Natali Portman

Natali Portman
ivr.נטלי פורטמן‏‎
ing. Natalie Portman
Doğum adı נטע-לי הרשלג
Natalie Herschlag[3]
Doğum tarixi 9 iyun 1981(1981-06-09)[1][2][…] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktrisası, film prodüseri, kinorejissor, ssenarist, teatr aktrisası, televiziya aktrisası, aktrisa
Fəaliyyət illəri 1993-cü ildən
Təhsili
Boyu 165 sm
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Golden Globe Award for Best Supporting Actress – Motion Picture Golden Globe Award for Best Actress – Motion Picture Drama "Qızıl qlobus" mükafatı "Saturn" mükafatı
IMDb ID0000204
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Natali Portman (ivr.נטלי פורטמן‏‎; 9 iyun 1981[1][2][…], Qüds[4]) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da[5] Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi RusiyaAvstriyadan, ata tərəfi isə RumıniyaPolşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivritingilis dillərindən başqa, fransız, alman, yaponərəb dillərini öyrənir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Aktrisa "Leon" (1994) və "Yaxınlıq" (2004) filmlərindən sonra məşhurlaşıb. 2009-cu ildə çəkilməsi nəzərdə tutulan "Qardaşlar" hərbi dramında Ceyk Cillenhal, Tobi Maquayr və Natali baş rolları ifa edəcəklər. Uşaqlıqdan vegetarian olan Portman heyvanların və ətraf mühitin hüquqlarını qoruyur. O, ət məhsulları ilə qidalanmır, xəz, lələk və dəridən olan geyimlərdən istifadə etmir. 2007-ci ildə Natali süni materiallardan hazırlanan ayaqqabı istehsalına başlayaraq öz biznesini qurur. Portmanın aktyorlar Qael Qarsiya Bernal və Ceyk Cillenhalla romantik münasibəti olub. Natalinin multimilyarderlər Net Rotşildlə görüşdüyü ehtimal edilir. Aktrisa "Carmensita" klipinə çəkiləndən sonra, Venesuelanın folklor-müğənnisi Devendra Banhart ilə görüşməyə başlayıb.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Leon (film, 1994) / Léon
  2. Soyuq dağ (film, 2003) / Cold Mountain
  3. Bağ ştatı (film, 2004) / Garden State
  4. V — Vendetta deməkdir (film, 2006) / V for Vendetta
  5. Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
  6. Qara qu quşu(film, 2010)/ Black Swan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Natalie Portman // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Natalie Portman // filmportal.de. 2005.
  3. Murtagh J. This Nomadic Eccentric Was the Most Prolific Mathematician in History (ing.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #123844509 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]