Vladimir Putinə müraciət[81] göndərdilər və orada onlar prezidentin səlahiyyətli nümayəndəsini açıq-aşkar osetin tərəfini tutmaqda ittiham etmişdilər.

2006-cı il 8 fevral tarixinə 9.888 nəfərdən (məcburi köçkün statusu olmayan 1110 azyaşlı uşaq istisna olmaqla) ibarət 2388 ailə Rusiya Federasiyasının Regional Miqrasiya Xidməti idarəsində qeydiyyata alınmışdı. Bu rəqəmlər əvvəllər İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya İşləri İdarəsi və Şimali Osetiya-Alaniya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya İşləri İdarəsi tərəfindən də qəbul edilmiş sayla üst-üstə düşürdü. Göstərilən tarixdə 2223 ailə məcburi köçkün statusunun müddətinin uzadılması ilə bağlı Rusiya Miqrasiya Xidməti İdarəsinin regionlararası şöbəsinə müraciət etmişdir. Məcburi köçkün statusunun müddəti 1112 ailəyə (4097 nəfərdən ibarət), o cümlədən Mayskoe kəndi yaxınlığında kortəbii şəkildə yaranan qəsəbədə yaşayan 106- ailəyə (564 nəfərdən ibarətdir) şamil edilmişdir. Eyni zamanda, Federal Miqrasiya Xidməti İdarəsinin İnquşetiya Respublikası üzrə bölməsi Rusiya MXİ-nin Regionlararası şöbəsinə əlavə 615 qeydiyyata düşən ailənin (1995 nəfər) və İnquşetiya Respublikası məhkəmələri tərəfindən araşdırılaraq məcburi köçkün statusunu bərpa etmiş 300 məcburi köçkünün (təxminən 130 ailə) işlərin də təhvil verilməsi barədə qərarlara baxılırdı. Bundan əlavə, İnquşetiya Respublikasının məhkəmələrinə 300-dən çox ailənin məcburi köçkün statusunun bərpası ilə bağlı iddiaları daxil olmuşdu. Beləliklə, 8 fevral 2006-cı il tarixinə məcburi köçkünlərin ümumi sayı 3400-dən çox ailəni və ya təqribən 11,000-11.500 nəfəri təşkil etmişdir. 2006-cı ildə Rusiya Federasiyasının büdcəsi tərəfindən osetin-inquş münaqişəsi nəticəsində məcburi köçkün kimi tanınan vətəndaşlara subsidiyaların ödənilməsi, yaşayış evlərinin tikilməsi, bərpası və alınması üçün ayrılmış maliyyələşdirmə məbləği 1.719.531.563 rubl təşkil etmişdir.

Göstərilən məcburi köçkünlərin sayını qiymətləndirərkən nəzərə alınmalıdır ki, məcburi köçkün statusu müddətsiz deyil. Mövcud standartlara görə, onu vaxtaşırı uzatmaq (təsdiqləmək)lazımdır. Qeydiyyata alınan məcburi köçkünlərin sayının artımı həmişə dövlət dəstəyi göstərilən zamanı olmuşdur. Rusiya Federasiyası hökumətinin 30 dekabr 2005-ci il tarixli 846 nömrəli "Rusiya Federasiyası Hökumətinin 1998-ci il 6 mart tarixli 274 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" və Rusiya Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş "Məcburi sənəd verilməsi haqqında arayışın verilməsi və qeydiyyatı qaydası" osetin-inquş münaqişəsi nəticəsində evini itirmiş məcburi köçkünə dövlət dəstəyi və onun ödənilməsi şərtləri, məcburi köçkünlərə və onların yetkinlik yaşına çatmayan uşaqlarına dövlət dəstəyi verilirdi. Məcburi köçkünlərin həqiqi ailə üzvləri bu səbəbdən daim artırdı. Bundan əlavə, ər və arvadın məcburi köçkün olduğu ailələrdə boşanma halı olduğu halda, onların hər biri öz övladları ilə birlikdə ayrı yaşayış sahəsi hüququ əldə edirdi. Müvafiq olaraq qeydiyyata alınmalı ailələrin sayı da artırdı.

Osetin tərəfinin bildirdiyinə görə[81] Şimali Osetiya məcburi köçkünlərin geri qaytarılmasına razıdır, lakin bu statusa sahib olan 7 mindən çox insanın (inquş məlumatlarına görə, demək olar ki, iki qat çoxdur), 4 mininin ərazidə əmlak sahibi olmaqları barıdı sənədləri yoxdur, 1200 nəfər isə Şimali Osetiya geri qayıtmaq istədikləri barədə hələ qəti qərar verməyiblər. 1100 nəfər isə bu yaxınlarda "su hövzələrinin mühafizə zonasına" düşmüş və hər kəs üçün qapalı olan ərazilərdə, habelə qaçqınların geri qayıtması üçün “açıq” olan yaşayış məntəqələrində yaşayırdı. Osetin tərəfinin fikrincə, "su hövzələrinin mühafizə zonası"nda yaşayan qaçqınlar digər yaşayış məntəqələrinə köçməyə dəvət edilmişdilər, lakin "dağıdıcı qüvvələr" bunun qarşısını alır. Digər bir ciddi problem Gürcüstan, ÇeçenistanOrta Asiyadan olan köçkünlərin, inquşların tərk etdiyi evlərin bir hissəsində məskunlaşmasıdı. Şimali Osetiya rəsmilərini narahat edən məsələ də onların bu evlərdən çıxarılacağı halda başqa bir gərginlik ocağının yaranması təhlükəsidi. Buna alternativ olaraq Çermen dairəsindən 7 kilometr məsafədə yerləşən Nazran yolunda, əsasən Maiski kəndi yaxınlığında kortəbii şəkildə qurulmuş bir qəsəbə yaşayanların köçürülməsi üçün xüsusi bir kənd "Novıy" salınmışdır. Bu qəsəbənin sakinləri humanitar yardım kimi alınan vaqon qoşqularında, Çermen dairəsinin yaxınlığında elektrik xətləri altında yaşayırdılar.

2006-cı ilin avqustunda Milli terrorla mübarizə komitəsinin rəhbəri Nikolay Patruşev, eyni zamanda bölgələrində terrorla mübarizə komissiyalarının rəhbərləri olan Cənubi Federal Dairə subyektlərinin rəhbərlərinin iclasında[82] "Çeçenistanda uğurlu antiterror əməliyyatları terror fəaliyyətinin Çeçenistana bitişik bölgələrə keçməsi üçün bir təkan olmuşdur" deyə bildirmişdi. Əhalisinin daha çox silahlandığı İnquşetiyaŞimali Osetiyada terror hücumları intensiv hal almağa başlamışdır. Silah alveri ilə əlaqəli cinayətlərin sayı artıb. İnquşetiya və Şimali Osetiya arasında münasibətlər yenidən gərginləşmişdir. 2006-cı ilin yayında respublikalar arasında inzibati sərhəddə yerləşən yaşayış məntəqələrində bir sıra qətllər və partlayışlar törədilmişdir.

2007-ci ilə qədər Maiski kəndi yaxınlığında kortəbii şəkildə qurulmuş qəsəbənin bütün sakinləri Rusiya FMİ-in Regionlararası İdarəsinin təminatı ilə yaradılmış yeni evlərə köürüldü və qəsəbə mövcudluğunu dayandırdı. Qeyd etmək lazımdır ki, "Novıy" qəsəbəsinin salınması oraya köçən məcburi köçkünlərə əsaslı iqtisadi yardım ilə baş tutdu. Bazar dəyəri təxminən 10.000 ABŞ dolları dəyərində torpaq sahəsi, qışda yaşamaq üçün uyğunlaşdırılmış köçmə əsnasında vaqon, habelə köçürülmə vaxtı ailə üzvlərinin sayına görə ev tikmək üçün maliyyələşdirmə almışdılar. Rusiya Federasiyasının osetin-inquş münaqişəsinin nəticələrini aradan qaldırmaq üçün ayırdığı maliyyə miqdarı milyardlarla rublla ölçülür. Məcburi köçkünlərin xeyli hissəsində dövlət dəstəyi göstərmək üçün lazım olan sənədlər yox idi. Dövlət dəstəyi almış insanların əksəriyyəti lazımi sənədləri olmadığı üçün İnquşetiya Respublikası məhkəməsinin qərarı ilə bu köməyi aldılar.

Medvedyevin prezidentliyi dövründə münaqişənin həlli[redaktə | əsas redaktə]

2009-cu ilin dekabrında ikitərəfli görüş zamanı İnquşetiya və Şimali Osetiya-Alaniya Respublikası Prezidentləri 2010-cu ildə Şimali Osetiya-Alaniya Respublikasıİnquşetiya Respublikası arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün birgə fəaliyyət Proqramı imzaladılar.[83]

Proqramda diqqəti ictimai təşkilatların, xüsusən gənclərin münaqişədən sonrakı həllində fəal iştirak etməsi, həll problemləri ilə bağlı çoxşaxəli məsləhətləşmələr və iki etnik qrupun gənclərinin həyata keçirilməsi üçün sosial şəraitin yaradılması göstərilirdi.

2013-cü il tarixinə olan vəziyyət[redaktə | əsas redaktə]

Şimali Osetiyada 28 mindən çox inquş yaşayır.

İnquşların yaşadığı yaşayış məntəqələri:

  • Vladiqafqaz şəhəri (şəhərin idarəçiliyinə daxil "Kartsa" qəsəbəsi)
  • Novıy
  • Balta
  • Tarskoe
  • Daçnoe
  • Kurtat
  • Donqaron
  • Çermen
  • Mayskoe
  • Xurikau.

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1 2 3 4 Осетино-ингушский конфликт: история и современное состояние
  2. 1 2 войска ( на стороне осетин) xronika_voennyx_sobytij_v_prigorodnom_rajone_rso-a.html Хроника военных событий в пригородном районе РСО-А " Информационное агентство ОСинформ
  3. Россия и СССР в войнах XX века: Потери Вооружённых Сил / Г. Ф. Кривошеев. — М.: ОЛМА-ПРЕСС, 2001. — С. 567.
  4. 1 2 "Краткий очерк о населении, территории конфликта, истории" (rus). Правозащитный центр «Мемориал».
  5. 1 2 3 4 Волкова, 1974
  6. Мартиросян Г. К. (1938). История Ингушии. Орджоникидзе: Сердало. səh. 33.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Цуциев, 1998
  8. Цагаева А. Д. (1975). Топонимия Северной Осетии. Ч. II (Словарь географических названий). Орджоникидзе: Ир. 551–552.
  9. XX — век " iratta.com : Осетия — Алания и Осетины — Аланы
  10. История Северо-Осетинской АССР (советский период). Орджоникидзе: Северо-Осетинское книжное издательство. 1966. səh. 169.
  11. 1 2 3 Национально-государственное строительство Российской Федерации: Северный Кавказ (1917—1941 гг.). Майкоп: Меоты. 1995. 225–226.
  12. Национально-государственное строительство Российской Федерации: Северный Кавказ (1917—1941 гг.). Майкоп: Меоты. 1995. 126–130.
  13. Заседания Верховного Совета РСФСР 2-го созыва, вторая сессия (10-13 марта 1948 г.) : стенографический отчет. — 1948.
  14. Закон РСФСР от 13 марта 1948 года «Об изменении и дополнении текста Конституции (Основного Закона) РСФСР»
  15. Dunlop, 1998. səh. 73
  16. Шнирельман В. А. Быть аланами: интеллектуалы и политика на Северном Кавказе в XX веке. — М.: Новое литературное обозрение, 2006. — С. 228.
  17. Бугай Н. Ф. (2011). Северный Кавказ. Государственное строительство и федеративные отношения: прошлое в настоящем. М.: Гриф и К. 228. ISBN 978-5-8125-1567-6.
  18. Органы государственной безопасности СССР в Великой Отечественной войне. Т. V. Книга 1. Вперед на запад (1 января — 30 июня 1944 г.). М.: Кучково поле. 2007. 202. ISBN 978-5-9950-0022-8.
  19. Полян П. М.]] (2001). Не по своей воле... История и география принудительных миграций в СССР. М.: О.Г.И. — Мемориал. 123.
  20. 1 2 3 4 5 6 7 8 Шнирельман, 2006
  21. 1 2 Бугай, Гонов, 1998
  22. Polian, 2004. səh. 184
  23. Smith, 2006. səh. 65
  24. Bryan, 1984. səh. 99
  25. 1 2 Brauer, 2010. səh. 387
  26. 1 2 Cornell, 2005. səh. 190
  27. 1 2 3 4 Tishkov, 2004. səh. 33
  28. Polian, 2004. səh. 199
  29. Kaiser, 2017. səh. 161
  30. Fowkes, 1996. səh. 209
  31. Gessen, 2015. səh. 24
  32. 1 2 Polian, 2004. səh. 200
  33. Kozlov, McClarnand, 2015. səh. 112
  34. Dunlop, 1998. səh. 80–81
  35. 1 2 Seely, 2001. səh. 87
  36. 1 2 Bancheli, Bartmann və Srebrnik, 2004. səh. 121
  37. Hille, 2010. səh. 60
  38. Патиев Я. С., 2008
  39. Новицкий И.Я. Управление этнополитикой Северного Кавказа С. 100
  40. Tishkov, 2004. səh. 34
  41. 1 2 Зубкова, 2004
  42. Тимур Музаев. "ЧЕЧЕНСКАЯ РЕСПУБЛИКА ИЧКЕРИЯ" (rus). Международный институт гуманитарно-политических исследований.
  43. 1 2 Правозащитный центр «Мемориал»
  44. Ольга Алленова (02.05.2005). "Пригородный тупик" (rus). Журнал «Власть».
  45. 1 2 Шубин, 2000
  46. Зубкова Е.Ю. (2004). "Власть и развитие этноконфликтной ситуации в СССР. 1953-1985 гг.". Отечественная история. M.: Наука.
  47. Зубкова Е.Ю. (2004). "Власть и развитие этноконфликтной ситуации в СССР. 1953-1985 гг.". Отечественная история. M.: Наука.
  48. 1 2 3 Сергей Маркедонов (30.10.2007). "Осетино-ингушский конфликт: история и современность" (rus). "Политком.RU".
  49. 1 2 3 "Этнические конфликты на Кавказе, 1988—1994 г.". Спорные границы на Кавказе. М.: «Весь мир». Под ред. Бруно Коппитерса. 1996. səh. 71—72. ISBN 5777700039.
  50. 1 2 Россия: партии, ассоциации, союзы, клубы : справочник. Т. 1. Ч. 1. М.: РАУ-Пресс. 1991. 130.
  51. 1 2 "The ingush-ossetian conflict in the Prigorodnyi region" (ingilis). Human Rights Watch. May 1996.
  52. 1 2 3 "Краткий очерк о населении, территории конфликта, истории" (rus). Правозащитный центр «Мемориал».
  53. Закон «О реабилитации репрессированных народов»
  54. "Путь к чеченской революции". Чечня и Россия: общества и государства. М.: Полинформ-Талбури. 1999. 167. ISBN 5-93516-004-8.
  55. Бугай Н. Ф. (2011). Северный Кавказ. Государственное строительство и федеративные отношения: прошлое в настоящем. М.: Гриф и К. 316. ISBN 978-5-8125-1567-6.
  56. 1 2 3 4 Жирохов, 2012
  57. 1 2 3 4 "Осетино‑ингушский конфликт: хроника событий" (rus). Inca Group "War and Peace". 08.11.08.
  58. АНТОН Ъ-АНТОНОВ-ОВСЕЕНКО, мл (29.10.1992). "Ингуши предложили осетинам пойти на компромисс" (rus). Газета «Коммерсантъ».
  59. АНТОН Ъ-АНТОНОВ-ОВСЕЕНКО, мл (20.10.1992). "Парламент Северной Осетии настаивает на своем" (rus). Газета «Коммерсантъ».
  60. 1 2 "О ситуации в Пригородном районе Северная Осетия" (rus). Информация Представительства ПЦ «Мемориал» в Назрани. 01.10.2001.
  61. Осетино-ингушский конфликт
  62. Полян П. М. (2001). Не по своей воле… История и география принудительных миграций в СССР. М.: О. Г. И. — Мемориал. 185.
  63. "Провинция. Обстановка в Северной Осетии" (rus). Газета «Коммерсантъ». 03.11.1992.
  64. Газета «Известия» № 14-18, 1994 г. Ирина Дементьева «Война и мир Пригородного района»
  65. Генеральная прокуратура РФ. "Постановление о прекращении уголовного дела по событиям октября-ноября 1992 года".
  66. "В Северной Осетии почтили память жертв вооружённого конфликта 1992 года" (rus). memo.ru. 01.11.2007.
  67. Полян П. М. (2001). Не по своей воле... История и география принудительных миграций в СССР. М.: О.Г.И. — Мемориал. 186.
  68. 1 2 3 "ВЫНУЖДЕННЫЕ ПЕРЕСЕЛЕНЦЫ. НАСЕЛЁННЫЕ ПУНКТЫ, ПОКИНУТЫЕ ВЫНУЖДЕННЫМИ ПЕРЕСЕЛЕНЦАМИ" (rus). Правозащитный центр «Мемориал».
  69. "Война закончилась. Начинается газават?" (rus). Газета «Коммерсантъ». 11.11.1992.
  70. Raion Chrezvychainogo Polozheniya (Severnaya Osetiya I Ingushetiya), (The Region of Emergency Rule: North Ossetia and Ingushetiya,) Vladikavkaz, North Ossetia, 1994, p. 63. This compilation of reports, statistics, and documents is published by the Temporary Administration.
  71. "В Назрани открыли мемориал памяти жертв осетино-ингушского конфликта" (rus). Российская газета. 05.06.2012.
  72. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по регионам России/Северо-Осетинская АССР". «Демоскоп». 2012-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10. (#parameter_ignored_suggest)
  73. Анчабадзе Ю. Д., Гостиева Л. К., Тер-Саркисянц А. Е. (2001). "Беженцы Кавказа". Расы и народы. Вып. 26. М.: Наука. 165. ISBN 5-02-008712-2.
  74. «Независимая газета» — Президенты не слышат друг друга
  75. 1 2 3 «Finmarket.ru» — Президент Северной Осетии не подписал план совместных действий по урегулированию осетино-ингушского конфликта 1992 года, так как он не подкреплен какой-либо финансовой базой
  76. «КоммерсантЪ» — Дмитрий Козак осекся на Осетии
  77. «КоммерсантЪ» — Генерала Зязикова представят к старому званию
  78. «Независимая газета» — «У нас тысячи вопросов к Зязикову»
  79. http://www.mashr.org/docs/report.pdf
  80. «КоммерсантЪ» — «Я балалайки не подписываю»
  81. 1 2 3 «КоммерсантЪ — Ингуши не ужились с Дмитрием Козаком»
  82. «КоммерсантЪ — Террористы разбрелись по Кавказу»
  83. "Программа совместных действий по развитию добрососедских отношений между Республикой Северная Осетия — Алания и Республикой Ингушетия в 2010 году". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-13. (#parameter_ignored_suggest)

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Бугай Н. Ф., Гонов А. М. Кавказ: народы в эшелонах (20-60-е годы). — М.: ИНСАН, 1998. — ISBN 5-85840-295-X.
  • Волкова Н. Г. Этнический состав населения Северного Кавказа в XVIII — начале XX века. — М.: Наука, 1974. — С. 125.
  • Гостиева Л. К. Этнополитическая ситуация в Северной Осетии / РАН. Ин-т этнологии и антропологии. — М., 1994.
  • Жирохов М. А. Семена распада: войны и конфликты на территории бывшего СССР / Под ред. Е. * * * * Кондуковой. — СПб.: БХВ-Петербург, 2012. — 688 с. — 2000 экз. — ISBN 978-5-9775-0817-9.
  • Здравомыслов А. Г. Осетино-ингушский конфликт: Перспективы выхода из тупиковой ситуации. — М.: РОССПЭН, 1998.
  • Зубкова Е.Ю. Власть и развитие этноконфликтной ситуации в СССР. 1953-1985 гг. // Отечественная история. — М.: Наука, 2004. — № 4.
  • Цуциев А. А. Осетино-ингушский конфликт (1992—…): его предыстория и факторы развития. Историко-социологический очерк. — М.: РОССПЭН, 1998. — С. 146—147.
  • Шнирельман В. А. Быть аланами: интеллектуалы и политика на Северном Кавказе в XX веке. — М.: Новое литературное обозрение, 2006. — С. 313.
  • Шубин А. В. От «застоя» к реформам. СССР в 1917—1985 гг.. — М.: «Российская политическая энциклопедия» (РОССПЭН), 2000. — ISBN 5-8243-0123-9.

Sənədli filmlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek