Natavan Hacıyeva

Wikipedia open wikipedia design.

Natavan Hacıyeva
Natavan Əsgər qızı Hacıyeva
Fotoqrafiya
Doğum tarixi 1942(1942)
Doğum yeri Bakı
Vəfat tarixi 1 may 2019(2019-05-01)
Vəfat yeri Bakı
Atası Əsgər Hacıyev
Anası Şölə Hacıyeva
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Pedaqoji Universiteti
Tanınır diktor, televiziya aparıcısı
Mükafatları Əməkdar artist
Qızıl qələm

Natavan Hacıyeva — Azərbaycan diktoru, televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü[1].

Bioqrafiyası[redaktə | əsas redaktə]

Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. “Axırıncı aşırım” filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Məktəbi qızıl medalla bitirmişdir[1].  

" Əslində mən ərəb dili üzrə mütəxəssis olmaq istəyirdim. Amma qismət ayrıymış. Həmin il Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi yaradıldı, avropa dilləri üzrə isə ayrıca institut yaradıldı. Rus dili, ədəbiyyat isə Pedoqoji İnstitutda qaldı. Fikirləşdim, sənədlərimi götürüb verim universitetə, ya yox? İmtahana bir həftə qalmışdı. Fikrimi dəyişdim. "

Pedaqoji Universitetinə qəbul olundu[1].

1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun “Aygün” filmində epizodik rolda çəkildi. Xurşidbanu Natəvanın heykəlinin açılışında öz yazdığı şeiri oxudu.

" Özü də həmişə deyirəm ki, mən gözəl qız olmamışam. Qarayanız, sadə qız idim. Kosmetika çəkmirdim. Buna baxmayaraq diktor seçildim. "

170 nəfər arasında təkcə o qəbul olundu. Beləliklə, 1960-cı il avqustun 22-də ilk dəfə efirə çıxdı. Həmin vaxt ilk peşəkar diktor ştatı onun üçün açılmışdı[1].

"Dünya” Ana və Uşaq İctimai BirliyininDünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyevanın təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2010-ci il sentyabr ayının 27-də Gənc Tamaşaçılar Teatrında yaradıcılığının 50 illiiyi ilə yubiley gecəsi keçirilib[2].

Mükafatları[redaktə | əsas redaktə]

2010-cu ilin avqustun 25-də KİV Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatına layiq görüldü.

Ailəsi[redaktə | əsas redaktə]

1 qızı, 2 nəvəsi var idi[1].

Vəfatı[redaktə | əsas redaktə]

Xərçəngdən əziyyət çəkən aparıcı 1 may 2019-cu ildə Bakıda vəfat etmişdir[3].

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek