Mustafa Sandal

Mustafa Sandal
türk. Mustafa Sandal
Ümumi məlumatlar
Doğum adı Mustafa Sandal
Doğum tarixi 11 yanvar 1970(1970-01-11)[1] (54 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Emina Sandal[d] (20082019)
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, musiqiçi, musiqi prodüseri
Fəaliyyət illəri 1991-ci ildən
Janr pop musiqisi
Albom şirkəti Universal Music Group[d]

Mustafa Sandal (11 yanvar 1970[1], İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır. Şəxsi musiqi karyerasına 1994-cü ildən başlayır. Həmin ildə "Suç Bende" albomunu çıxarır və populyarlıq əldə edir.[2][3][4]

Albomlar[redaktə | mənbəni redaktə et]

İl Albom İstehsalçı Satışlar
1994 Suç Bende Şahin Özer Plak 1.800.000
1996 Gölgede Aynı 3.500.000
1998 Detay Prestij Müzik 2.500.000+
1999 Araba Sony Music 2.000.000
2000 Akışına Bırak Prestij Müzik 1.500.000
2002 Kop Erol Köse 800.000
2003 Maxi Sandal 2003 750.000
2003 Seven Universal Müzik 605.000
2004 İste Erol Köse 850.000
2005 Yamalı Tövbeler 100.000
2007 Devamı Var Seyhan Müzik 200.000
2009 Karizma 100.000

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #135133475 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Mustafa Sandal Pilot". 2010-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
  3. Billboard Mustafa Sandal[ölü keçid]
  4. "Power Club Mustafa Sandal". 2009-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]