Msxeta-Mtianeti

Wikipedia open wikipedia design.

Msxeta-Mtianeti
oset. Мцхета-Мтианет
Aragvi-Mtskheta.jpg

42°17′ şm. e. 44°45′ ş. u.


Ölkə
İnzibati mərkəz Mtsxeta
Sahəsi
  • 6.785 km²
Əhalisi
Əhalisi
  • 94.370 nəf. (2014)
Rəqəmsal identifikator
ISO kodu GE-MM
Rəsmi sayt
Msxeta-Mtianeti xəritədə
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır.

İnzibati-ərazi bölgüsü[redaktə | əsas redaktə]

Mtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir:

Coğrafiyası[redaktə | əsas redaktə]

Qafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır.

Tarixi[redaktə | əsas redaktə]

1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.

Siyasi vəziyyəti[redaktə | əsas redaktə]

1990-cı illərin əvvəlində Cənubi Osetiya münaqişəsi nəticəsində Axalqori bələdiyyəsinin qərb hissəsi separatçı qüvvələr tərəfindən işğal altına düşmüşdür, lakin bələdiyyə mərkəzi faktiki olaraq Gürcüstanın nəzarəti altında idi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi nəticəsində Axalqori bələdiyyəsi bütövlüklə işğalçı qüvvələr tərəfindən zəbt olunmuş, əhalinin 80%-inə qədər insan məcburi köçkün kimi Gürcüstanın digər bölgələrinə üz tutmuşdur.

Əhalisi[redaktə | əsas redaktə]

2002-ci ildə Mtsxeta-Mtianetidə (Gürcüstanın nəzarət etdiyi ərazidə) 125.443 nəfər yaşamışdır. 2008-ci ilin əvvəlində qiymətləndirməyə görə bu rəqəm 118.100 nəfərə, 2009-cu ildə isə (Axalqori bələdiyyəsi çıxmaqla) 97.600 nəfərə enmişdir.[1]

Mtsxeta-Mtianetinin əhalisi əksərən gürcülərdən (116.467 nəf., 92,84%), o cümlədən onların azsaylı subetnik qrupları olan pşavlar, moxevlər və xevsurlardan ibarətdir. Osetinlər (3.977 nəf., 3,17%) Kazbegi bələdiyyəsinin qərb hissəsində (Truso keçidində) və Tiflisin yaxınlığındakı Mtsxeta bələdiyyəsində yaşayırlar. Mtsxetada həmçinin nisbətən çoxsaylı azərbaycanlı (2.248 nəf., 1,79%) icması da yaşayır. Digər etnik qrupların sayı (ruslar, ermənilər və s.) min nəfəri ötmür.

İstinadlar[redaktə | əsas redaktə]

  1. 2003–2008-ci illərdə Gürcüstan əhalisinin Gürcüstan Respublikası İqtisadi inkisaf Nazirliyi statistika departamentinin qiymətləndirməsi (ingiliscə)


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek