Nepalın dövlət quruluşu

Nepal
Federativ Demokratik Nepal Respublikası
Bayraq
Bayraq
Ana və Vətən göy krallığdan vacib
Paytaxt Katmandu
İdarəetmə forması respublika
Prezident Bidhya Devi Bhandari
Baş Nazir Khadga Prasad Oli
Sahəsi Dünyada 94-cü
 • Ümumi 140800 km²
 • Su sahəsi (%) 2,8
Əhalisi
 • Əhali 29 331 000 nəfər (40-cı)
 • Sıxlıq 199 nəf./km²

Nepalın dövlət quruluşu2007-cı ildə qəbul edilmiş müvəqqəti (keçid) Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Nepal parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır (28 may 2008-ci il tarixinə qədər ölkədə konstitusiyalı monarxiya quruluşu mövcud olmuşdur). Milli bayram günü olan respublika günü (2008) 28 may tarixində qeyd olunur. 14 yanvar 2007-ci ildə Nepalın müvəqqəti (keçid) Konstitusiyası qəbul edilmişdir [1].

İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

Nepal 5 region üzrə (Şərqi region, Mərkəzi region, Qərbi region, Mərkəzi Qərb və Uzaq Qərb regionları) qruplaşmış 14 zonaya (Baqmati, Bxeri, Kosi, Lumbini, Maxakali, Meçi, Saqarmatxa, Rapti, Setxi, Dxaulaqiri, Canakpur, Qandaki, Narayani və Karnali ançollarına) və 75 rayona (pançayat) bölünür.

Nepalın inzibati ərazi bölgüsü

Dövlət başçısı[redaktə | mənbəni redaktə et]

Prezident Parlament tərəfindən siyasi konsensus əsasında Yeni Konstitusiyanın qəbul olunacağı müddətədək seçilir [2].

Milli birliyin rəmzi və ərazi bütövlüyünün təminatçısı olan dövlət başçısının əsas vəzifəsi ölkə Konstitusiyasını qorumaq və ona dəstək olmaqdır.

Mövcud Konstitusiyaya əsasən, vitse-prezident siyasi fəaliyyəti dövründə, ölkənin idarə edilməsində dövlət başçısına köməklik göstərir, zərurət yarandıqda onu bu postda əvəz edir [3].

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Nepal Federativ Respublikasının ali qanunverici orqanı 4 il müddətinə fəaliyyət göstərən bir palatadan – 240 üzvü ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu birmandatlı dairələrdən, 335 üzvü proporsional nümayəndəlik sistemi əsasında partiya siyahıları üzrə seçilən, digər 26 mandat isə təyin edilən deputatlar üçün nəzərdə tutulan 601 yerlik Müəssislər Məclisindən (Parlament) ibarətdir.

Yaşı 25-ə çatmış və Nepal Cinayət Kodeksinin mənəvi əxlaqsızlıq maddəsi ilə məhkum edilməmiş istənilən ölkə vətəndaşı Parlament seçkilərində namizədliyini irəli sürə bilər.

Parlamentdə qanun layihələri qəbul edildikdən sonra imzalanması üçün dövlət başçısına göndərilir. Dövlət başçısı qanun layihəsini imzalamaq və ya onu geri qaytarmaq səlahiyyətinə malikdir. Lakin ölkədə ali qanunverici orqanın nüfuzu yüksək və səlahiyyətləri geniş olduğundan bu prosedur, bir qayda olaraq formal xarakter daşıyır.

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Siyasi konsensus əsasında fəaliyyət göstərən Nazirlər Şurası və ona rəhbərlik edən Baş nazir ölkədə icra hakimiyyətini həyata keçirir. Baş nazir müvafiq siyasi partiyanın təqdimatı ilə Müəssislər Məclisinin üzvləri arasından hökumət üzvlərini - nazirləri təyin edir.

Öz fəaliyyətlərinə görə Baş nazir və digər nazirlər Müəssislər Məclisinin qarşısında kollektiv məsuliyyət, nazirlər isə Baş nazirParlament qarşısında fərdi məsuliyyət daşıyırlar.

Məhkəmə hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Əsas funksiyaları ilə yanaşı, ölkədə Konstitusiya nəzarəti orqanının səlahiyyətlərini də yerinə yetirən və ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, habelə Apelyasiya, rayon və ixtisaslaşmış hərbi məhkəmələr Nepalda məhkəmə hakimiyyətini həyata keçirirlər [4].

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "CA dissolved; PM proposes fresh election for Nov 22". eKantipur. 28 May 2012. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 January 2014.
  2. "Бидхиа Бхандари стала первой в истории Непала женщиной-президентом". 2015-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  3. "Конституция Непала" (PDF). 2009-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-23.
  4. "Переходная конституция Непала, ст.101". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.