Mehriban Xanlarova

Mehriban Xanlarova
Mehriban Aslan qızı Xanlarova
Doğum tarixi 12 avqust 1967(1967-08-12) (56 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002
IMDb ID2928466

Mehriban Aslan qızı Xanlarova (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb.

Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb. Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (Anjel) teletamaşasında oynayıb.

Mükafatları[redaktə | mənbəni redaktə et]

24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 10 may 2019-cu ildə[5], 7 may 2020-ci ildə[6], 7 may 2021-ci ildə[7] və 6 may 2023-cü ildə[8] Prezident Mükafatına layiq görülüb.

Mehriban Xanlarova 2018-ci ildə "Manqurt" tamaşasında ifa etdiyi Nayman Ana obrazına görə, Bişkekdə keçirilən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş "Aytmatov və teatr" festivalında "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.[9]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ayrılıq imiş (film, 2008)
  2. Bəxtəvər (film, 1990)
  3. Bircəciyim (film, 1986)
  4. Biz qayıdacağıq (film, 2007)
  5. Bizim Məhəllə-Səda (Türkiyə)
  6. Bomba (film, 2005)
  7. Böyük ömrün davamı (film, 2007)
  8. Cinlər və Pərilər-Leyla (Türkiyə)
  9. Ərazi (film, 2005)
  10. Həkimlər
  11. Kənar adamlar (film, 1992)
  12. Kuklalar (film, 2009)
  13. Qəzəlxan (film, 1991)
  14. Məhkumlar (film, 2007)
  15. Məhv olmuş gündəliklər (film, 1999)
  16. Rami (film, 2007)
  17. Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
  18. Sahilsiz gecə (film, 1989)
  19. Satko
  20. Sifarişçi (film, 2000)
  21. Son arzu (film, 2003)
  22. Şəbəkə (film, 2011)
  23. Təlatüm (film, 2006)
  24. Toy gecəsi (serial, 2013)
  25. Lal yuxu (teleserial, 2017)
  26. Taxta Ayı (film, 2018)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  9. Qafqazinfo. "Mehriban Xanlarova Bişkekdə mükafat aldı" (az.). Qafqazinfo.az. 18.11.2018. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.