Mustafa Mehmandarov

Mustafa Mehmandarov
Mustafa Adil oğlu Mehmandarov
Doğum tarixi (31 yaş)
Doğum yeri Bakı, Azərbaycan

Mehmandarov Mustafa Adil oğlu — dirijor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mehmandarovlar soyuna şöhrət gətirənlər çox olub. İlk azərbaycanlı ali təhsilli hüquqşünas Mirzə Sadıq bəy Mehmandarov, Azərbaycan Demokratik Respublikasının hərbi naziri, general leytenant Səməd bəy Mehmandarov, ilk azərbaycanlı ali təhsilli həkimlərdən biri, tanınmış ictimai xadim Kərim bəy Mehmandarov Azərbaycan tarixinə töhfələr bəxş etmişlər. Bu gün bu soyadı daşıyan Mustafa da istedadı, sənətdə pillə-pillə qazanmağa çalışdığı uğurları ilə bu missiyanı davam etdirir.

Mustafanın təlim-tərbiyəsində valideynləri ilə yanaşı, nənəsi Leyla xanımın da xüsusi rolu olmuşdur. O, məşhur Rüstəmbəyovlar nəslindəndir. Leyla xanım həm də Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin nəticəsidir. Leyla xanım ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, Musiqi tarixi kafedrasında dosent vəzifəsində çalışıb. Leyla xanımın evdəki pianosu Mustafa üçün ilk musiqi aləti olub.

Mustafa Mehmandarov 1992-ci il iyunun 2-də Bakıda dünyaya göz açıb. O, 1998-2009-cu illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyanın, mərhum professor Bayandur Mehdiyevin sinfində "skripka" aləti üzrə təhsil alıb, həmin məktəbin məzunudur. Daha sonra ixtisas müəllimi professor Zəhra Quliyeva olmuşdur.

Mustafa Mehmandarov skripkaçı kimi bir sıra beynəlxalq müsabiqələrin laureatıdır:

2007-ci ildə Bolqarıstanda keçirilən Beynəlxalq Müsabiqədə 2-ci yerə və "Laureat" adına layiq görülüb.

2011-ci ildə Lüksemburqda keçirilən Beynəlxalq Müsabiqədə "Qızıl" medala və "Laureat" adına layiq görülüb.

2012-ci ildə İtaliya və Avstriyada keçirilən Beynəlxalq Müsabiqədə "I"-ci yerə və "Laureat" adına layiq görülüb.

2013-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "skripka" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Dirijorluq üzrə ilk dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2018-ci ildə Vyana Konservatoriyasının (Avstriya) "Opera-Simfonik Dirijorluğu" fakültəsini fərqlənmə diplomu ilə bitirən ilk Azərbaycanlı dirijor olmuşdur.

Mustafa Mehmandarov "Caspian Virtuosos" Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Kamera Orkestrinin qonaq-dirijoru və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorudur. Tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sebiya və bu kimi ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

Mehmandarovun repertuarına Avropa, Rus klassikləri və həmçinin Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

14 iyun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. https://azertag.az/xeber/380372

31 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.https://president.az/articles/31740

10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2], 7 may 2021-ci ildə[3] və 6 may 2023-cü ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.