Naxçıvan Dövlət Texniki Kolleci

Naxçıvan Dövlət Texniki Kolleci
Tip orta-ixtisas təhsili müəssisəsi
Şəhər Naxçıvan
Ünvan Naxçıvan şəhəri

Naxçıvan Dövlət Texniki KolleciAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.[1]

30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş,[2] həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.[3]

2023-cü ilin avqutsun 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.[4]

Kontingent[redaktə | mənbəni redaktə et]

Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016–2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunub.[5]

Tədris kompleksi[redaktə | mənbəni redaktə et]

10 oktyabr 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksinin istifadəyə verilməsi ilə bağlı açılış mərasimi olmuşdur.[5] Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edərək, Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik etmişdir.[5]

Kollecin binası 5 mərtəbədən ibarətdir.[5] Binada 14-ü elektron lövhəli olmaqla 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabineti, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.[5]

İnformasiya texnologiyaları[redaktə | mənbəni redaktə et]

Təhsil ocağının informasiya texnologiyaları ilə təminatı diqqətdə saxlanılıb; burada 66 kompüter quraşdırılıb və internetə qoşulub.[5]

Kitabxanası[redaktə | mənbəni redaktə et]

Kitabxanada 2850 dərslik və 1175 bədii ədəbiyyat olmaqla, 4025 kitab müəllim və tələbələrin istifadəsinə verilib.[5]

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[6]

  • Mühasibat uçotu;
  • Bank işi;
  • Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə);
  • Yol hərəkətinin təşkili;
  • Baytarlıq.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı. Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine  (az.)
  2. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  3. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2012-ci il tarixli, 90 nömrəli Qərarı. Arxivləşdirilib 2020-02-11 at the Wayback Machine  (az.)
  4. "Naxçıvanda iki kollec NDU-nun nəzdinə verilib". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 5,6 Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksi istifadəyə verilib Arxivləşdirilib 2017-02-13 at the Wayback Machine. muallim.edu.az, 15.10.2016  (az.)
  6. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. [ölü keçid]  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]