Nodari Çitanava

Nodari Çitanava
gürc. ნოდარ ჭითანავა
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1935(1935-03-10) (89 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi, iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Nodari Amrosiyeviç Çitanava (gürc. ნოდარ ჭითანავა; 10 mart 1935, Zuqdidi) — sovet və gürcü dövlət və partiya xadimi. 1989 — 1990-cı illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 1963-cü ildə Gürcüstan Politexnik İnstitutunu, 1968-cı ildə isə Sov. İkp MK yanında Ali partiya məktəbini bitirmişdi.

1974-1979-cu illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı Naziri idi. 1979-1985-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1985-1989-cu illərdə isə Gürcüstan Kommunist Partiyasının MK-nin katibi olmuşdur. 1989-cu il aprelin 14-dən 1990-cı il noyabrın 15-inə kimi  Gürcüstan SSR Nazirlər Sovetinin sədri idi. 10 və 11-ci SSRİ Ali Sovetinin üzvü olmuşdur.

Onun iqtisad elmləri doktoru və professor dərəcələri var. Gürcüstanın İqtisadiyyat Nazirliyi yanında iqtisadi və sosial problemlərini araşdıran elmi tədqiqat institutunun direktoru olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]