Orxon-Yenisey dili

Orxon-Yenisey dili — Qədim türk xalqlarının ilk yazılı dillərindən biri.

Ongin abidəsi[redaktə | mənbəni redaktə et]

Bu, göytürk Orxon-Yenisey abidələrindən ən zəif öyrənilmişi və sərt mübahisəlisidir. Abidə 1891-ci ildə Ongin çayı (Orxon çayının qoludur) hövzəsində Taramel çayı yaxınlığında Kokşin-Orxondan və Koşo-Saydam gölündən 160 km cənubda Manitu dağı yaxınlığında N.M.Yadrintsev tərəfindən tapılmışdır. Abidə ilk dəfə 1895-ci ildə alman dilində nəşr edilmişdir. Sonralar abidənin mətnini və onun tərcüməsini F.N.Orkun (türk dilində), S.Y.Malov (rus dilində), T.Tekin (ingilis dilində), C.Klauson (ingilis dilində), E.Triyarski (alman dilində), Ə.Ə.Rəcəbov (Azərbaycan dilində) nəşr etdirmişlər. Abidənin kimin tərəfindən və kimə qoyulduğu indi də mübahisəlidir. Tədqiqatçılann böyük bir qismi, o cümlədən V.V.Radlov, S.Y.Malov, A.Bernştam belə hesab edirlər ki, abidəni İltəris xaqanın kiçik qardaşı, İltəris xaqandan sonra taxta oturmuş Kapağan xaqan böyük qardaşı İltəris xaqanın şərəfinə qoymuşdur (bəzi tədqiqatçılar buraya İltəris xaqanın arvadı İlbilgə xatunu da əlavə edirlər, yəni abidə İltəris xaqan və İlbilgə xatunun şərəfinə qoyulmuşdur). Tədqiqatçıların bəziləri abidənin hətta heç kimə məlum olmayan Taçarn adlı bir bəyin şərəfınə qoyulduğunu iddia edirlər. Tədqiqatçılardan təkcə iki nəfər - T.Təkin və C.Klauson həqiqətə yaxın bir fıkir söyləyirlər. Onların fikrincə, abidə İşbara Tamğan Tarkan tərəfindən və ya onun özünə qoyulmuşdur. Abidənin qoyulması tarixi haqqında da fıkir birliyi yoxdur. Məsələn, S.Y.Malov yazır ki, Orxon abidəsi təxminən 690-706-cı illər arasında, A.N. Kononovun yazdığına görə isə 700-716-cı illər arasında qoyulmuşdur. Əbülfəz Rəcəbli Ongin abidəsinə iki məqalə həsr edib 1) "Ongin abidəsi və "kapağan" sözü haqqında", ADU-nun elmi əsərləri, Dil və ədəbiyyat seriyası, 1966, JN26, s.79-85; 2) "Ongin abidəsi haqqında", «Советская xropKOJiorHaw jum ah, 1970, JV92, s.33- 43. Bundan başqa "Orxon-Yenisey abidələri" (1993, s.43-50) kitabında da bu məsələyə geniş giriş məqaləsi həsr edib. Əgər S.Y.Malovun nəşr etdiyi foto-şəkil həqiqətə uyğundursa, onda Ongin abidəsi 692-ci ildə, yox əgər C.Klausonun nəşr etdiyi foto-şəkil həqiqətə uyğundursa, onda Ongin abidəsi 689-cu ildə qoyulmuşdur. Paleoqrafıyası və dilinə görə Ongin abidəsi Kül tigin və Bilgə xaqan abidələrinə yaxındır, lakin həm paleoqrafiyasına, həm də dil xüsusiyyətlərinə görə onlardan, nisbətən, köhnədir[1]

Kültigin abidəsi[redaktə | mənbəni redaktə et]

Abidə ikinci türk xaqanlığının banisi İhəris xaqanın kiçik oğlu, məşhur türk sərkərdəsi, yenilməz bahadır Kül tiginin (685-ci ildə anadan olmuş, 27 fevral 731-ci ildə vəfat etmiş, 1 noyabr 731-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Abidənin mətni yazılmış daş 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin sonunda hazır olmuşdur. Kül tigin abidəsi 1889-cu ildə rus alimi N.M .Yadrintsev tərəfindən Monqolustanda Kokşin-Orxon rayonunda, Orxon çayı hövzəsində - onun qolları Tola və Höla çaylan arasında Saydam gölü yaxınlığında Erdeni Tzsu budda monastrından 60 km şimalda, Ulan-Batordan 400 km qərbdə, Uqurnor gölündən 25 km cənubda, Karabalqasun şəhərinin xarabalıqlarından 40 km qərbdə tapılmışdır. Abidənin üst hissəsi kəsik piramida şəklindədir. Boz mərmərdən olan piramidanın iki üzü enli, iki üzü dardır. Enli üzlərdən biri Çin heroqlifləri ilə Çin dilində, qalan üç üzü göytrük əlifbası ilə türk dilində Kül tiginin böyük qardaşı ulu türk hökmdarı Bilgə xaqanın dilindən yazılmışdır. Türk mətninin müəllifı "Kül tiginin kiçik qohumu", Bilgə xaqandan sonra türk taxtında oturmuş Yolluqtigindir. Abidənin nəşri ilk dəfə 1894-cü ildə V.V.Radlov tərəfindən (alman dilində) həyata keçirilmişdir. Kültigin abidəsinin indiyədək ən yaxşı tarixi-filoloji tədqiqi P.M.Melioranski tərəfindən onun magistrlik dissertasiyasında həyata keçirilmişdir; bu dissertasiya 1899-cu ildə "Kül tigin şərəfinə abidə" adı ilə nəşr edilmişdir. Bu abidənin rusca yeni nəşri 1951-ci ildə S.Y.Malov tərəfindən edilmişdir. Kül tigin abidəsi 1936-cı ildə ilk dəfə H.N.Orkun tərəfindən türk dilində nəşr edilmişdir. Sonralar Mühərrəm Ergin də onu türk dilində dəfələrlə nəşr etdirmişdir. Daha sonra Tələt Təkin Kül tigin abidəsini ingilis dilində nəşr edir. Kül tigin abidəsi Azərbaycan dilində göytürk əlifbası ilə mətn, transkripsiya və tərcümədə ilk dəfə Ə.C. Şükürov və A.M. Məhərrəmov tərəfindən 1976-cı ildə həyata keçirilmişdir. Bu abidə 1993-cü ildə göytürk əlifbası ilə mətn, giriş, transkripsiya, tərcümə, izahlar və lüğət şəklində nəşr etdirilmişdir.

Bilgə xaqan abidəsi[redaktə | mənbəni redaktə et]

Bu, İkinci Türk xaqanlığının banisi İltəris xaqanın böyük oğlu, məşhur sərkərdə Kül tiginin böyük qardaşı, 716-734-cü illərdə ulu xaqan olmuş Bilgə xaqanın (683-cü ildə anadan olmuş, 24 noyabr 734-cü ildə, yəni it ili doqquzuncu ayının 26-da vəfat etmiş, 22 iyun 735-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Bilgə xaqan abidəsi Kül tigin abidəsinin yaxınlığında, ondan bir qədər cənub-şərqdədir. Abidə Kül tigin abidəsi ilə eyni vaxtda - 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilmişdir. Bilgə xaqan abidəsi Kül tigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Bu abidə ilk dəfə V.V. Radlov və P.M. Melioranski tərəfindən 1897-ci ildə "Orxon ekspediyası əsərlərinin toplusu - IV" adı altında nəşr edilmişdir. Topluda hər iki Koşo-Saydam abidəsinin V.V. Radlov tərəfindən təsviri verilir, P.M. Melioranski isə mətnin rüs dilinə tərcüməsinin, habelə abidələrin göytürk əlifbası ilə yeddi cədvəlinin müəllifıdir. Bilgə xaqan abidəsinin rus dilidə nəşri - mətn, transkripsiya və rus dilinə tərcümə şəklində S.Y.Malov tərəfindən 1959-cu ildə nəşr edilmişdir. H.N. Orkun 1936-cı ildə Bilgə xaqan abidəsini mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşr etmişdir. Abidəni ingilis dilində transkripsiya və tərcümə şəklində 1968-ci ildə Tələt Təkin nəşr etmişdir. Abidənin mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşri dəfələrlə Mühərrəm Ergin tərəfindən həyata keçirilmişdir. Abidəni Azərbaycan dilində ilk dəfə göytürk əlifbası ilə mətn, transkripsiya və Azərbaycan dilinə tərcümə, habelə giriş və qeydlər şəklində 1993-cü ildə Ə.Ə. Rəcəbov etmişdir. Bundan başqa onun Bilgə xaqan abidəsi haqqında və Bilgə xaqanın şəxsiyyəti haqqında məqalələri də çap edilmişdir. Mütəxəssislərin fikrincə, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə məxsusdur. Qeyd etmək lazımdır ki, bu üç abidənin paleoqrafiyası və dili bir-birinə çox yaxındır.[1]

Tonyukuk abidəsi[redaktə | mənbəni redaktə et]

Türk xaqanlan İltəris, Kapağan və Bilgə xaqan aşina qəbiləsinə mənsub olmuşlar. Tonyukuk isə aşidə qəbiləsinə mənsubdur. O, yuxarıda adı çəkilən üç xaqanın ayğuçusu, yəni baş məsləhətçisi, ərəblərin dili ilə desək, baş vəziri olmuşdur. O, türk xaqanlığının ən bacarıqlı dövlət xadimlərindən və qoşun sərkərdələrindən biri olmuşdur. Abidənin özündə də göstərildiyi kimi, gəncliyində Çin sarayında təlim-tərbiyə almış, deməli, dövrünün savadlı adamlarından biri olmuş, sonralar düşmənlərə qarşı uğurlu döyüşlərdə və bütövlükdə xaqanlığın xarici siyasətində əvəzsiz xidmətlər göstərmişdir. Tonyukuk abidəsinin qoyulma tarixi mübahisəlidir. Tədqiqatçıların böyük əksəriyyəti bu fıkirdədir ki, abidə təxminən 716-cı ildə qoyulmuşdur. V.Tomsen abidənin 725-ci ildə, A.N. Kononov isə 712-716-cı illər arasında qoyulduğunu söyləyir. A.N. Kononovun göstərdiyi tarixi heç cür qəbul etmək olmaz. Tonyukuk abidəsi 716-cı ilə qədər, yəni Tonyukuk Kül tigin tərəfindən hakimiyyətdən uzaqlaşdırılana qədər heç cür qoyula bilməzdi, çünki bu dövr onun şöhrət və qüdrətinin zenit vaxtıdır və şikayətlənməyə heç bir ehtiyac yoxdur. Tonyukuk abidəsi isə, bir növ, "şikayətnamədir". İkincisi, 716-cı ildə Kapağan xaqan hələ sağ idi, hətta Çin mənbələrinin yazdığına görə, qocalıqda bir qədər çılğınlaşmış, qəddarlaşmışdı. İnanmaq olmur ki, Kapağan xaqanın hakimiyyətinin məhz bu dövründə Tonyukuk ona müraciət edərək belə sözlərı yaza idi; "...İltəris xaqan qazanmasaydı, o olmasaydı, mən özüm müdrik Tonyukuk qazanmasa idim, mən olmasaydım, Kapağan xaqanın türk sir xalqı yerində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyukuk qazandığı üçün Kapağan xaqan, türk sir xalqı yaşamaqdadır" (T 59-61). Tonyukuk abidəsi məşhur səyyah Dmitri Aleksandroviç Klementsin (I848-1914) arvadı Yelizaveta Nikolayevna Klements (1853/54-1914) tərəfindən 1897-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərindən 66 km cənub-şərqdə Nalayxa adlanan yaşayış məntəqəsi ilə Tola çayının (Orxon çaynının qoludur) sağ sahili arasında, Bayın-Tsokto adlanan yerdə tapılmışdır. Abidə məqbərə kompleksinə daxil olan iki daşdan ibarətdir. Daşlar məbədin şərq divarına paralel şəkildə bir-birindən bir neçə metr aralı yerə basdırılmışdır. Cənubdakı daşın hündürlüyü 1 m 70 sm-dir, üzərində 35 sətirlik yazı vardır, ikinci daşın hündürlüyü 1 m 60 sm-dir, üzərində 27 sətirlik (36-62-ci sətirlər) yazı vardır. V.V. Radlov 17-ci sətirlə 18-ci sətir arasında daha bir sətrin işləndiyini söyləyir və onu nöqtələrlə işarə edir. Lakin digər tədqiqatçılar bu sətri göstərmirlər. H.N. Orkun yazır ki, Tonyukuk abidəsinin 18-ci sətrinə qədər İltəris xaqandan, oradan 48-ci sətrinə qədər Kapağan xaqandan, sonrakı mətn Tonyukukun özündən bəhs edir. 1898-ci ıldə Tonyukuk abidəsinin estampajı və fotosurəti çıxarılmışdır. Bunların əsasında 1899-cu ildə V.V. Radlov onu alman dilinə tərcümədə (mətn, transkripsiya, qeydlər və lüğətlə birlikdə) nəşr etmişdir (Die Alttürkischen İnschriften der Monqolei Zweite Folqe). Sonra bu abidə Kül tigin, Bilgə xaqan və digər abidələrlə birlikdə V.Tomsen tərəfindən nəşr edilmişdir. Sonralar Q.Ramstedt (1909), B.Y. Vladimirtsev (1925), P.Aalto (1957), Y.İ. Ubryatova və V.M. Nadelyayev Tonyukuk abidəsi üzərində tədqiqat işi aparmışlar. 1951-ci ildə S.Y. Malov Tonyukuk abidəsini təkmilləşdirilmiş şəkildə nəşr etmişdir. Tonyukuk abidəsini türk dilində ilk dəfə mətn, transkripsiya və türk dilinə tərcümə şəklində Türkiyədə bu abidələrin məşhur tədqiqatçısı H.N. Orkun nəşr etmişdir. Digər türk tədqiqatçısı Mühərrəm Ergin də Tonyukuk abidəsini bir neçə dəfə nəşr etmişdir. Azərbaycanda Tonyukuk abidəsinin ilk nəşri 1976-cı ildə A.M. Məhərrəmov və Ə.C.Şükürov tərəfindən həyata keçirilmişdir. Tonyukuk abidəsi bir sıra səbəblərdən həm dilçi, həm də tarixçi üçün maraqlıdır. Abidə tarixçi üçün ona görə maraqlıdır ki, abidənin mətnini Tonyukuk özü yazmışdır (yaxud onun dilindən yazılmışdır), öz gözləri ilə gördüyü, özünün şahidi və iştirakçısı olduğu hadisələri təsvir etmişdir. Memuar ədəbiyyatında təsvirdə məlum subyektivizmi çıxsaq, Tonyukuk abidəsi tarixçi üçün əvəzsiz ilkin mənbədir. Dilçi üçün isə bu abidənin qiyməti o qədər böyükdür ki, onu qiymətləndirmək mümkün deyildir. Əvvələn, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə, Tonyukuk abidəsi isə aşidə qəbiləsinə mənsub olduğu üçün həmin abidələrlə bu abidənin dili arasındakı fərqi (fərqləri) araşdırmaq üçün dilçinin əlinə nadir imkan düşür. İkincisi, Tonyukuk dövrünün ən savadlı türklərindən biri, bəlkə də birincisi olmuşdur. Onun özünün yazdığına görə, o, Çin elində təhsil və təlim-tərbiyə almışdır (T 1). Tonyukuk Çin salnamələrində Yuançjən (hər iki söz, tədqiqatçıların fıkrincə, inci deməkdir) adı ilə məşhurdur. Buradan da abidənin dilinin ikinci məziyyəti meydana çıxır: abidəni Tonyukukun özünün yazmasından, yaxud onun diktəsi ilə abidə mətninin başqası tərəfındən yazılmasından asılı olmayaraq, Tonyukuk abidəsi həmin dövr türk ziyalısının, daha doğrusu, aşidə qəbiləsindən çıxmış türk ziyalısının şifahi nitqinin nadir nümunəsidir. Deməli, Ongin, Kül tigin və Bilgə xaqan abidələrinin dili aşina qəbiləsinin dialekti, Tonyukuk abidəsinin dili isə aşidə qəbiləsinin dialekti kimi dilçinin diqqətini cəlb edə bilər. Üçüncüsü, Kül tigin və Bilgə xaqan abidələrinin müəllifı Yohğ tigindir. Abidələrin mətninin dil və üslubundan məlum olur ki, Yohğ tigin də dövrünün mükəmməl təhsil almış ziyahlarından biri olmuşdur. Yohğ tiginin dili o dövr türk ədəbi dilinin ən mükəmməl üslubunu - türk yazılı ədəbi dili üslubunu əks etdirir. Tonyukuk abidəsinin dili isə türk şifahi dilinin (üslubunun) nümunəsidir. Bu baxımdan da Tonyukuk abidəsi dilçi-tədqiqatçıda maraq doğurmalıdır. Burada bir məsələni də qeyd etmək lazımdır. Göytürk Orxon-Yenisey yazılı abidələri dilinin tədqiqatçılarının böyük əksəriyyəti bu fıkirdədir ki, abidələrin mətnlərində tez-tez işlənən və Tonyukukun da öz adı üçün təyin, yaxud epitet kimi işlətdiyi "bilgə" sözü "idarə edən, hökmdar" (rus dilində iki söz işlədilir: «правитель» və «npaBsıu;HH») mənasını ifadə edir. Rus türkoloqlarından A.N. Kononov bu fikri ən qızğın müdafiə edənlərdən biridir. Bəzi tədqiqatçılar göytürk dilindəki sözün "idarə edən, hökmdar" kimi tərcümə edilməsi ilə razılaşmırlar. Bu sözün kökü "bilmək" felidir, -gə morfemi müasir Azərbaycan dilindəki -ici sözdüzəldici şəkilçisinə uyğun gəlir. Göytürk dilinin bilgə sözü Azərbaycan dilinin bilici və ya ərəb dilindən alınmış müdrik sözünə uyğun gəlir; birinci sözə həm məna, həm də şəkilcə, ikinci sözə mənaca uyğundur. Bilgə sözü göytürk yazılı abidələrinin mətnlərində tez-tez kağcın "xaqan" sözündən əvvəl işlənir. A.N. Kononov bu sözbirləşməsini «npaBjnnHH Karaa», yəni "idarə edən xaqan" kimi tərcümə etməyi təklif edir.[2]

Kuli Çor abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidəni 1912-ci ildə polyak tədqiqatçısı V.L.Kotviç (1872-1944) Ulan-Batordan cə- nub-qərbdə İhe-Huşotu vadisində tapmışdır. Ona görə də bəzi tədqiqatçüar onu tapıldığı ycrin adı ilə İhe-Huşotu abidəsi də adlandınrlar, Abidəni ilk dəfə rus alimi A.N.Samoyloviç oxuyub fransız dilinə tərcümə etmişdir. 1936-cı ildə H.N.Orkun bu abidəni türk dilində, 1959-cu ildə S.Y.Malov rus dilində, 1971- ci ildə C.Klauson və E.Triyarski ingilis dilində, 1968-ci ildə T.Təkin ingilis dilində nəşr etmişlər. Küli çor abidəsini Azərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov nəşr etmişdir («Orxon-Yenisey abidələri», Bakı, 1993). V.L.Kotviç məqaləsində Küli çor abidəsinin tarixi əhəm iyyəti haqqmda m əlum at verir. Küli çor abidəsi sadə üslubda yazılmışdır, lüğət tərkibi o qədər də zəngin deyildir. Təəssüf ki, göytürk əhfbası ilə dörd üzü də yazılmış daşm (hündürlüyü 190 sm, eni 61 sm, qahnhğı 16 sm-dir) bütün üzləri aşmmış, tərəflərdən birindəki yazı tamamilə pozulmuş, qalan üç tərəfdəki yazj isə çox zərər çəkmişdir. Abidənin müəllifı və kimin şərəfinə qoyulması haqqm da heç yerdə məlumat verilmir, ancaq mətnin bir ncçə yerində Küli çorun adı çəkilir. M əsələn; 11-ci sətirdə «Beş balıkda tört süQüş süQüşdükdə Küli çor oplayu təgip bulğayu - Beş bahkda dörd döyüş keçirdikdə Küli çor hücum edib pərənpərən edərək» və 14-cü sətirdə «Bilgə Küli çor tarduş bodumğ iti, ayu olurtı - müdrik Küli çor tarduş xalqini təşkil edərək oturdu». Bilgə xaqan abidəsində də (cənub üzü, 13-cü sətir) K üli çorun adı çəkilir; «Kisrə tarduş bəglər, Kül çor başlayu - Sonra tarduş bəyləri, Kül çor başda olmaqla». Ancaq burada K üli sözü kül şəklində yazıhr, Kül çor tarduş bəylərinin rəhbəri kim i təqdim edilir. Hoyto-Təmir abidələrində də Başbahk şəh ərin ə hərbi yürüşlə əlaqədar Kuli çorun admı oxuyuruq. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, abidə İkinci Türk xaqanlığmm ən görkəmli əyanlarmdan biri, İltəris xaqan, Kapağan xaqan, Bilgə xaqan və onlarm vəziri Tonyukukun (onlarm hamısmm adı abidədə çəkilir, K üi tigin və Bilgə xaqan abidələrindən bizə məlum olan tabğaçlar, doqquz oğuzlar, kitaylar, tatabılar, karluklar və başqaları ilə döyüş səhnələri burada da qısa şəkildə təkrar ediHr) irəii çəkdikləri tarduş rəhbəri Küli çorun şərəfinə qoyulmuşdur. K üli çorun səksən il yaşadığmı (3-cü sətir «uluğ Küli çor səkiz on yasap - uiu Küli çor səksən il yaşayıb...») nəzərə alsaq, bu mülahizə ilə razılaşmaq mümkündür. Lakin həmin m əsəiə ilə əlaqədar məni aşağıdakı suallar şübhələndirir. Birinci, qədim türk xaqanlığmm ənənəsinə, yazılmamış qanunlarma görə, tarduşlarm şadı (rəhbəri) eyni zamanda vəliəhd sayılırdı və xaqan vəfat etdikdə taxta o çıxırdı; deməli, tarduş şadı ya xaqanm kiçik qardaşı, ya da böyük oğlu olmah idi. İkincisi, Kapağan xaqanm hakimiyyəti illərində tarduşlarm şadı Bilgə xaqan idi - bunu Bilgə xaqanm özü deyir: Eçim xaqan oturtukda özürn tarduş bodıın üzə şad ertim (KTş 17). «Əmim xaqan oturduqda özüm tarduş xalqı üzərində şad idim». Bu da məlumdur ki, Bilgə xaqan 19 il tarduşlarm şadı olmuşdur (bunu da özü deyir). Əgər bclədicsə, onda həmin iliərdə Küli çor hansı vəzifəni tuturdu? Ümumiyyətlə, bu illərdə tarduşlann şadı məsələsi bir az dolaşıqdır. Tonyukuk abidəsindən məlum olur ki, Bilgə xaqanla eyni zamanda Kapağan xaqanm böyük oğlu İnəl xaqan da tarduşlarm şadı olmuşdur: Su başı İnəl kağan tarduş şad barzun (T 31). «Sərkərdə (qoşunbaşı) İnəl xaqan - tarduş şadı getsin». Lakin Küli çor abidəsinin bir neçə yerində Tonyukuk admm çəkilməsi Küli çorun onunla eyni vaxtda yaşadığmı və şad vəzifəsi daşıdığını bildirir. Abidədə Küli çorun səksən il yaşadığı göstərilsə də, öldüyü və dəfn edildiyi il haqqmda məlumat verilmir. A.fon Qaben 10-cu Hoyto-Təmir abidəsinin birinci sətrindəki biçin yıl ifadəsinə əsasən Küli çorun 721-ei ildə (meymun ilində) Tabğaça (Çinə) qarşı hərbi yürüşdə həlak olduğunu söyləyir(Çinə) qarşı hərbi yürüşdə həlak olduğunu söyləyir.

Moyonçur abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidə bəzən Bayan çor, bəzən də tapıldığı yerin adı ilə «Selenqa daşı» 42 Monqolustanın şimahnda Selenqa (Sələnə) çayı və Şine-usu çayı yaxmlığmda - Moğontu çayı, Şine-usu çayı və Örgötü dağı arasmda I909-cu ildə Q.İ.Ramstedtin başçıhq etdiyi fin ekspeldisiyası tərəfindən tapılmışdır. Abidə ilk dəfə 1913-eü ildə Q.İ.Ramstedt tərəfmdən təreümə və nəşr edilmişdir. Sonralar onu H.N.Orkun türk dilində (1936) və S.Y.Malov rus dilində (1959) nəşr etmişlər. Abidə Azərbayean dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəeəbov tərəfindən («Orxon-Yenisey abidələri», Bakı, 1993) nəşr edilmişdir. Abidədə nə mətnin müəllifinin, nə də şərəfinə qoyulduğu şəxsin adı vardır. Lakin ilk sətirləri oxuyarkən görürük ki, həmin məchul şəxs «TeQridə bolmış il etmiş Bilgə kağan (MÇ 1) - Tannda (yaxud Tanndan) olmuş, cl yaratmış müdrik xaqan» adlandınhr. Qədim türk abidələrinin hamısmda xaqanm bu sistemlə müşayiət olunduğunu nəzərə alsaq, abidənin kimin şərəfinə qoyulduğunu müəyyənləşdirmək çətindir. Ancaq abidənin beşinei sətrindəki «Kat]ım Kül bilgə kağan - Atam Kül Bilgə xaqan» ifadəsinə əsaslanan tədqiqatçılar belə bir nəticəyə gəlirlər ki, şərəfinə abidə qoyulan şəxs uyğurlarm tarixində m əşhur olan Kül Bilgənin oğiudur. Çin qaynaqlarına görə, həmin şəxsin adı Moyun çordur. Abidənin 9-10-cu sətirlərində yazılan «Ozmış tigin kan balmıs. Koy yılka yondım ... Ozmış tiginig tutdım. Katunın anta altım - Ozmış tigin xan olmuş. Qoyun ilində (743) qoşunla yürüdüm... Ozmış tigini tutdum. Xatunumu ond aldım» cümlələri də bu abidənin Moyun çorun şərəfinə qoyulduğunu göstərir. Amma burada bir m əsəl qaranhq qalır; Çin qaynaqlarında uyğurlarla göytürklərin arasmdakı müharibənin 744-cü ildə baş verdiyi, Ozmış tiginin 744-cü ildə əsir tutulduğu göstərilir, abidə müəllifi isə bu hadisələrin 743-cü ildə baş verdiyini yazır. Bəzi tədqiqatçılarm fikrincə, abidə 744-759-cu illər arasında qoyulmuşdur. Burada da bir məsələyə diqqət yetirməyi lazım bilirəm. Moyun çor abidəsinin hələ ilk sətirlərində uyğurlarla göytürklər arasında gedən müharibədən, göytürklərin m əğlubiyyətindən, onların xaqam Ozmış tiginin əsir tutulmasmdan danışıhr. Bu hadisələr 744-cı ildə baş vermişdir. Deməli, Moyun çor abidəsi 744-cü ildən əvvəi qoyula bilməzdi. Abidənin dalıa sonralar qoyulduğunu 41, 43, 44-cü sətirlər də təsdiqləyir. Bc!ə ki, 41-ci sətirdə basmıllarm və karluklann məhv edilməsindən və qoyun ilində (755) xaqanm yaylaqda olmasından, 43-cü sətirdə toyuq ilindən (757) və nəhayət, 44-cü sətirdə Selenqa çayı sahilində soğdalılar və tabğaclar (çiniilər) tərəfmdən Baybahk şəhərinin sahnmasmdan (756-757-ci illər) danışılır, Dcməli, Moyun çor abidəsi 757-ci ildən də əvvəl qoyula bilməzdi. Buna görə də abidənin qoyulduğu tarixi xeyli daraldıb dcm ək olar ki, Moyun çor abidəsi 757-759-cu illər arasmda qoyulmuşdur. Moyun çor abidəsinin dili Koşo-Saydam abidələrinin dilindən fərqlənir, lakin fərq o qədr də böyük deyildir. S.Y.M alov Moyun çor abidəsi dilinin fe! sistemi ilə «oğuz» abidələri dilinin fel sistemi arasmda böyük fərq oldu- ğunu söyləyir. Bu mülahizə ilə də razılaşmaq olmaz. S.Y.Malovu heyrətləndirən m əsələlərdən biri də uyğur xaqanma qoyulmuş abidənin uyğur əlifbası ilə deyil, göytürk əlifbası ilə yazılmasıdır. Əslində burada qeyri-adi bir şey yoxdur. Əvvələn, Moyun çor bu abıdəni təkcə uyğurlar üçün qoymamışdj, o, qələbəsini, taxta oturmasını bütün Böyük çölə - bütün türk qəbilələrinə xəbər verrnək istəyirdi. Böyük çöl isə uyğur əlifbası ilə tamş deyüdi, göytürk əlifbasmı isə yaxşı mənimsəmişdi. İkincisi, mənim indı şərti olaraq göytürk əlifbası adlandırdığtm yazj təkcə göytrüklərin deyildi, lıəmin dövrdə bütün türk dünyası bu əlifbadan ıstifadə edirdi. Bunu həmin əlifba ilə yazılmış abidələrin təkcə indiki Monqolustan ərazisində deyil, San dənizdən Macarıstanadək, Şimal Buzlu okeanmdan Tibet yaylasmadək geniş bir ərazidə tapılması da sübut edir. Uçüncüsü, İkinci 1 ürk xaqanhğımn tnövcudluğu illərində türk qəbüə və taylalarm ;n çoxu, o cümlədən uyğurlar da kiçik fasilə- lərlə ya xaqanlığm vassalı olmuş, ya da tamamilə xaqanlığa birləşdirilmişdi. Dcməli, bu qəbüələr arasmda ümumi ədəbi dil də mövcLid imiş. Təbii ki, istər Orxon abidələri, istərsə Moyun çor abidəsi həm in dildə yazılmışdır (doğrudur, bu abidələrin dilində hər bir qəbiləyə məxsus dialckt xüsusiyyətləri, fərdi dil vahidləri toxunulmciz qalmışdır). Dördüncüsü, türk xaqanhgmın -14 tərkibindəki qəbilələrin danışıq dili ilə uyğur qəbilələrinin dili də, görünür, o vaxt bir-birinə çox yaxm imiş. Tədqiqatçılarm bir qisminin (E.Nəcib, Ə.R.Tenişev, A.N.Kononov və b.) haqlı olaraq yazdıqlan kimi, VIII-XVIII yüzilliklərdə əksər türk xaqanlannm yaşadıqları ərazilərdə türki adlanan ümumi ədəbi dil işlənmişdir ki, bu ədəbi dildə ümumi cəhətlərlə yanaşı, hər sahədə (Orta Asiya, Volqaboyu, Cənubi Qafqaz, Kiçik Asiya və s.) yaşayan ayn-ayn qəbilə və xalq dilllərinin xüsusiyyətləri də özünü göstərmişdir. Əvvəllər Orxon abidələrində təsbit olunmuş bu ədəbi dil müəyyən dəyişikliklərlə uyğur abidələrində, sonralar Qaraxanilər dövründə yaranmış qaynaqlarda əks olunmuş. daha sonralar isə hər sahənin özünə- məxsus adəbi dili kimi ərsəyə gəlməyə başlasa da, onlarm hər biri ümumtürk xüsusiyyətlərini də qoruyub saxlamışdır. Həm də Moyun çor abidəsi yazılanda, görünür, hələ göytürk əlifbası geniş işlənirmiş. Dəfn kompleksinin tərkib hissəsi olan daşlarm üzərində yazmaq üçün də bu əlifba çox münasib idi. Bu mənada bu abidənin göytürk əlifbası ilə yazılması da, dilcə Orxon abidə- lorinə yaxm olması da təbiidir.

Terxin abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidəni 1957-ci ildə monqol arxeoloqu T.Dorjuren Terxin çayı vadisində (Xanqay dağlarmm şimal-qərbində) çaym Terxin-Saqan-nor gölünə töküldüyü yerdən 12 km qərbdə, çaydan bir km şimalda və Tarbaqatay (şimali-qərbi Xanqay) dağmm sıldınm yamaclanndan iki km cənubda tapmışdır. Abidə, dcmək olar ki, tamamiiə torpağın altmda olmuş, təkcə təpəsi bir qədər görünmüşlür. Bu abidə bəzən tapüdığı yerin adı ilə Taryat abidəsi də adlanır. Abidənin öyrənilməsi ilə monqol alimləri M .Şinəxu və B.Bazilxan, rus alimi S.Q.Klyaştornı, türk alimi Tələt Təkin və qazax alimi Qubaydulla Aydarov məşğul olmuşlar. M.Şinəxu 1975-ci ildə abidəni nəşr edir, lakin abidənin oxusunda o, monqol dilinin leksika və qrammatikasma isnad etdiyi üçün onun oxusu və tərcüm əsi çox qüsurludur. Abidəni S.Q.KIyaştomı 1980-ci ildə gcniş şərh, transkripsiya və rus dilinə tərcümə ilə nəşr ctmişdir. Paleoqrafık baxımdan Terxin abidəsini göytürk əlifbası ilə yazılm ış erkən qədim uyğur dövrünə aid etmək olar. Tarixcə bu abidə Moqon Şinə Usu (Moyun çor) və Sərvəy abidələri ilə bir dövrə düşür. Terxin abidəsinin xronologiyası üzdədir. M ətnin əsas hissəsi Çin qaynaqlarmda, adətən, Moyan-çjo (Bayan çor) adlandırılan Eletmiş Bilgə xaqanm (747-759) admdan yazılm ışdır. Abidənin müəlüfı Eletmiş Bilgə xaqanm oğlu Bilgə K utluğ tarkan sənündür (14-cü sətir). Abidədə onun başqa adlan da vardır: Bilgə tarkan, Kutluq Bilgə yabğu (12-ci sətir). O, uyğurlarm gələcək xaqanıdır. Çin qaynaqlan onu İdigən M öyün (İgidən Bögü?), Tenri kağan, Tenri Eltutmuş Alp K ülüg İni Bilgə kağan (C.Hamilton bu xaqanm daha tam adlarmı da göstərir) adlandırır. Sərvəy abidəsində o, İni Yağlakar (759- 779) da adlanır. M ətnin bir hissəsini Bilgə tarkan öz adıdan yazmışdır. Terxin abidəsi qəbirüstü yazı deyildir. Burada Eletm iş Bilgə xaqanm (Moyun çorun) hakimiyyətinin ilk illərində baş vermiş hadisələrdən danışıhr. Bu hadisələr xronoloji baxımdan Moqon Şine Usu (Moyun çor) abidəsindən (757-759) əvvəl gəlir. Terxin abidəsinin 753-760-cı illərdə qoyulduğu təxm in cdilir. Terxin abidəsindəki sonuncu xronoloji məlumat «ilan ili» - 753-cü ildir. Deməli, abidə bu ildən azacıq sonra qoyulmuşdur. Abidənin dili göytürk Orxon-Yenisey yazısı abidələrinin dilinə, üslubca xüsusən Moyun çor abidəsinin dilinə çox yaxmdır. Terxin abidosi irihəcmli abidələrdəndir - abidədə 30 sətirlik nisbətən yaxşı qorunmuş mətn vardır.

Çoyra abidəsi[redaktə | mənbəni redaktə et]

Abidə 1928-ci ildə Monqolustan Elmlər Akademiyasmm ekspedisiyası tərəfmdən Qobu səhrasmm lap sərhədində - Sansar Ula dağlarmm cənub yamaclarmda, Ulan-Batordan 180 km cənub-şərqdə bir kurqanda tapılmışdır. 1933-cü ildə S.Y.Malov abidənin əllə çəkilmiş şəklini almış və 1936-cı ildə onu ilk dəfə transkripsiya və rus dilinə tərcümədə nəşr etmişdir. H.N.Orkun həmin nəşrdən istifadə edərək qədim türk mətnini rus dilindən türk dilinə çevirərək nəşr etmişdir («Bir balbal abidəsi»). Lakin sonralar m əlum olmuşdur ki, şəkil keyfıyyətsiz çəkilmişdir. 1971-ci ildə S.Q.Klyaştomı abidəni yenidən nəşr etmişdir. Adətən, göytürk Orxon-Yenisey yazısı abidələrində bir damğa olur, Çyora 46 abidəsində isə beş damğa vardır; damğalardan biri (yuxarıdan üçüncüsü) xaqan damğasıdır, dördüncü və beşinci aşidə qəbiləsinə məxsusdur. S.Q .K lyaştom m m fikrincə, abidənin müəllifı Tonyukukdur, abidə İltəris xaqana həsr edilmiş və onun sağhğmda, 688-691-ci illər arasm da qoyulmuşdur. Abidənin raətni Tonyukukun dilindən yazılmışdır. O, qohumlarma müraciət edib onlan İltəris xaqana sadiq olmağa çağınr.

Tes abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidəni 1915-ci ildə B.Y.Vladimirtsev Monqolustanm şimal-qərbində Tes çayı vadisində tapmış və nəşr etmişdir. İşarələrin qazılması Terxin və Moyun çor abidələrində olduğu kimidir. Abidədəki yazı xeyli aşmmış və bizə 22 yanmçıq salamat qalmış sətir gəlib çatmışdır. S.Q.Klyaştomı belə hesab edir ki, Tes abidəsi uyğur sülaləsinə mənsubdur və VIII əsrin ikinci yarısı - IX əsrin əvvəlində qoyulmuşdur.

Q u r v a l j i n - u l a a b i d ə s i[redaktə | mənbəni redaktə et]

Abidə 1975-ci ildə S.Q.KIyaştomı tərəfm dən Qurvaljin-ula dağ massivində Tarana-kol çaymm şərq sahilində (Bulqan aymakı) Qurvanbulakdan cənubda tapıimış və nəşr edilmişdir.

Xəntəy abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidəni 1895-ci ildə D.A.Klements tapmışdır. Abidə Burqasm-bulak çayı vadisində qayaya yazılmışdır. 1949-cu ildə K.V.Vyatkina abidəni ikinci dəfə kəşf etmiş və I958-ci ildə çəkdiyi şəkil əsasmda nəşr etmişdir. Abidə I978-ci ildə S.Q.Klyaştornı tərəfm dən ycnidən nəşr edilmişdir. 12. Xanqıta-xat abidəsi. Abidə ilk dəfə 1968- ci ildə B.Rinçinin atlasında nəşr cdilmişdir. Abidə Daşançilen somonundan 27 km cənub-qərbdə Xanqıta-xat adh qayanın cənub tərəfındə həkk edilmiş yazıdan ibarətdir. Abidənin VII əsrin sonu VIII əsrin əvvəllərində yazıldığı güman cdilir. Abidə I978-Cİ ildə S.Q.Klyaştomı tərəfm dən nəşr cdilmişdir.

Səvrəy abidəsi[redaktə | mənbəni redaktə et]

Abidə 1948-ci ilin yaymda İ.A.Ycfremov tərəfındən Monqokıstanda Qobu səhrasmm cə- nub qurtaracağmda Səvrəy-somonun 12 km cənub-şərqində tapılmış, Rançen tərəfmdən 1968-ci ildə fotosu nəşr edilmiş, 1969-cu ildə S.Q.Klyaştomı və V.A.Livşis tərəfındən mətn, transkripsiya və rus dilinə tərcümə şəklində nəşr edilmişdir.

İhe-Ashete abidəsi[redaktə | mənbəni redaktə et]

Abidəni K oşo-Saydam gölü ətrafmda N.P.Levin tapmışdır. 1893-cü ildə N .M .Y adrintsev və D.M .Klements onun üzünü çıxanb V.V.Radlova vermişlər. Abidənin ilk nəşrini V.V.Radlov həyata keçirm işdir. Ondan sonra H.N.Orkun və S.Y.M alov da İhe-Ashete abidəsini nəşr etmişdir. Azərbaycan dilində İhe-Ashete abidəsi ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov tərəfm dən nəşr edilmişdir. İhe-Ashete abidəsinin şrifti Koşo-Saydam abidələrinin şriftinə yaxmdır.

Hoytu-Təmir abidələri[redaktə | mənbəni redaktə et]

On kitabədir. Bu abidələr 1893-cü ildə D.A.Klements tərəfmdən tapılmış və üzü köçürühnüşdür. Abidəni D.A.Klementsin yazısı əsasmda ilk dəfə V.V.Radlov oxumuş və nəşr etmişdir. Sonra S.Y.M alov və H.N.Orkun da bu abidələri nəşr etmişlər. S.Y.Malov öz nəşrində Hoytu-Təmir abidələrinin həm çap şəklini, həm də V.V.Radlovun nəşrində D.A.Klements tərəfindən üzü yazıya köçürülmüş variantm surətini verir. H.N.Orkun isə V.V.Radlovun əsərində verilmiş surətləri nəşr edir. Hortu-Təmir abidələri Azərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov tərə- fmdən nəşr edilmişdir. H.N.Orkun Hoytu-Təmir abidələrinin tarduş türklərinə aid olduğunu və VIII yüzillikdə qoyulduğunu söyləyir. Hoytu-Təmir abidələrinin məzmunu o qədər də maraqlı deyildir. Bu abidələrin elm üçün ən böyük əhəmiyyəti bundadır ki, onlar göytürk Orxon-Yenisey əlifbasmmm kursiv variantı ilə yazılmışdır.

Süci abi dəsi,Süci abidəsi[redaktə | mənbəni redaktə et]

Monqolustanm şimahnda Süci məntəqəsinin yanmda Ar-Ashatu dağmda Dolon Huduk ətrafmda Sücin-Davan deyiiən bir təpədə Q.İ.Ramstedt tərəfmdən 1900-cu ildə tapılmışdır. Abidə 1909-cu ildə Q.İ.Ramstedt tərəfindən tərcümə və nəşr edilmişdir. Q.İ.Ramstedtdən sonra Süci abidəsi 1936-cı ildə H.N.Orkun tərəfmdən türk dilində, 1951-ci ildə S.Y.Malov tərəfmdən rus dilində nəşr edilmişdir. S.Q.Klyaştomı bu abidəyə «Suci abidəsinin tariximədəni əhəm iyyəti» (1959) adh məqalə həsr etmişdir. Suci abidəsi Azərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov tərəfmdən nəşr edilmişdir.

Üçüncü Orxon abidəsi[redaktə | mənbəni redaktə et]

Bu abidə Kül tigin və Bilgə xaqan abidələrinin yaxmhğında, Koşo-Saydam gölündən cənubda Kokşin-Orxon çaymm sağ sahilində, Karabalqasun şəhərinin xarabahqlarmm şərqində tapılmışdır. Üçüncü Orxon abidəsi adlandırılan həmin abidəniıı yazısı, demək olar ki, tamamilə aşmmışdır. Abidə uyğurlara aid edilir. Orxon-Yenisey əlifbası ilə yazılmış hissənin (abidədə Çin heroqliflori ilə Çin dilində yazılmış böyük bir mətn də vardır və həm in məto nisbətən yaxşı mühafızə edilmişdir) yalnız üst tərəifhdə beş sətirlik ifadə oxunur, lakin sətirlərin ilk hərfləri oxunmur. V.V.Radlov həmin hərfləri bərpa edib yazını oxumuşdur. Əsas mətndə tək-tük sözlər oxuna bilir. Bu sözlər isə yazmm mətni haqqmda hcç bir təsəvvür yaratmır. Üçüncü Orxon abidəsi Azərbaycan dilində ilk dəfə 1993- cü ildə Ə.Ə.Rəcəbov tərəfmdən nəşr cdilmişdir. IS.Ulan-Batorkirəmid abidəsi. 1934-cü ildə Monqolustan Rcspublikasmda işləyən D.D.Bukiniç adh bir nəfər Ulan-Batorun 50 kilomctrliyində bir rnaldardan kirəmid parçasmı ahb rus dilçisi A.N.Samoyloviçə göndərir. A.N.Samoyloviç həmin kirəmid parçası üzərində göytürk əflibası ilə yazılmış və çox hissəsi pozulmuş (daha doğrusu qırtlmış) mətni oxuyub nəşr edir. Bu, IJlan-Bator kirəmid abidəsi adlanır. Ulan-Bator kirəmid abidəsi A/.ərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov tərəfmdən nəşr cdilmişdir. 19. G ü r b e 1 ç i n a b i d ə s i. Monqolustan Respublikasmda işləyən Yamçarano 1929-cu ildə Munke-Oçir adh bir monqolun Hüqunu-xan dağlarmda Gürbelçin məntəqəsinin yanmda tapdığı abidənin surətini rus dilçisi A.N.Samoyloviçə göndərir. Abidə 1935-ci ildə A.N.Samoyloviç tərəfindən nəşr edilmişdir. Abidə üç sətir - üç cümlədən ibarətdir. Qəribə də olsa, cümlələrin üçü də eynidir: Teljıi kulı hitidim. «Tann qulu yazdım». Cümlələrin birincisi kiçik hərflərlə, sonra gələn ikisi böyük hərflərlə yazılmışdır. Gürbelçin abidəsi Azərbaycan dilində ilk dəfə 1993-cü ildə Ə.Ə.Rəcəbov tərəfindən nəşr edilmişdir.

Yenisey abidələri[redaktə | mənbəni redaktə et]

Bu abidələrin böyük əksəriyyəti Yeniscy çayı hövzəsində - Ycniscy çayınm yuxarı axannda - Tuva və Xakas respublikalarında, Krasnoyar diyarmm Minusinsk rayonunda tapıldığı üçün bunlara Yenisey abidələri deyilir. Bu abidələrin sayı artıq 120-ə çatır. Göytürk Orxon-Yenisey yazısı abidəlorinin araşdırılması tarixi Yenisey abidələrinin öyrənilməsindən başlanır. Tədqiqatçılann böyük əksəriyyəti bu fıkirdədir ki, Yenisey abidələri Orxon abidələrinə nisbətən daha qədimdir. Yenisey abidələrinin heç birində onlarm qoyulması (yazılması) tarixinə kiçikcik bir işarə belə yoxdur. Yenisey abidələri dil baxımmdan Orxon abidələrinə nisbətən daha bəsitdir. Mən bir az qaba yazıimış Yenisey abidəlri ilə müqayisədə Orxon abidələrindəki hərflərin daha mükəmməl, daha qaydah ohnasmı Yenisey abidələrinin daha qədim olmasma şahid çəkmək istəməzdim. Çünki Orxon abidələrinin yazıhşmda dövlət siyasətinin, dövlətin maddi və mənəvi qüdrətinin əks-sədası durur. Ycnisey abidələrinin sahibləri və müəUifləri isə nə qədər varh olsalar da, hər halda imkanlan xaqana, onun yüksək rütbəh əyanlarma nisbətən az idi. Yenisey çaymm yuxan axannda m üxtəhf vaxtlarda tapılmış və Minusinsk və Kızıl şəhərlərindəki muzeylərdə saxlanan Yenisey abidələri arasmda cilalanmış mərmər üzərində yazılmış kitabə yoxdur; Yenisey abidələrinin hamısı üzərində işlənilməmiş, çöldə təsadüfən tapıhb üzərində yazı yazılmış daşlar təsiri bağışlayır. Buna görə də Yenisey abidələrinin qədimliyini sübut etmək üçün, əsasən, bu abidələrm diunin bəsilliyini sübut kimi göstərmək lazımdır. Göytürk yazısı abidələrinin ilk tədqiqatçılarmdan olan V.V.Radlov Yeniscy abidələrinin VII yüzilliyin sonu - VIII yüzilliyin əvvəllərində yazıldığmı göstərirdi. P.M.Melioranski Orxon abidələrindəki yazıya nisbətən Yenisey abidələrindəki yazmm qrafik baxmadan daha köhnə, bəsit olmasmı nəzərə ahb Yenisey abidələrinin Orxon abidələrindən əvvəl - VI - VIII yüzilliklərdə yazıldığını söyləyir. S.Y.Malov abidələrin qoyulma tarixini bir qədər də dərinə - V-VI yüzilliklərə apanr. Mən də əsərlərimdən birində «oIa bilsin ki, Yenisey abidələrinin tarixi hətta IV-V yüzilliklərə gedib çıxır», - deyə yazmışam. Lakin son zamanlar bəzi tədqiqatçılar Yenisey abidələrinin Orxon abidələrindən əvvəl yazılması fıkrinə qarşı çıxırlar. Arxeoloq L.R.Kızlasov Yeniscy abidələrindəki dalğa işarələrini tipoloji baxımdan təhlil edərək Yenisey yazısı abidələrinin əsas hissəsinin IX əsrin ikinci yarısmda və X yüzillikdə qoyulduğunu söyləyır və qeyd edir ki, bu abidələri qədim xakas əyanlan yazdırmışlar. İ.V.Kormuşin də, təxminən, eyni nəticəyə gəlir. O, göytürk paleoqrafiyasım təhlil edərək yazır ki, «istinasız olaraq Yenisey abidələrinin hamısı IX yüzilliyin birinci qərinəsindən, yaxud hətta birinci yansmdan sonra yazılmışdır».' İ.A.Batmanov Yenisey abidələrinin Orxon abidələrindən sonra yazısmasınm əleyhinə çıxır. İ.A.Batmanov haqh olaraq yazır ki, Yenisey abidələrinin heç biri arxeoloji qazmtı aparılan kurqanlarm üstündə tapılmamışdır, bütün Yenisey abidələri kurqanlarm yanında tapılmışdır və yazıh daşın altmda heç bir qəbir olmamışdır. Yazıh daşm altmda qəbir tapılarsa, qəbirdəki əşyalann tarixi müəyyənləşdirilərsə, onda Yenisey abidələrinin dəqiq yazılma tarixindən danışmaq olar. İ.A.Batmanov L.R.KızIasovun Yenisey abidələrini qədim xakas əyanlarma aid ctməsinin də əleyhinə çıxır və göstərir ki, yazıh daşın altmda qəbir tapılmaymca və onun əşyalarının milli mənsubiyyəti aydmlaşdırılmayınca Ycnisey abidələrinin milli mənsubiyyətindən danışmaq tezdir. Göytürk yasızı palcoqrafiyasma xüsusi əsər (doktorluq dissertasiyası) həsr ctmiş qazax alimi A.S.AmanjoIov da Yenisey abidələrinin Orxon abidələrindən sonra yazılması fıkrinin əleyhinə çıxıb yazır ki, «Ycniscy və Talas türk run yazısınm Orxon yazısından sonra təzahür etməsi haqqmdakı fıkir kifayət qədər əsaslandırılmış d e y ild ir » .2 Məş- hur türkoioq A.N.Kononov Yenisey abidələrinin XI X yüzilliklərə aid edilməsinin tərəfdarıdır. O yazır; «Biz bclə güman irik ki, Ycnisey hövzəsində tapılmış kifayət qədər çoxlu epitafıyalara əsasən türk Yenisey abidələrinin IX-X yüzilliklərdə yazıldığmı qəbul etmək lazımdır; tarixi nöqteyi-nəzordən, ən böyük ehtimal, onlar (əsas kütləsində) IX yüzilliyə aiddir», ’

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]