Meksika pesosu

Meksika pesosu (isp. Peso mexicano) — Meksika dövlətinin valyutası.

2 peso (1921)

Meksikanın milli pul vahidi olan Meksika pesosu (işarəsi: $ kodu: MXN) dünyada ən çox ticarət aparılan pul vahidlərindən biridir. MXN kodundan əvvəl MXP kodu Meksika pesosunun göstərilməsi üçün istifadə olunub. Peso 100 sentavosdan ibarətdir. 20 aprel 2009-cu ildə 13.4102 Meksika Pesosu 1 ABŞ dollarına bərabər olub.

Beynəlxalq istifadəsi[redaktə | mənbəni redaktə et]

ABŞ-nin Meksika sərhəddinə yaxın yerlərində xüsusilə marketlərdə Meksika pesosu ilə alış-veriş etmək mümkündür lakin digər Amerika şəhərlərində peso alış-verişdə istifadə edilmir.