Naxçıvan Dövlət Kukla Teatrı

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı
Ümumi məlumatlar
Teatrın tipi Kukla teatrı
Əsası qoyulub 14 sentyabr 1989
Heyət
Direktor Şirzad Abutalıbov (Xalq artisti)
Bədii rəhbər Şirzad Abutalıbov (Xalq artisti)
Yerləşməsi
Ünvan Naxçıvan, Heydər Əliyev prospekti, 3

Naxçıvan Dövlət Kukla Teatrı — 1989-cu ildə Naxçıvanda uşaqlar üçün yaradılmış teatr.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli 383 saylı qərarı ilə yaradılmışdır. Teatr Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. Onlara ayrılan salon teatr üçün yenidən qurulub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, Tacikistanİrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. 2004-cü il mart ayının 11-dən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə,,İran İslam Respublikası,Tacikistan Respublikalarında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir.

Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti[redaktə | mənbəni redaktə et]

Bədii rəhbər direktor -Şirzad Abutalıbov Əsəd oğlu(1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,2005-2008-ci illərdə Prezident mükafatı,2008-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adlarına layiq görülmüşdür.)

  • Quruluşçu Rejissor- Nadir Hüseynov Məmməd oğlu.
  • Bədii Quruluş hissə müdiri- Fazil Bayramov Sabir oğlu.
  • Musiqi hissə müdiri- Əli Məmmədov Kamil oğlu.
  • Baş Rəssam - Rafael Qədimov Sabir oğlu.
  • Ədəbi hissə müdiri- Durna Təhməzova Tofiq qızı.
  • Pedaqoq - Fikrət Əliyev Səfər oğlu.
  • Ulduz Süleymanova İbrahim qızı (Rejissor Assisenti).

Aktyorlar

  • Vəsmə Quliyeva Fətullaf qızı- (2009-cu il Azərbaycan Respublikasının Prezident mükafatçısı)
  • Süleyman Süleymanov İman oğlu-(2013-cü il Tərəqqi medalı, 2017-ci il Azərbaycan Respublikasının Prezident mükafatçısı)
  • İlham Babayev Hüseyn oğlu-(2016-cı il Azərbaycan Respublikasının Prezident mükafatçısı)
  • İlqar Babayev Hüseyn oğlu.
  • İbad Nəbiyev Fərrux oğlu.
  • Arzu Səfərov Fazil oğlu.
  • Əfqanə Ələsgərova Elşad qızı.
  • Ləman Əhmədova Vəli qızı.

Tel.: +994(36) 545-34-23