Microsoft

Microsoft
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye texnologiya sənayesi[d], proqram təminatı sənayesi[d], proqram təminatı tərtibatı
Məhsulları Microsoft Windows, Microsoft Office, Skype, Microsoft Azure, Microsoft Dynamics, Microsoft Visual Studio, Microsoft Surface, Bing, aparat təchizatı, Xbox, proqram təminatı
Təsis tarixi 4 aprel 1975
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 206.223.000.000 $ (30 iyun 2023)[1]
Ümumi aktivlər
  • 411.976.000.000 $ (30 iyun 2023)[1]
Ümumi gəliri
  • 211.915.000.000 $ (2023)[1]
Xalis mənfəəti
  • 72.361.000.000 $ (2023)[1]
Əməliyyat mənfəəti
  • 88.523.000.000 $ (2023)[1]
Struktur
İşçi sayı
  • 221.000 nəf. (2022)[2]
Tərəfdaşlar Skype Technologies, Microsoft Yaponiya, GitHub
Rəhbərlik
Təsisçilər
İdarə heyəti Rid Hofman[3]
microsoft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Microsoft[4] — baş ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşən ABŞ transmilli texnologiya korporasiyasıdır. "Microsoft"un ən tanınmış proqram məhsulları "Windows" əməliyyat sistemləri xətti, "Microsoft 365" məhsuldarlıq proqramları dəsti, həmçinin "Internet Explorer" və "Edge" veb brauzerləridir. Onun qabaqcıl aparat məhsulları "Xbox" videooyun konsolları və "Microsoft Surface" sensor ekranlı fərdi kompüterlərin xəttidir. "Microsoft" ABŞ-nın ən böyük korporasiyaları haqqında 2022-ci il "Fortune 500" reytinqində ümumi gəlirə görə 14-cü yeri tutmuşdu.[5] Bu korporasiya 2022-ci ilin məlumatına görə, gəlirlərinə görə dünyanın ən böyük proqram istehsalçısı idi. "Alphabet" ("Google"un ana şirkəti), "Amazon", "Apple" və "Meta Platforms" (əvvəlki adı "Facebook, Inc." olmuşdur) ilə birlikdə ABŞ-nin böyük beşlik informasiya texnologiyaları şirkətlərindən biri hesab olunur.

"Microsoft" 4 aprel 1975-ci ildə Bill GeytsPol Allen tərəfindən "Altair 8800" üçün "BASIC" tərcüməçiləri hazırlamaq və satmaq məqsədilə yaradılmışdır. O, 1980-ci illərin ortalarında "MS-DOS" ilə fərdi kompüter əməliyyat sistemləri bazarında, sonra isə "Windows" ilə dominantlıq etməyə yüksəlmişdir. Şirkətin 1986-cı ildə ilkin ictimai təklifi və səhm qiymətinin sonrakı yüksəlişi "Microsoft" işçiləri arasında üç milyarder və təxminən 12,000 milyoner yaratmışdır. Korporasiya 1990-cı illərdən bəri əməliyyat sistemi bazarından getdikcə şaxələnmiş və bir sıra korporativ satın almalar etmişdir. Onlardan ən böyüyü 2016-cı ilin dekabrında 26,2 milyard ABŞ dollarına "LinkedIn"i,[6] ikinci ən böyüyü isə 2011-ci ilin may ayında "Skype Technologies"i 8,5 milyard ABŞ dollarına satın almasıdır.[7]

"Microsoft" 2015-ci ildən etibarən IBM-PC-uyğun əməliyyat sistemi bazarında və ofis proqram təminatı dəsti bazarında dominantdır. Buna baxmayaraq, korporasiya ümumi əməliyyat sistemi bazarının əksəriyyətini "Android"ə itirmişdir.[8] Şirkət həmçinin, masaüstü kompüterlər, noutbuklar, teblər, qadcetlər və serverlər üçün geniş çeşiddə digər istehlakçı və müəssisə proqram təminatı istehsal edir. Bunlara internet axtarışı ("Bing" ilə), rəqəmsal xidmətlər bazarı

(MSN vasitəsilə), qarışıq reallıq ("HoloLens"), bulud hesablamaları ("Azure") və proqram təminatının inkişafı ("Visual Studio") daxildir.

"Microsoft" 2010-cu ildə "Apple" tərəfindən taxtdan salınmışdı, lakin 2018-ci ildə "Microsoft" dünyanın ən dəyərli birjada qeydiyyata alınan şirkəti kimi mövqeyini bərpa etmişdir.[9] 2019-cu ilin aprel ayında "Microsoft" trilyon dollarlıq bazar dəyərinə çatmış, müvafiq olaraq "Apple" və "Amazon"dan sonra 1 trilyon dollardan çox dəyər qazanan üçüncü ABŞ ictimai şirkəti olmuşdur. 2022-ci ilin məlumatına görə, "Microsoft" dördüncü ən yüksək qlobal brend qiymətləndirməsinə malikdir.[10]

"Microsoft" inhisarçı təcrübələrinə görə, şirkətin proqram təminatı isə istifadə rahatlığı, etibarlılıqkibertəhlükəsizlik problemlərinə görə tənqid edilmişdir.

Əməliyyat sistemləri

[redaktə | mənbəni redaktə et]
  1. Windows 95
  2. Windows 98
  3. Windows 98 Second Edition
  4. Windows ME
  5. Windows 2000
  6. Windows Server 2003
  7. Windows XP
  8. Windows Vista
  9. Windows Server 2008
  10. Windows 7
  11. Microsoft Dynamics
  12. Windows 8
  13. Windows 8.1
  14. Windows 10
  15. Windows 11
  1. 1 2 3 4 5 10-K forması. 2023.
  2. Microsoft to Announce Job Cuts as Soon as This Week. Bloomberg News, 2014.
  3. Proxy Statement.
  4. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  5. "Fortune 500 Companies 2019: Who Made the List". Fortune. 3 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2022.}
  6. "U.S. Securities and Exchange Commission – Linkedin". US SEC. December 8, 2016. October 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2018. As a result of the Merger, a change in control of [Linkedin] occurred and [Linkedin] became a wholly-owned subsidiary of [Microsoft]. The transaction resulted in the payment of approximately $26.4 billion in cash merger consideration.
  7. "Microsoft confirms takeover of Skype". BBC. May 10, 2011. June 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2018.
  8. Keizer, Gregg. "Microsoft gets real, admits its device share is just 14%". Computerworld. International Data Group. July 14, 2014. August 21, 2016 tarixində arxivləşdirilib. [Microsoft's chief operating officer] Turner's 14% came from a new forecast released last week by Gartner, which estimated Windows' share of the shipped device market last year was 14% and would decrease slightly to 13.7% in 2014. [..] Android will dominate, Gartner said, with a 48% share this year
  9. "How did Microsoft just overtake Apple as the world's most valuable company?". NBC News (ingilis). November 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2018.
  10. "Apple retains its crown as the number one most valuable global brand in Kantar BrandZ's annual ranking". www.kantar.com (ingilis). 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]