Meşə Qardaşları (Dərbənd)

Meşə qardaşları
Yaranma tarixi 2007-2016
Ölkə  Rusiya
 Azərbaycan
Qərargah Şimali Qafqaz
Döyüşlər

Meşə qardaşları (rus. Лесные братья) və ya Dərbənd camaatı (rus. Дербентский джамаат) — Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyi Şəriət Camaatının tərkibində olan İslamçı Cihadçı qrup. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar etmiş, terror aktları təşkil etmiş, vəhabi ədəbiyyatı yaymış və Dağıstanda və Azərbaycanda təbliğat və təşviqat işləri aparmışdır.

Qrup Rappani Xəlilov tərəfindən yaradılmışdır. 2007-ci ilin sentyabrında vəfat etdikdən sonra qrupa Əmir Əbdül Məcid rəhbərlik etmişdir. Çeçen müharibələrinin iştirakçısı olan Məcid 2008-ci ilin sentyabrında öldürüldü və yerinə İsrapil Vəlijanov keçdi. 2011-ci ilin aprelində Vəlijanovun ölümündən sonra Dərbənd camaatı, qalan üzvləri 2016-cı ilin noyabrında öldürülənə qədər fəaliyyət göstərməsinə baxmayaraq, istiqamətini dəyişdi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qrupa 2007-ci ilin sentyabrında vəfat edənə qədər Rappani Xəlilov rəhbərlik etmişdir. Daha sonra Azərbaycanın Zaqatala rayonundan olan, Əmir Əbdül Məcid kimi tanınan İlqar Mollaçiyev, Dərbənd camaatının komandiri təyin edildi. Rusiya FTX-nin Dağıstan şöbəsinin verdiyi məlumata görə, Malaçyev Birinci və İkinci Çeçenistan müharibələrində iştirak etmiş və Səudiyyə mücahidləri İbn əl-Xəttab və Əbu əl-Vəlidin komandanlıq etdiyi dəstələrdə döyüş hazırlığı keçmişdir. 2006-cı ildə əmir Dokka Umarov Malaçiyevi qruplaşmanın fəaliyyətini idarə etmək üçün Dağıstana göndərdi.[1]

2008-ci ilin yanvarında Rusiya qüvvələri Tabasaran rayonundakı qruplaşmaya qarşı ilk əməliyyata başladılar. Əməliyyat zamanı 15 silahlıdan 6-sı öldürüldü, digərləri isə qaçmağı bacardı. Elə həmin ilin martında Rusiya FTX-nin Dağıstan şöbəsi və Rusiya Daxili İşlər Nazirliyinin qüvvələri Dagestanskiye Oqnidə qruplaşmaya qarşı əməliyyat başlatdılar. Bu əməliyyatda üç silahlı öldürüldü.[2]

17 avqustda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə, qrup Bakıdakı Əbu Bəkr məscidinə hücum təşkil etdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Дагестане уничтожен лидер ваххабитов. Агентство национальных новостей" (rus). 9 September 2008 . 24 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2020.
  2. "«Будем бузить. Вы сами сдавайтесь!» // В Дагестане уничтожено трое боевиков". Kommersant (rus) (51(3868)). 28 March 2008. İstifadə tarixi: 9 December 2020.