Neretva çayı

Neretva
xorv. Neretva
Ölkələr
Mənsəbi Aralıq dənizi
Uzunluğu 225 km
Su sərfi 378 m³/san
Su hövzəsi Aralıq dənizi
Hövzəsinin sahəsi 5581 km²
Neretva çayı (Bosniya və Herseqovina)
mənbəyi
mənsəbi
Neretva Bosniya və Herseqovinaın fiziki xəritəsində
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neretva çayı (xorv. Una) — XorvatiyaBosniya və Herseqovina ərazisindən axan çay. Uzunluğu 225 km, orta su sərfiyyatı 378 m³/s-dir. 225 km məsafənin 203 km Bosniya və Herseqovinada yerdə qalan 22 kilometri isə Xorvatiya ərazisində yerləşir. Mənsəbi Dubrovnik-Neretva yaxınlığında yerləşir. Çay Neretva kanalına axır (Aralıq dənizi). Aralıq dənizi hövzəsinə aiddir.

Sahillərində yerləşən iri şəhərlər: Konis (Konjic), Yablanis (Jablanica), Mostar (Mostar), Çaplina (Čapljina) Bosniya və Herseqovina; Metkoviç (Metković) və Ploçe (Ploče) Xorvatiya.

İri qolları — sağ: Rakitnisa çayı (Rakitnica), Rama çayı (Rama), Trebijat (Trebižat); sol — Buna çayı (Buna) və Breqava çayı (Bregava). Neretva çayına həmdə Trebişnis çayının qollarından biri tökülür.

Çay öz başlanğıcını Herseqovina dağlarından Monteneqro sərhədi yaxınlığından götürür. Yuxarı axarlarda çayın suyu olduqca soyuqdur. Burada ensiz dərin yataqla axır. Burada dərin dərələr əmələ gətirir. Orta axarlarda dərənin eni artır dərinlik isə azalır. Yablanisa şəhərindən şimalda çayın üzərində su anbarı təşkil edilmişdir. Su anbarının önündə qurulan bənddən elektrik əldə edilir. Yablanisa — Mostar istiqamətində çoxlu sayda su elektrik stansiyası yerləşir.

Aşağı axarlarda artıq o Xorvatiya ərazisindən axır. Burada delta əmələ gətirir. Burada çoxlu qollara bölünərək Aralıq dənizinə axır. Deltasında kənd tərərrüfatı üçün əlverişli əkin yerlərinə sahibdir.

Mostar Bosniya və Herseqovina ərazisində sahəsinə görə beşinci ən böyük şəhərdir. Şəhər öz adını Neretva çayı üzərində olan "Mostar körpüsünün" adından götürmüşdür. Şəhərin bu rəmzi 1993-cü ildə bosniya xorvatları və müsəlmanlar arasında olan döyüşlər zamanı dağıdılmışdır. Körpü yenidən bərpa edilmişdir. Onun təntənəli açılışı 23 iyul 2004-cü ildə baş tutmuşdur.

1943-cü ildə Neretva çsyı sahilində böyük döyüş baş vermişdir. Bu hadisə əsasında Neretva döyüşü çəkilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]