Növrəs İman
Növrəs İman | |
---|---|
İman Məşədi Saleh oğlu | |
Təxəllüsü | Novrəs |
Doğum tarixi | 13 may 1903 |
Doğum yeri | |
Vəfat tarixi | XX əsr |
Vəfat yeri | bilinmir |
Dəfn yeri | bilinmir |
Uşağı | Şahmalı Salahov |
Atası | Məşədi Saleh |
Təhsili | |
Fəaliyyəti | aşıq, şair |
Növrəs İman Vikimənbədə |
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.[2]
İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.
Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.[3]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
- Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.[4]
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]- Heydər
- Əbdüləzim
- Təhməz
- Talıbxan
- Allahverdi
- Alməmməd kişi
- Məşədi Saleh
- Növrəs İman
- Məşədi Saleh
- Alməmməd kişi
- Allahverdi
- Talıbxan
- Təhməz
- Əbdüləzim
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bu günün tarixi (13.05.2011) [ölü keçid]
- ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Qılman İman. "Növrəs İman:"Axtarmadı qohum, qardaş, ellərim"". analoq.az. 23.03.2016. 2017-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Növrəs İmanın həyat və yaradıcılığı. Bakı, 2013. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine