Mehriban Əliyeva
Mehriban Əliyeva | |
---|---|
| |
Vəzifədədir | |
21 fevral 2017-ci ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | vəzifə təsis edilib |
Heydər Əliyev Fondunun prezidenti | |
Vəzifədədir | |
10 may 2004-cü ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini | |
Vəzifədədir | |
5 mart 2021-ci ildən | |
2 dekabr 2005 – 6 mart 2017 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1964 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | oftalmoloq, siyasətçi, həkim |
Atası | Arif Paşayev |
Anası | Aida İmanquliyeva |
Həyat yoldaşı |
|
Uşaqları | Leyla Əliyeva, Arzu Əliyeva, Heydər Əliyev |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Elmi adı | |
| |
Təltifləri | |
mehriban-aliyeva.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri. UNESCO-nun xoşməramlı səfiri (2004–2022).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ailəsi
[redaktə | mənbəni redaktə et]Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" QSC Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.[1] Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.[1]
Təhsili
[redaktə | mənbəni redaktə et]Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.[2] |
O, 1988-ci ildə İ. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Ailə həyatı
[redaktə | mənbəni redaktə et]Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. … Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”. |
Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.
“Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”[3] – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.[4] Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.[5]
|
Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirir. Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.[3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.[6] Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah etmişdir:
"Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".[7]
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib.[8] Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.[9]
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.[10]
Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.[11]
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.[12]
O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk".[13]
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.[14]
O, bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.[15][16]
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib və həmin gün YAP Sədrinin birinci müavini təyin edilmişdir.[17]
Xeyriyyə fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]Pakistan
[redaktə | mənbəni redaktə et]Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fond genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda səhiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb.[18]
Heydər Əliyev Fondunun Pakistandakı əhəmiyyətli təşəbbüslərindən biri, əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə Hayber-Paxtunxva və Pəncab əyalətlərində həyata keçirilən hepatit B virusuna qarşı peyvənd kampaniyasıdır. Bundan əlavə, Fond, xüsusi ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək öhdəliyini nümayiş etdirərək, Pişəvərdəki "Əkbər Baxım" Serebral İflic İnstitutunda pulsuz müayinələr təşkil edib.[18]
Onun rəhbərliyi ilə Pakistanda təcili tibbi yardım xidmətlərinin və qanköçürmə imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılıb. Pakistanda müxtəlif tibb müəssisələrinə, o cümlədən, açıq ürək əməliyyatlarının aparıldığı İslamabaddakı Kulsum Xəstəxanasına dəstək göstərilib.[18] Fond həmçinin İslamabaddakı Talassemiya Mərkəzinə, Əl-Fərabi adına Fiziki Qüsurlu Uşaqlar üçün Xüsusi Təhsil Mərkəzinə dəstək olub.[18] 2007-ci ildə Pakistandakı zəlzələdən sonra Müzəffərabadda Qızlar üçün Rara Liseyinin tikintisini gerçəkləşdirib.[18]
Onun təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu səhiyyə və təhsillə yanaşı, Pakistanda infrastrukturun inkişafına da mühüm töhfələr verib. Dərə İsmayıl Xan bölgəsində Heydər Əliyev adına Su Təchizatı Sisteminin tikintisi elektrik infrastrukturunu təkmilləşdirməklə yanaşı, yerli icmaların təmiz suya və etibarlı elektrik enerjisinə çıxışını yaxşılaşdırıb, bununla da insanların həyat keyfiyyətini artırıb.[18]
Fondun humanitar səyləri Pakistandakı müxtəlif sosial rifah institutlarını, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzləri əhatə etmişdir. O, həssas əhaliyə dəstək vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyinə uyğun olaraq müxtəlif sosial rifah institutları, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzlərində müxtəlif layihələr reallaşdırıb. Pakistanın Beyt-ul-Maal Anemiya Mərkəzinin təmiri və avadanlığı üçün maliyyə yardımı, Lahordakı "Edhi Homes" uşaq evində müxtəlif tədbirlər həyata keçirmişdir.[18]
Azərbaycanın birinci xanımı
[redaktə | mənbəni redaktə et]Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir.
Titullar, təltiflər, mükafatlar
[redaktə | mənbəni redaktə et]- UNESCO-nun xoşməramlı səfiri (13 avqust 2004-cü il);[19]
- Azərbaycanda "İlin qadını" (2005-ci il);[20]
- "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni (9 iyun 2005-ci il);[21]
- Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı" mükafatı (2005-ci il);[22]
- BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı (2006-cı ilin mart ayı);[23]
- ISESCO-nun xoşməramlı səfiri (23 noyabr 2006-cı il);[24][25]
- Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı (29 yanvar 2007-ci il);[26]
- "Qızıl ürək" beynəlxalq mükafatı (2007-ci ilin may ayı);[27]
- Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (5 may 2009-cu il);[28]
- Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni (14 sentyabr 2009-cu il);[29]
- Fransa Respublikasının "Şərəf Legionu" ordeni (15 fevral 2010-cu il);[30]
- UNESCO-nun "Qızıl Motsart" medalı (30 iyul 2010-cu il);[31]
- Krans Montana Forumunun Qızıl medalı (24 iyun 2011-ci il);[32]
- Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru (13 aprel 2012-ci il);[33]
- MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatı (13 aprel 2012-ci il);[34]
- Krans Montana Forumunun "Prix de la Fondation" mükafatı (29 iyun 2012-ci il);[35]
- Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" ("Kazatskaya slava") mükafatı (2012-ci il);[36][37]
- Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı — 2013" mükafatı (27 dekabr 2013-cü il);[38]
- Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı (2014-cü ilin may ayı);[39]
- "The Business Year" jurnalının "İlin Birinci Xanımı" mükafatı (2014-cü ilin may ayı);[40]
- Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı (2014-cü ilin iyun ayı);[41]
- Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni (2014-cü ilin avqust ayı);[42]
- Küveyt Dövlətinin Fəxri diplomu (2014-cü ilin avqust ayı);[43]
- Azərbaycanda "Heydər Əliyev" ordeni (29 iyun 2015-ci il).
- Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru. (22 sentyabr 2016)[44]
- Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni. (26 dekabr 2017-ci il)[45]
- İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni (18 iyul 2018-ci il)[46]
- Rusiyanın "Dostluq ordeni" (14 avqust 2019)[47]
Fəxri vətəndaşlığı
[redaktə | mənbəni redaktə et]- Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı.[44]
Rəhbərlik etdiyi qurumlar
[redaktə | mənbəni redaktə et]Şəkilləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Aida İmanquliyeva kimdir? Arxivləşdirilib 2015-08-28 at the Wayback Machine, timeturk.com, 07 Kasım 2010, Yoxlanılıb: 1. oktyabr 2014
- ↑ Mehriban Əliyeva: "Mən konkret iş görmək, konkret adamlara kömək etmək istəyirəm". Arxivləşdirilib 2013-12-05 at the Wayback Machine, mehriban-aliyeva.org, Yoxlanılıb:02 oktyabr 2014
- ↑ 1 2 Anar Ələkbərov, “Mehriban”. Bakı, 2014, səh. 212
- ↑ ""Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfransındakı nitqindən. 22 oktyabr 2009-cu il". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
- ↑ ""İzvestiya" qəzetinə müsahibəsindən. 26 may 2005-ci il". 19 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2014.
- ↑ "Azərbaycan Mədəniyyətinin Dostları Fondu" (PDF). 2014-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-03.
- ↑ ""İzvestiya" qəzetinə müsahibəsindən. 26 may 2005-ci il". 5 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2014.
- ↑ "Azərbaycan Gimnastika Federasiyası". 2015-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
- ↑ AZƏRBAYCAN GİMNASTİKASI BU GÜN [ölü keçid], mehriban-aliyeva.org, 22. iyun 2003, Yoxlanılıb: 3. oktyabr 2014
- ↑ Heydər Əliyev Fondu. 2004–2014. səh. 7
- ↑ Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin Ali Ordeni təqdim edilib Arxivləşdirilib 2016-05-06 at the Wayback Machine, mehriban-aliyeva.org, 21. yanvar 2016, İstifadə tarixi:23 yanvar 2016
- ↑ "Parlament–2010" Seçki Monitorinqi Koalisiyası noyabrın 7-də elektron səsvermənin nəticələrini açıqlamışdır Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, AzərTac, 7. noyabr 2010, Yoxlanıb: 3. oktyabr 2014
- ↑ Milli Məclis Mehriban xanım Əliyevanın hazırladığı"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsini təsdiq etmişdir [ölü keçid], mehriban-aliyeva.org, Yoxlanılıb:10.10.2014
- ↑ Zahid Cəfərov — İnsan hüquq və azadlıqlarının etibarlı hamisi. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Azərbaycan qəzaeti,- 2010.- 25 avqust.- səh. 3.
- ↑ M. A. Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine. president.az, 21. fevral 2017 (az.)
- ↑ "Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib". mehriban-aliyeva.az. 21.02.2017. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2017.
- ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- ↑ 1 2 3 4 5 6 7 isbpostadmin. "The Humanitarian Footprint of the Heydar Aliyev Foundation in Pakistan". Islamabad Post (ingilis). 2024-08-22. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-26.
- ↑ Mehriban Aliyeva designated UNESCO Goodwill Ambassador for Oral and Musical Traditions Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, UNESCO
- ↑ Mehriban xanım Əliyeva "İlin Qadını" fəxri mükafatına layiq görülüb [ölü keçid], TREND, 18 iyul 2005, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVAYA "YAQUT XAÇ" ORDENİNİN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ [ölü keçid], mehriban-aliyeva.org, 13. oktyabr 2005, Yoxlanılıb:13.10.2014
- ↑ Bu gün Azərbaycanın birinci xanımının ad günüdür Arxivləşdirilib 2014-04-04 at the Wayback Machine, ANSPRESS, 26. avqust 2011, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTI, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, AzərTac, 3. mart 2006, Yoxlanılıb:13.10.2014
- ↑ Mehriban Əliyeva — bioqrafiya Arxivləşdirilib 2018-08-06 at the Wayback Machine, mehriban-aliyeva.az, 9 fevral 2022
- ↑ Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ISESCO –nun Xoş Məramlı səfiri adına layiq görülüb [ölü keçid], TREND, 23 noyabr 2006, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb [ölü keçid], TREND, 30 yanvar 2007, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK" BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR Arxivləşdirilib 2017-03-31 at the Wayback Machine, AzərTac, 28. may 2007, Yoxlanılıb:13.10.2014
- ↑ M. A. ƏLİYEVANIN HEYDƏR ƏLİYEV MÜKAFATI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Arxivləşdirilib 2017-03-31 at the Wayback Machine, AzərTac, 12. may 2009, Yoxlanılıb:13.10.2014
- ↑ HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ POLŞANIN "XİDMƏTLƏRƏ GÖRƏ" BÖYÜK KOMANDOR XAÇI ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, AzərTac, 14. sentyabr 2009, Yoxlanılıb:13.10.2014
- ↑ AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA FRANSA PREZİDENTİNİN SƏRƏNCAMI İLƏ "ŞƏRƏF LEGİONU" ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR Arxivləşdirilib 2017-03-31 at the Wayback Machine, AzərTac, 15. fevral 2010, Yoxlanılıb:13.10.2014
- ↑ Irina Bokova inaugurates the 2nd Gabala International Music Festival in Azerbaijan Arxivləşdirilib 2016-09-09 at the Wayback Machine, UNESCO
- ↑ THE CRANS MONTANA FORUM'S GOLD MEDAL Arxivləşdirilib 2016-02-05 at the Wayback Machine, The Crans Montana Forum
- ↑ Первая леди в "Первом Меде" Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti
- ↑ В Москве зажглись "Звезды Содружества" Arxivləşdirilib 2014-08-28 at the Wayback Machine, "Nezavisimaya" qəzeti, 23. aprel 2012, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun "Prix de la Fondation" mükafatı təqdim olunub [ölü keçid], APA, 30 iyun 2012, Yoxlanılıb:13.10.2014
- ↑ Mehriban Əliyeva Beynəlxalq Kazak Akademiyasının ali mükafatına layiq görülüb Arxivləşdirilib 2017-03-31 at the Wayback Machine, heydar-aliyev-foundation.org, 16 noyabr 2012. Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева удостоены высших ордена и награды казачества Arxivləşdirilib 2012-11-19 at the Wayback Machine, day.az, 16 ноября 2012, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Первая леди Азербайджана удостоена награды "Премия женского совершенства шехида Беназир Бхутто-2013" Arxivləşdirilib 2014-02-03 at the Wayback Machine, 1news.az, 28. dekabr 2013, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı ilə təltif olunub Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine, APA, 13 may 2014, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Mehriban Əliyeva dünyada "İlin Birinci Xanımı" oldu Arxivləşdirilib 2014-07-31 at the Wayback Machine, qafqazinfo.az, 14.05.14, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Azerbaijani First Lady awarded by International Olympic Academy Arxivləşdirilib 2014-07-04 at the Wayback Machine, vestnikkavkaza.net, 17 June 2014, Yoxlanılıb:13.10.2014
- ↑ Мехрибан Алиева получила орден "За заслуги перед Астраханской областью" Arxivləşdirilib 2017-03-31 at the Wayback Machine, rusplt.ru, 15 августа 2014, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb Arxivləşdirilib 2014-08-28 at the Wayback Machine, TREND, 21 avqust 2014, Yoxlanılıb: 13. oktyabr 2014
- ↑ 1 2 "Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib". mehriban-aliyeva.az (az.). 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
- ↑ APA TV. "Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni verildi" (az.). Youtube.com. 26.12.2017. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- ↑ İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində təltifetmə mərasimi keçirilib Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine
- ↑ Putin Mehriban Əliyevanı təltif etdi Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı
- Xoşməramlı Səfir. Elektron Resurs Arxivləşdirilib 2012-02-26 at the Wayback Machine