Mehriban Vəzir

Mehriban Vəzir
SədrMirmahmud Mirəlioğlu
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1957(1957-12-18) (66 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı

Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1] Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur.

2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır.

Yazıçılar Birliyinin üzvüdür.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə)
  • "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim. (Bakı, 2007, 190 səhifə)
  • "Rol Model: Dəyişikliyə cəsarəti çatan qadınlar" Sorğu kitabı (160 səhifə, Bakı, 2008).
  • "Azərbaycan adət-ənənələrində gender rolları" Milli ənənələrdə gender rollarının araşdırması (250 səhifə, Bakı, Azərbaycan 2009).
  • Həmidə Xanım Cavanşir "Xatirələrim" (Əlyazmalardan tərcümə, nəşrə hazırlama və önsözün müəllifi) (400 səhifə, Bakı, 2010)
  • "Ağabəyim ağa Cavanşir" Tarixi roman Qarabağ tarixindən (200 səhifə, Bakı-2016)
  • "Səyyarə Xanım və Ferens List" Tarixi roman, almanların Qafqaza köç etməsi tarixindən. (200 səhifə, Bakı-2017)
  • "Öz Hekayəm" Hekayələr toplusu (Bakı-2017, 260 səhifə)
  • "İşgüzar xanımlar üçün 101 qayda" İşgüzar davranış qaydaları və etik normalar. Həmmüəllif. (Bakı-2018)
  • "150 ildə 150 hadisə" Azərbaycanda Qadın Hüquqlarının İnkişafı üzrə BƏLƏDÇİ (Bakı-2018, 150 səhifə)
  • "Gövhər ağa Cavanşir" Tarixi roman, Qarabağ tarixində qadın. (Bakı 2018, 210 səhifə)
  • "Əhməd bəy Cavanşir" Tarixi roman, Qarabağ tarixindən (Bakı 2019 190 səhifə)
  • "Qutsal Torpaqlarda: Səmərqənd, Buxara, Xivə, Ulan-Baatar" Səfər xatirələri. (Bakı 2000 185 sıhifə)
  • "Cümhuriyyət Qadınları" Cümhuriyyətimizin quruculuğunda xidməti olmuş qadınlar haqqında. Bakı-2020
    1998 və 2014-cü illərdə ABŞ-də çap olunmuş Azərbaycan Yazıçıları və Azərbaycan Qadın Yazıçıları antologiyalarında Mehriban Vəzirin yaradıcılığı haqqında məlumat vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mehriban Vəzirin tərcümə etdiyi "Həmidə Xanım Cavanşir – Xatirələrim" kitabının təqdimatı keçirildi — kitabklubu.org saytı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]