Natalia Ginzburq

Natalia Ginzburq
Natalia Ginzburg née Levi
Doğum tarixi
Doğum yeri Palermo
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Roma
Dəfn yeri
Vətəndaşlığı İtaliya
Həyat yoldaşları Leon Giznburq,Gabriel Baldini
Atası Giuseppe Levi
Anası Lidia Tanzi
Milliyyəti İtalyan
Təhsili
  • Turin Universiteti[d]
Fəaliyyəti yazıçı, siyasətçi, dramaturq
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Natalia Ginzburq — öz yaradıcılığında ailə münasibətləri, faşizm və İkinci dünya müharibəsi dövründə və bundan sonrakı dövrdə siyasi haidsələri və fəlsəfəni tədqiq edən italyan yazarı. O, roman, qısa hekayə və esseler yazmış və Strega Mükafatı və Bagutta Mükafatıma layiq görülmüşdür. Onun əsərlərinin əksəriyyəti igilis dilinə tərcümə olunaraq Böyük BritaniyaAmerika Birləşmiş Ştatlarında çap olunmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

1916-cı ildə Sicilyada Palermo şəhərində dünyay gəlib, gəncliyinin böyük bir hissəsini ailəsi ilə birgə Turində keçirib. Histoloq olan atası Giuseppe Levi Yahudi əsilli italyan ailəsində doğulub, anası Lidia Tanzi isə katolik idi. Onun valideynləri Natalianı, bacısı Paolanı və üç qardaşını ateist kimi tərbiyə edib böyütmüşlər. onların evi mədəni həyat mərkəzi idi, valideynləri intellectual, fəal və industrial şəxsləri evlərinə qonaq edərdilər. Ginzburq ilk hekayəsini 17 yaşı olanda yazıb. Evlilik və ailəsi 1938-ci ildə Natalia Leon Giznburqla ailə qurur və onların bu nigahdan üç övladı dünyaya gəlir. Karlo, Andrea və Alessandra. Natalia Gizinburq demək olar ki, İkinci dünya müharibəsinin zərərlərindən nisbətən kənarda olub. Belə ki, həyat yoldaşının anti-faşist fəaliyyətlərinə görə sürgün edirlər və Natalia 1991-1943-cü illəri uşaqları ilə birgə yoxsul bir kənddə yaşayır. Faşizmə qarşı çıxdıqları üçün həyat yoldaşı ilə birgə gizli Romaya gedirlər və anti-faşist istiqamətli qəzetdə redaktor kimi çalışırlar. Daha sonra həyat yoldaşı həbs olunur və 1944-cü ildə vəfat edir. 1950-ci ildə Natalia ingilis ədəbiyyatı üzrə alim olan Gabriel Baldini ilə evlənir və Romada yaşayır.

Karyerası[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • La strada che va in città (1942)
  • È stato così (1947; Quru ürək 1949)
  • Tutti i nostri ieri (1952; Axmaqlar üçün işıq 1956 and All our yesterdays)
  • Valentino (1957)
  • Sagittario (1957)
  • Le voci della sera (1961; Axşamçağında səslər 1963)
  • Le piccole virtù (1962);Kiçik lütfkarlıqlar 1985)
  • Lessico famigliare (1963; Ailə məsəlləri 1967)
  • Mai devi domandarmi (1970; Sən heç vaxt məndən soruşmamalısan 1973)
  • Caro Michele (1973)
  • Vita immaginaria (1974)
  • La famiglia Manzoni (1983)
  • La città e la casa (1984; Şəhər və ev 1987)

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Natalia Gizinburq İtaliya Kommunist Partiyasının üzvü olmuş və 1983-cü ildə İtaliya Parlamentinə müstəqil üzv kimi seçilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Find a Grave (ing.). 1996.