Xüsusi Təyinatlı Polis Dəstəsi (Azərbaycan)

OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) və yaxud Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatura: XTPD) — 1992-1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi.[1]

1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Polis Dəstəsi (OПOН) yarandı. “OПOН” kimi məşhurlaşan Xüsusi Təyinatlı Polis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların dayağı olub. 1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunan “OПOН"-çular ermənilərin də qorxduğu əsas qüvvə olub 1995-ci ilə qədər “. "OПOН" İlk dəfə cəmi 60 nəfərdən ibarət batalyonda sonralar 3000 nəfər olub. Bundan sonra Rövşən Cavadov polkovnik hərbi rütbəsi alıb və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD (xüsusi təyinatlı polis dəstəsi) adlandırılıb. Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub. 1991-ci ildə döyüş meydanında göstərdikləri rəşadətə görə bir sıra XTPD-çi milli qəhrəman adına layiq görülüb.

Əməliyyatlar[redaktə | əsas redaktə]

XTMD-nin ilk rəsmi hərbi əməliyyatı 1990-cı ilin noyabr ayında Xocalı aeroportunun nəzarətə götürülməsi oldu.Axşamdan başlayaraq, səhərə yaxın bir güllə belə atılmadan uğurla başa çatdı və nəticədə Dağlıq Qarabağdan yeganə çıxış nöqtəsi olan bu obyekt 1 ildən çox Azərbaycan OMON-nun nəzarətində qaidı.

Azərbaycan OMON-u 1991-ci ilin May-Avqust aylarında Çaykənd (Koltso) əməliyyatını həyata keçirmişdir.

Bu dəstənin iştirakıyla Azərbaycanın bir çox rayonlarında (Qazax, Tovuz, Gədəbəy,Ağdam, Ağdərə, Füzuli, Şuşa, Laçın, Xocavənd, Xankəndi, Goranboy, Goygöl və s.) 23 kənd azad edilmişdir.

Erməni separatçıları tərk-silah olunmuş,ələ keçirilən terroristlər həbs edilmiş, mülkü ermənilər isə Ermənistana deportasiya edilmişdir. Bu Qarabağ savaşında Azərbaycanın ilk hərbi uğurları idi. Çaykənd əməliyyatından sonra, yəni 1991-ci ilin aprel-may aylarından etibarən OMON Qarabağ savaşında aktiv iştirak etmiş, mühüm hərbi əməliyyatlarda xalqımıza qələbələr bəxş etmişdir!

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]