Orta qulaq

Orta qulaq
Latınca auris media
Qrey subyekt 230 1037
Sistem Duyğu-hissiyyat
Üzv Müvazinət-eşitmə
Sinir Dil-udlaq
MeSH Middle+ear
Dorlands/Elsevier Middle ear

Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır.

Divarları[redaktə | mənbəni redaktə et]

  1. Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsigicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir.
  2. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəyində bir hündürlük - lat. promontorium vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi - lat. fenestra cochleae (fenistra rotunda-BNA) yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi - lat. membrana tympani secundaria deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) - lat. fenestra vestibuli (fenestra ovalis-BNA) yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindən üzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dala üz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük - lat. prominentia canalis fascialis yerləşmişdir.
  3. Dal məməyəbənzər divar - lat. paries mastoideus gicgah sümüyünün məməyəbənzər çıxıntısına doğru baxır. Uzərində mağara girəcəyi - lat. aditus ad atrium və bir qədər aşağıda hündürlük - lat. eminentia pyramidalis yerləşmişdir.
  4. Təbil boşluğunun ön divarını - lat. paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - lat. ostium tympanicum tubae auditivae açılır.
  5. Yuxarı divarı (təbil boşluğu damı) - lat. paries tegmentalis çox nazik olub təbil boşluğunu kəllə boşluğundan ayırır və gicgah sümüyünün daşlıq hissəsinin lat. tegmen tympani deyilən nahiyəsinə müvafiqdir.
  6. Aşağı vidaci divarı (təbil boşluğunun dibi) - lat. paries jugularis kəllə əsasında, vidaci çuxura bağır.

Qulaq sümükcükləri[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Çəkic sümükcüyü
border=none Əsas məqalə: Zindan sümükcüyu
border=none Əsas məqalə: Üzəngi sümükcüyü

Orta qulaq əzələləri[redaktə | mənbəni redaktə et]

Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunundal divarında yerləşir.

border=none Əsas məqalə: Üzəngi əzələsi

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,  (az.)