Naziyyə Şəmsəddinskaya

Naziyyə Şəmsəddinskaya
Naziyyə Musa qızı Şəmsəddinskaya
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Mükafatları "Şöhrət" ordeni

Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı26 avqust 2020, Bakı) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir[2].

Mükafatları[redaktə | mənbəni redaktə et]

20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Naziya Şəmsəddinskaya vəfat edib" (az.). 28 Avqust 2020. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  2. (az.). gender-az.org https://www.gender-az.org/index_az.shtml?id_main=19&id_sub=76&id_sub_sub=126 (#bare_url_missing_title). 2011-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  3. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2017-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.