Nazim Hacıbəyov

Wikipedia open wikipedia design.

Nazim Hacıbəyov
Nazim Hacıbəyov.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1928(1928-02-08)
Doğum yeri
Vəfat tarixi 23 mart 2020(2020-03-23)[1] (92 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Anası Cahan Talışinskaya
İşləri və nailiyyətləri
Əsas tikililəri Gülüstan sarayı
Mükafatları "Azərbaycan SSR əməkdar memarı" fəxri adı — 1979 Azərbaycan SSR dövlət mükafatı — 1982
"Şöhrət" ordeni (Azərbaycan) — 2000

Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928(1928-02-08), Bakı23 mart 2020(2020-03-23)[1], Bakı) — Azərbaycan SSR əməkdar memarı (1979), Azərbaycan SSR dövlət mükafatı laureatı (1982).

Həyatı[redaktə | əsas redaktə]

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950-1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.[2]

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970-1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.[2]

1979-cu ildə Azərbaycanın əməkdar memarı adına layiq görülmüşdür. 1982-ci ildə "Gülüstan" sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatı[3], 2000-ci ildə Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.[3]

2020-ci il martın 23-də vəfat edib.[4]

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1 2 https://vesti.az/kultura/skonchalsya-zasluzhennyj-arkhitektor-azerbajdzhana-nazim-gadzhibekov-399649
  2. 1 2 АСЕ, 1987
  3. 1 2 Nazim Hacıbəyovun 90 illiyi
  4. ""Gülüstan" sarayının memarı vəfat etdi". oxu.az. İstifadə tarixi: 23 mart 2020.

Mənbə[redaktə | əsas redaktə]

  • "Nazim Məmməd oğlu Hacıbəyov". Азәрбајҹан Совет Енсиклопедијасы[10 ҹилддə]. X ҹилд: Фрост – Шүштəр. Б.: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ.Б.Гулијев. 1987. сəh. 147. (#invisible_char)


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

  • Oriflame Üyelik
  • Destek