Moz (Kəlbəcər)

Moz
40°04′36″ şm. e. 46°08′18″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.815 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Moz xəritədə
Moz
Moz

Moz, MozkəndAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur. Antik müəlliflərdən Ptolomeyin (II əsr) “Coğrafi təlimnamə” əsərində Qafqaz Albaniyasi ərazisində Moziata yaşayış məntəqəsinin adi çəkilir. Bəzi tədqiqatçılara görə, toponimin tərkibindəki ata komponenti topoformantdir. Alban tarixgisi Movses Kalankatli Sünlk knyazhginda Mozn mahalının olduğunu qeyd edir. Güman ki, Mozkənd, Moz, Moziata və Mozn toponimləri eyni mənşəlidir. Mənbələrdə moz sözü “çox, çoxlu, dolu”, “qələbəlik, şənlik” mənalarında işlənir. Salyan rayonunda "agizbaagiz dolu, silə" mənasında moj sözü da işlənməkdədir.[2]

Kəndin yerləşdiyi ərazidə Mozun dərəsi deyirlər. Moz mozalan sözündən götürülmüşdür. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait vardır. İsti yay günlərində mozalanlar iribuynuzlu malları sakit olmağa qoymur, onları dişləyirlər. Mallar mozalanların əlindən zinhara gəlirlər, özlərini dəli kimi aparırlar. Bu yerlərə bəzən də «Dəli moz» deyirlər. Kəndin adı buradan götürülmüşdür.[3]

Yaylaqlar[redaktə | mənbəni redaktə et]

Kosalar yurdu, Qara dananın arxacı yurd, Qara Güllünün yurdu, Kümbəz yurdu, Məntəqə yurdu, Keçinin dərəsi yurd, Bayramqulular yurdu, Eşşək meydanı yurdu, Qazıxanlı yurdu, Xəzinə təpəsinin yurdu, Hacıalılar yurdu, Cilligöl yurdu, Usubvurulanqaya yurdu, Namazın yurdu, Daşağıl yurdu, Səfili yurdu, Gödəkburun yurdu, Baş yurd, Hacı Muradlı yurdu, Allahamanlar yurdu, Qancıq dərəsi yurdu, Qızxanclı yurdu.

Bulaqlar[redaktə | mənbəni redaktə et]

Büz bulaq, Çınqıl bulaq, Südlü bulaq, Çay bulaq, Novlu bulaq, Mozun bulağı.

Məşhur yerlər[redaktə | mənbəni redaktə et]

Vəlinin qayası, Cilin düzü, Ağqaya, Kəmərqaya, Gədəuçan qaya, Hacı Həsən qayası, Qancıqdərəsi, Şeytanqayası, Ağşırran, Çaxnaq, Mozundarı, Kümbəzin yanı, Məşədi Həsən xırmanı, Gülalının biçənəyi.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Moz (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.